Korrupsiya – sosial bəla, yaxud “appendiks”

Hər bir xalqın, millətin, xüsusilə, dövlətin iqtisadi inkişafına və dövlətin milli dəyərlərinə ciddi ziyan vuran bir sosial bəla var - korrupsiya. Bu terminin digər adı isə rüşvətdir. Əslində hər kəsə bu sual maraqlıdır, ümumiyyətlə, korrupsiya necə yaranır, görəsən, bu sosial bəla ilə daha qətiyyətli mübarizə aparmağa necə nail olmaq mümkündür? Çünki bütün dünya dövlətləri üçün maraqlıdır ki, korrupsiyanı aradan qaldıraraq sürətli iqtisadi inkişafa nail olsunlar. Bu maraq həm kiçik bizneslə məşğul olanları, həm də iri şirkətlərin idarəçilərini ciddi olaraq narahat edir. Amma o da sirr deyil ki, bu məsələnin həlli elə də sadə deyil. Bu, qısa zaman kəsimində aradan qaldırılası problem deyil. Hər halda dövlətimiz bu istiqamətdə sərt addımlar atır və korrupsiyanı "appendiks" kimi kəsib atacaq.

Daha bir məqama da diqqət yetirək. Rüşvət zorla alınmır, könüllü olaraq verilir. Çünki rüşvətxor məmurlar müəyyən bürokratik əngəllər yaradaraq, qarşı tərəfin rüşvəti ona ötürülməsinə şərait yaradır. Bəzən rüşvətin zorla alındığını iddia edənlərsə, yanılırlar. Çünki zorla alnan maddi vəsaitə "xərac" deyilir.

Əslində sözügedən məsələni bir balaca da "zoom" etmək olar. Yəni sözügedən məsələyə daha yaxından yanaşmaq, fikir bildirmək mümkündür. Gəlin düşünək və müəyyən qərara gələk. Bu məqamda məsələ başqa müstəviyə keçid alır. Yəni biz artıq rüşvət alana yox verənə diqqət edirik. Daha dəqiqi, vətəndaş rüşvət verməsə ondan zorla rüşvət alınmaz. Axı rüşvət könüllüdür və bu könüllülük inkişafa zərər vurur.

İlk növbədə biz cəmiyyət olaraq özümüz-özümüzə heç də yaxşı olmayan gələcək hazırlayırıq və təəssüf ki, bundan xəbərsizik. Yəni bizim özümüzə vurduğumuz ziyan pulla müqayisə edilə bilməz, nəinki pulla sataq. Belə isə bizlər özümüz öz beyinlərimizə təsir edərək bunun səhv, yanlışlıq, ciddi xəta olduğunu başa düşməliyik. Yoxsa gec olar...

Bütün xəbərlər Facebook səhifəmizdə