Sülh və Demokratiya İnstitunun Bakı ofisinin rəhbəri, hüquq müdafiəçisi Leyla Yunusun daim dövlətçilik və millətçilik maraqlarına qarşı çıxması onun barəsində bir çox araşdırmalara səbəb olur ki, həmin araşdırmalar nəticəsində qondarma hüquq müdafiəçisinin kimliyi bir daha bəlli olur. Məsələn, artıq heç kimə sirr deyil ki, AXC-Müsavat iqtidarı dönəmində Müdafiə Nazirliyinin strukturlarında fəaliyyət göstərən Leyla Yunus cəbhəyə göndərilən ərzaqları, müxtəlif yeyinti məhsullarını mənimsəyərək, onları bazarlara çıxartdıraraq satdıran şəxslərdən biridir. Digər tərəfdən, o da bəllidir ki, qondarma hüquq müdafiəçisi hələ bu vaxta qədər "müəyyənləşdirdiyi" dırnaqrarası siyasi məhbusların heç biri ilə görüş keçirməyib və yalnız şifahi olaraq onların adlarını sözügedən siyahısına əlavə edib. Beləliklə, Leyla Yunusun Vətənə xəyanət timsalındakı fəaliyyətini araşdırdıqca, növbəti ifşalar ortaya çıxmış olur.
Məsələn, onun yanvarın 23-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında guya ölkədə 134 "siyasi məhbusun" olduğunu iddia edib. Bu zaman növbəti belə bir sual ortaya çıxır - adları siyahıya yazılan 134 nəfər "siyasi məhbus" haradan peyda oldu? Ümumiyyətlə, Azərbaycan xalqına erməni qaniçənlərindən də artıq qənim kəsildiyini gizlətməyən Leyla Yunus siyahısını hansı araşdırmalar, analizlər və məntiqlər əsasında hazırlayıb?
Bildiyimiz qədər hüquq müdafiəçiləri hər hansı bir adda məhbus üzə çıarmaqdan ötrü vaxtaşırı monitorinqlər aparmaqla, cəzaçəkmə müəssisələrinə baş çəkir, məhbuslarla görüşlər keçirir, onların cinayət əməlləri barədə məlumatlar toplayırlar. Ancaq bu "xanım" hazırkı dövrə qədər ömründə bir dəfə də olsa belə, hər hansı həbsxanaya, təcridxanaya baş çəkməyib, üstəlik, məhbusların siyahılarını ona verilən sifarişlər əsasında hazırlayıb. Gah Almaniyada, gah ABŞ-da, gah da digər Qərb ölkələrində dincələ-dincələ "siyasi məhbus" siyahıları hazırlayan Lyla Yunus oralarda ciblərini doldurduqdan sonra başlayır haray-həşir salmağa ki, bəs qoymayın, Azərbaycan həbsxanaları "siyasi məhbuslarla" doludur, həbsxana hücrələri "vicdan məhbuslarının" çoxluğundan aşıb-daşır. Və sən demə, Azərbaycanda nə qədər "vicdanlı" adam varsa, hamısı həbsxanalardaymış (?!-R.N.)
Beləliklə, aydın olur ki, "hüquq müdafiəçiliyi"ni özünün əsas biznes sahəsi, necə deyərlər "çörək ağacı" hesab edən Leyla Yunus növbəti qrantlarını əldə etməkdən ötrü növbəti dəfə özünü, vicdanını (halbuki onda vicdan anlayışına aid heç nə görünmür –R.N.), "mənliyini" ortaya – sağlam düşüncəli cəmiyyətin qarşısına atıb. Hətta onun özü də yaxşı bilir ki, bu əməllərinə görə ona qarşı nifrətlər nə qədər çoxalacaq, ittihamlar nə qədər artacaq. Ancaq yəqin ki, bu da ona lazımdır. Ona görə ki, sabah Qərb ağalarının, erməni dayılarının qarşısında ağlamsınaraq desin – Görürsünüz mənə qarşı hücümları, qarantlarımı artırın!
İndi isə gələk onun 134 nəfərdən ibarət siyahısına. İkimlərdir həmin "siyasi məhbuslar"? Onlardan 6 nəfəri bilavasitə terrorçudur. Məsələn, Rahib Məhsimov 20 yanvar metrosunu partlatmaqda ittiham olunaraq, ömürlük cəzaya məhkum edilib.
Digər 10 nəfər - "Səid Dadaşbəylinin dəstəsi" deyilən şəxslər İran Xüsusi Xidmət orqanları ilə məxfi əməkdaşlığa gedərək, kriminal silahlı qrup şəklində soyğunçuluğa cəhd edib, saxta pulların yayılması ilə məşğul olub, qanunsuz silah-sursat saxlamaqda, onların ldə edilməsində ittiham edilərək müvafiq həbs cəzaları alıblar.
Bu arada, Leyla Yunus AXCP qərargahında keçirdiyi mətbuat konfransında deyib ki, 2001-ci ildə Avropa Şurasına təqdim etdiyi siyahıda 716 nəfərin adı göstərilirdi, hazırda bu siyahıdan 21 nəfər hələ də həbsdədir və s. Hansı ki, onun öz qondarma siyahısına saldığı adamalardan xəbəri belə yoxdur Leyla Yunusun! Məsələn, siyahıda adı çəkilən Şəmsi Abdullayev 2012-ci ildə əfv olunub. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Kəramət Kərimovun cəzası əfv nəticəsində 25 illə əvəzlənib. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş digər 16 nəfər Avropa Şurasının ekspertləri tərəfindən ümumiyyətlə "siyasi məhbus" hesab edilməyib. Xatırladaq ki, həmin şəxslər ağır və xüsusilə ağır cinayətlər, qətllər törətməkdə ittiham olunublar. Yalnız dövlətin, ölkə rəhbərliyini böyük humansitliyi nəticəsində ömürlük həbs cəzası alan şəxslərin cəzaları 25 illə əvəzlənib. Məgər bu faktorun özü də əslində, Leyla Yunusun kimliyinin hansı çirkab mikroblardan ibarət olduğunu təsdiq etmirmi? Əlbəttə ki, edir. Sadəcə, Leyla Yunus tipli insanların üzünə tüpürsən belə, deyirlər ki, yağış yağır...
Qayıdaq digər məhkumlara - siyahıda adı çəkilən Fuad Hüseynovun 6, Fərəməz Allahverdiyevin isə 4 məhkumluğu var. 2012-ci ildə Masallıda keçirilən beynəlxalq folklor festivalında diskotekanın dini dəyərlərə zidd olduğunu iddia edərək qalmaqal yaradıb, dava salan və iştirakçılara, o cümlədən, hakimiyyət orqanlarının nümayəndələrinə müqavimət göstərərək onlara xəsarət yetirən 7 nəfərin də adı həmin siyahıdadır.
Siyahıdakı bəzi şəxslərlə bağlı da hələ heç məhkəmə qərarı da yoxdur, onlar rarasında istintaq altında olanlar da mövcuddur.
Məsələ aydındır – qərəz, qərəz, yenə də qərəz! Və belə qərəzləri yaradan insanlar, eləcə də belə qərəzləri yaratdıran insanlar əslində, özləri insanlıqdan kənar olan, mənşələri bilinməyən məxluqlardırlar. Ona görə də belə yerdə ataların bir misalını yada salmaq kifayət edər. İt hürər, karvan keçər…
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



