Son bir neçə ildir ki,sinemalarda nümayiş etdirilən yeni filmlərə diqqət etsək, əksəriyyəti başqa planetlərdə yaşayan varlıqlardan bəhs edir. Demək olar ki, bu filmlərin hamısının sujet xətti eynidir. Mövzu əsasən yadplanetlilərdən olur və insanlara reallıq dərəcəsində təsir edən ciddi təlqin metodlarından, görüntü effektlərindən istifadə edilir. Bu filmlərin sırf təbliğat xarakteri daşıdığı çox açıqdır. Bu təlqin sadəcə filmlərlə də yekunlaşmır. Son dövrlərdə yadplanetlilərlə bağlı "sənədli film" lərin sayındakı artış, bu mövzudakı roman və digər əsərlərin kütləvi hal almasının sosial təsirini geniş müşahidə etmək olur. Bəs bu bariz kütləvi təlqinin səbəbi nədir?

Uzun müddət əvvəl hələ elmin, texnologiyanın inkişaf etmədiyi bir dövrdə təkamül adlı bir fərziyyə ortaya atıldı. Bu fərziyyəyə əsasən, bütün canlılıq tək bir hüceyrədən törəmişdi. Bu ilk hüceyrə də, palçıqlı suda ətraf mühitin təsiri ilə təsadüfən ortaya çıxmışdı. Bir müddət bu fərziyyə elmi dairələrdə qəbul edildi. Lakin sonralar genetika elminin, mikrobiologiya elminin, müqayisəli anatomiya elminin yaranmasından,həmçinin DNT-nin kəşfindən sonra aparılan ətraflı elmi araşdırmalar bu fərziyyənin müddəalarının əsassız olduğunu göstərdi. Ən təəccüblü faktlar isə elektron mikroskobun kəşfindən sonra ortaya çıxmağa başladı. Elektron mikroskobun kəşfindən sonra hüceyrənin daxili quruluşunu müşahidə etmək mümkün oldu ki, bundan sonra hüceyrənin qətiyyən nə təsadüfən, nə də mərhələ-mərhələ yarana biləcək bir qurulaşa malik olmadığı, əksinə, hüceyrədə çox kompleks bir sistemin olduğu aşkar edildi. Bununla da hüceyrənin təsadüfən yarana bilməyəcəyi bütün dünyaya aydın oldu. Və təbii ki, bu nəticə eyni zamanda bir faktı da özü ilə təsdiq edirdi. Bu fakt isə hüceyrənin Yaradıcısının olduğu faktı idi. Yəni bütün canlılığın təsadüfən yarana bilməyəcəyi isbat olunduqdan sonra yeganə elmi və məntiqli nəticə qalırdı: bütün canlılar yaradılmışdılar.

Elmi-texnoloji nailiyyətlər işığında təkamül fərziyyəsinin müddəalarının əsassızlığının aşkar olunması müasir təkamül tərəfdarlarını alternativ üsullara əl atmağa məcbur etdi. Burada alternativ vasitə dedikdə saxtakarlıq, yanıltma, önmühakimə və kütləvi təlqin metodlarını nəzərdə tuturam. Burada yuxarıdakı sualmıza da uyğun olaraq sadəcə sonuncu haqqında məlumat verəcəm.

Bu mərhələdə bir sıra təkamül tərəfdarları belə bir yeni iddia ortaya atdılar: "hüceyrə təsadüfən yaranmaya bilər ama bu o demək deyil ki, onu kimsə yaradıb. Bəlkə başqa planetdə yaşayanlar gətirib yer kürəsinə qoyub". Başqa bir variant isə: "bəlkə hanısa meteorun üstündə yerə gələn mikroorqanizmlər olub və canlılıq da o mikroorqanizmlərdən törəyib". Ümumilikdə fərqli səsləndirmələrlə eyni məzmunda iddialar irəli sürüldü. Lakin indi gəlin bu iddiaları elmi yöndən dəyərləndirək.

Əvvəlcə bunu vurğulayaq ki, faktiki olaraq elmi olaraq hələ indiyə kimi yer kürəsindən başqa bir yerdə hansısa canılının yaşadığına dair hər hansı bir dəlil, sübut, heç işarə belə yoxdur. İndiyə kimi bircə dəfə də belə bir fakt müşahidə edilməyib. Çünki Yer kürəsindən başqa heç bir planetdə və göy cismində canlılığn yaşaya biləcəyi şərait yoxdur. Canlılığın yaşaması üçün labüd olan atmosfer sadəcə yer kürəsindədir. Lazımi miqdarda oksigen və su sadəcə yer kürəsindədir. Digər planetlərdə isə vəziyyət budur ki, teperatur -2780 ilə -1780 arasında dəyişir. Bəzisində isə 5000 temperatur var. Eyni zamanda bu planetlərdə kəskin soyuqlar və istilərlə yanaşı zəhərli atmosfer var. Yəni bütün bu planetlərdə karbondioksid ehtiva edən bir çox zəhərli qazın qarışığı var ki, nəfəs almaq qətiyyən mümkün deyil. Başqa bir amildə bu planetlərin bəzilərində sulfat turşusu yağış şəklində yağır, bəzilərində elə saatda 2000 km sürətlə küləklər əsirki, orada canlılığın olması mümkün deyil. Bəzilərində də sıxlıq elə bir dərəcəddir ki səthində durmaq mümkün deyil, yəni torpaq yox, maye xarakteri daşıyır. Bəzisində isə təzyiq dənizin 1000 metr dərinliyindəki təzyiqə bərabərdir və orada heç bir canlı sağ qala bilməz. Bu kimi faktları çox sıralamaq olar.Əsas odurki, elm aləmi də onsuzda bu cür faktlara görə və faktiki də heç bir canlı müşahidə edilmədiyinə görə Yer kürəsindən başqa yerdə hanısa canlının yaşadığı fikrini rədd edirlər.

Lakin bütün bunlara baxmayaraq, təkamül fərziyyəsinin tərəfdarları sırf Yaradıcının varlığını qəbul etməmək üçün iddialarında israr etməyə davam edirlər. Lakin iddialarını əsassız edən faktları da görməzdən gəlirlər. Məsələn, canlılığın yer kürəsinə meteor üstündə gələn mikroorqanizmlərdən yarana biləcəyi ehmtimalı elmi olaraq çoxdan çürüdülüb. Elmi olaraq məsələyə yanaşsaq, kosmosun mühiti yer kimi qorunaqlı deyil. Yəni birinci amil odurki, yerin atmosfer təbəqəsi var və günəşdən gələn zərərli şüaların qarşısını alır. Günəşin zərərli şüaları Yer kürəsində olan canlılara ölümcül təsir edə bilmir. Lakin kosmsoda belə bir təbəqə yoxdur və orda sərbəst halda gəzən meteorun üstündəki mikroorqanizm Yerin atmosferinə daxil olduğu anda yanıb məhv olacaq. İkinci amil isə odurki, kosmosda olduğu müddətdə çoxdan meteorun üstündəki vəyaxud içindəki mikroorqanizmlər güclü, öldürücü günəş şüalarının birbaşa təmasına məruz qalacaqlar ki, oradan da sağ çıxmaları mümkün deyil. Hətta bununla bağlı 1966-cı ildə bir test də keçirildi. Alimlər sırf bu fərziyyəni test etmək üçün "GEMİNİ 9" adlı bir kosmos gəmisinin xarici səthini xüsusi seçilmiş ən dözümlü bakteriya və mikroorqanizmlərlə əhatə etdilər və kosmosa göndərdilər. Sadəcə 7 saata bircə mikroorqanizm belə sağ qalmadı. Hamısı öldü. Baxmayaraq ki, ən sağlamları idi. Və onu da nəzərə alaq ki, meteorlar kosmoda illərlə hərəkət halında olur. Bu test faktiki olaraq belə bir ehtimalın real olmadığını sübut etdi.

Bundan əlavə uzun illərdir ki, Nasa yer kürəsindən başqa planetlərdə həyat olub olmadığını araşdırır. Və hələ indiyə kimi bu yöndə heç bir nailiyyət yoxdur. 2011-ci ildə Amerika əhalisi 17 000 imza toplayıb Ağ evə rəsmi müraciət etdilər ki, bizə dəqiq informasiya verin ki, Kosmoda həyatın varlığına dair əlinizdə hər hansı bir dəlil varmı? Ağ evdən NASA adına rəsmi cavab verildi ki, əlimizdə bununla bağlı heç bir dəlilimiz yoxdur.

Bu barədə əlimizdəki ən son məlumat isə Nasanın Curiosty aparatının Marsdan göndərdiyi məlumatlardır. Bu məlumatlar nədən ibarətdir? Faktiki olaraq Marsda metan qazı yoxdur. Metan qazı canlı orqanizmlər tərəfindən istehsal olunan qazdır ki, Marsda bu qaz ümumiyyətlə yoxdur. Bu da o deməkdir orda canlı yoxdur.

Bu cür misalları çox sıralaya bilərik. Lakin düşünürəm ki, vicdanlı dəyərləndirən hər oxucu üçün lazımi qədər faktlar təqdim edildi. İndi isə gəlin belə bir ümumiləşdirmə edək. Burada bütün mövzu elm çərçivəsində gedir və sadəcə elmi faktlar dəyərləndirlir və məsələyə elmin predmetindən yanaşılır. Elmi olaraq heç bir yadplanetinin yaşadığı aşkar edilməyib və yer kürəsinə başqa bir yerdən heç bir canlı orqanizmin gəldiyi müşahidə edilməyib. Belə bir halın mümkünlüyə də elmi və məntiqi olaraq real deyil. Bunun real olmadığını hər kəs qavrayır. Məhz bunun üçündə məqalənin başında toxunduğumuz məsələyə qayıdırıq. Filmlərə, animasiyalara, romanlara və s. kimi kütləvi təlqin metodlarına.. Yəni əslində milyonlarla xərc çəkilərək ərsəyə gətirilən və məqsədi sadəcə yanıltıcı təlqin olan bu filmlərin insanlara etdiyi gipnoz əslində inandıqları fərziyyə qədər boş, əsassız və zəif olduğu üçün elmi həqiqətlərin qarşısında tab gətirə bilməyəcək.

Çünki elmin göstərdiyi nəticə odurki, yer üzərində canlılıq üstün ağıl sahibi bir varlıq tərəfindən yaradılıb. Yəni bu gipnoz pərdəsi nə qədər güclü təbliğ olunsada Yaradıcının var olduğu həqiqəti qarşısında tab gətirə bilməyəcək və hər zaman olduğu kimi Haqq qalib gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə