Ötən iyirmi il ərzində Azərbaycan siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək dövlətçiliyini inkişaf etdirmiş, demokratik dəyərlərə yiyələnmiş və özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaratmışdır. Belə ki, bu müddət ərzində yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində ciddi uğurlar qazanılmışdır. Söz yox ki, Azərbaycan dövlətçiliyinin uğurları onun əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərin həyata keçirilməsi ilə mümkün olmuşdur. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu təkcə Azərbaycan Respublikasının deyil, bütünlükdə regionun inkişaf perspektivinə, onun dünya siyasi və iqtisadi inteqrasiyasına yardım göstərməkdədir.
Xüsusilə, son 10 ildə Prezident İlham Əıiyev tərəfindən yürüdülən məqsədyönlü siyasət nəticəsində ölkəmiz elə bir təməlli uğurlara imza atmışdır ki, dünyanın heç bir dövləti 10 il ərzində belə inkişafa, belə tərəqqiyə nail ola bilməmişdir. Beləliklə, dünyada ən sürətli iqtisadi inkişaf dinamikası Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzunun artmasına və onun yeni geoiqtisadi oyunçuya çevrilməsinə kifayət qədər şərait yaradıb. Azərbaycan öz sərvətlərinin, iqtisadi resurslarının və əlverişli coğrafi mövqeyinin yaratdığı imkanlardan bəhrələnib öz iqtisadi potensialını inkişaf etdirməklə yanaşı, regional əməkdaşlığın güclənməsinə təkan vermişdir. Cənab İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının şaxələnməsi və sosial rifah sahələrində mühüm nailiyyətlər əldə etmişdir.
O da bəllidir ki, güclü iqtisadiyyat demokratik inkişafın maddi bazasını təşkil edir. Azərbaycanda siyasi və iqtisadi islahatların uğurla həyata keçirilməsi davamlı inkişafın təmin olunmasına yönəlmişdir. Ötən 10 illik zaman ərzində respublikamızda əsas insan azadlıqları, demokratiyanın inkişafı, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması sahəsində mühüm uğurlar əldə edilmişdir. Qısa müddət ərzində Azərbaycan demokratiyanı özünün siyasi fəlsəfəsinə çevirmiş, zəruri islahatlar həyata keçirmişdir. Bu islahatlar Azərbaycanın dünya birliyinə inteqrasiyasını təmin etməklə yanaşı, daxili sabitliyin güclənməsinə xidmət etmişdir. Bu, Ümummilli Liderimiz Heydər Əliyev strategiyasının və Prezident İlham Əliyevin fəaliyyətinin danılmaz uğurudur.
Azərbaycanın güc imkanları, o cümlədən malik olduğu coğrafi mövqe, hərbi-iqtisadi potensialı və siyasi iradə ona imkan vermişdir ki, dünya siyasətinin müəyyənləşdirilməsində bilavasitə iştirak etsin. Təsadüfi deyildir ki, müstəqilliyinin 20 ilinin tamamında Azərbaycan Respublikası dünya dövlətlərinin dörddə üçünün dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdir. Beləliklə, Azərbaycan BMT-nin sadiq olduğu ideallara - sülhə, təhlükəsizliyə, demokratiyaya və ədalətə xidmət etməklə beynəlxalq məsələlərin həllinə cəlb olunub. Prezident İlham Əliyevin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanatında deyilirdi ki, "Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir".
Bu gün Azərbaycan Respublikası Avrasiya coğrafiyasının mərkəzində olmaqla Şərq və Qərb sivilizasiyalarının dialoq platformasına çevrilib. Belə dialoq bəşəriyyətdə müxtəlifliyin əhəmiyyətini göstərməklə fərqlilik amilinə dözümlülüyü təbliğ edir. Azərbaycan, eyni zamanda, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi həm Qərb, həm də Şərq dəyərlərini özündə birləşdirən və inkişaf etdirən, xüsusi əhəmiyyətə malik bir dövlətdir. Bu faktorların hər biri məhz Cənab İlham Əliyevin uğurlu, müdrik, mütərəqqi siyasətinin tərkib hissəsində qürurla yer almaqdadır.
Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi, qlobal və regional çağırışlara cavab verərək ölkəmizin dünya nizamında öz mövqelərini gücləndirməsi üçün Prezident İlham Əliyev "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Fərman imzalamışdır. Bu sənəd 2020-ci ilə qədər olan dövrdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin olunması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması, institusional islahatların davam etdirilməsi, mədəni irs və ətraf mühitin qorunması məsələlərini əhatə edir.
Qarşıdan 9 oktyabr prezident seçkiləri gəlir. Bu günlərdə prezidentliyə namizədlərin təbliğat və təşviqat işləri aparılmaqdadır. Lakin Cənab İlham Əliyevin heç bir təbliğata ehtiyacı yoxdur.
Çünki Onun gördüyü əməli işlər göz önündədir. Onun hər bir azərbaycanlının prezidenti olması öz təsdiqini tapıb.
Bu gün özündə 650 mindən artıq üzvü birləşdirən yeni Azərbaycan Partiyasının namizədi, Cənab İlham Əliyevi nəhəng xalq ordusu dəstəkləyir, Ona öz etimadını göstərir. Çünki Azərbaycan xalqı bu inkişafı, bu tərəqqini birmənalı olaraq dəstəkləyir, davamlı olmasını tələb edir. Bu baxımdan, vurğulamaq olar ki, Azərbaycanın qədirbilən xalqı bu dəfə də öz tarixi seçimlərini təkrarlayaraq böyük coşqu ilə seçkilərdə İlham Əliyev Cənablarına səs verəcək. Verilən hər bir səs isə Azərbaycanın gələcək inkişafında öz sözünü deyəcək!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB