Son günlər Rusiyada, xüsusilə Moskva və Moskvaətrafı şəhərlərdə Rusiya "OMON"-un azərbaycanlılara qarşı törətdikləri qeyri-etik və vəhşi üsulları ölkə ictimaiyyətinin haqlı narazılıqlarına səbəb olub. Əlbəttə ki, haqlı narazılıqların mövcudluğu bir daha sübut edir ki, qonşu Rusiyada heç də millətlərarası siyasət doğru istiqamətdə, ədalətli çərçivədə inkişaf etmir. Şimal qonşumuzun orada yaşayan və işləyən azərbaycanlılara, eləcə də qafqazlılara qarşı sərt davranışları arxasında isə bir sıra məqamlar və veriləcək suallar dayanıb. Diqqətdən yayınmayan məqamlardan biri bu ölkənin xüsusi təyinatlı polis qüvvələrinin heç bir səbəb olmadan həbs etdikləri və yük maşınlarına doldurduqları insanları, soydaşlarımızı son dərəcə rüsvayçı çəkildə təhqir etmələdiridr. Yəqin ki, kadrları izləyənlər indi söyləyəcəyim epizodu nəzərlərindən yayındırmayıblar. Soydaşlarımızı sanki ət kombinatına gətirlmiş mal-qara kimi yük avtomobillərindən yerə atırlar və dərhal onları üzü üstə yatırıb təhiqr edirlər. Maraqlıdır, ölkələtində terrorla mübarizə aparmaqda çətinlik çəkən rus "OMON"-u nəyə görə azərbaycanlılara qarşı bu qədər kin, nifrət və həsdiz dərəcədə anti-humanist münasibət göstərirlər?
"Həbs olunmuş" çeçen vətəndaşı, yaxud təxribat
Gəlin məsələyə daha ətraflı yanaşaq. Bu yaxınlarda Çeçenistan vətəndaşı 15 yaşlı rus qızına qarşı cinsi zorakılıq edib və həbs olunub. İndi sual da budur ki, bir çeçenin əxlaqsızlığı, qanun pozuntusu ucbatından azərbaycanlıları əzmək onlara bu qədərmi xoş təsir bağışlayır? Yaxud onlar necə sübut edə bilərlər ki, "həbs edilmiş" çeçen vətəndaşı rus "OMON"-unun təxribatını həyata keçirməyib? Əlbəttə ki,versiyalar çoxdur. Lakin acınacaqlısı da budur ki, ortada azərbaycanlılar rəsmi təhqirlərə məruz qalmaqdadırlar.
Daha bir fakt. Rusiyanın millətçi ünsürləri - skinxedlər məhz "OMON"-un gözləri qarşısında azərbaycanlılara qrup halında hücumlar edir, döyür, söyür və alçaldıcı hərəkətlər edirlər. Polis isə sanki heç nə olmamış kimi susur. Buradan da görünür ki, baş verən hadisələr arxasında bilavasitə TƏXRİBAT faktoru dayanıb. Həmin təxribatlardan daha birini dəyərli oxucularımızın nəzərinə çatdırım.
Epizodların növbətisində göstərilir ki, bir rus qadını (əlbəttə ki, onların əsas məqsədləri rus qadınlarının qafqazlılar tərəfindən zorakılıqlara məruz qalmasını sübut etməkdən ibarətdir - R.) kütlənin içində soydaşımızın üzünə durur ki, (bəli, məhz üzünə durur!) o, yol ilə hərəkət edərkən, azərbaycanlı həmin qadını arxadan əli ilə itələyib (?!). Bununla da həmin qadının başına "OMON" və skinxedlər yığışır (maraqlıdır, onlar həmin andaca orada necə peyda olurlar?) və soydaşımızı aşağılayıcı formada üzr istəməyə məcbur edirlər. O öz mədəniyyətini göstərərək üzr istəsə də, qadına qarşı heç bir nalayiq hərəkət etmədiyini axıra kimi deyir.
Azərbaycanlılara qarşı aparılan kampaniyanın tərkib hissəsi
Bax, məsələ də budur ki, ehtimal olunan təxribatlar bilavasitə azərbaycanlılara qarşı aparılan kampaniyanın tərkib hissəsidir. Ancaq təbii ki, əsil ruslara məxsus humanizm səviyyəli etirazlar da bu hadisələrdə vardır. Məsələn, "OMON" və ultramillətçi skinxedlər növbəti dəfə soydaşlarımızdan birini təhqir edərkən, yaşlı qadın onlara mane olmağa çalışır. Fəqət, onlar azərbaycanlı soydaşımızı müdafiə edən rus qadınına elə bir təhqiredici söz deyirlər ki, binəva oradan dərhal uzaqlaşır. Budurmu onların öz qdınlarına və qızlarına qarşı göstərdikləri "kişilik" münasibətləri? Yaxud budurmu onların russayağı namus və qeyrətləri?
Məsələ aydındır. Azərbaycanlılara qarşı başladılmış "əcinnə ovu" kampaniyasında təxribatçılıq əməlləri mövcuddur və bu əməllərin cavabı da hüquqi-sivil formada verilməlidir. Çünki "OMON" və ultramillətçi Rusiya skinxedlərindən fərqli olaraq bizim millətimiz və xalqımız humanist, tolerant və uzun əsrlərə söykənən mədəniyyət amilinə, mədəniyyət dəyərlərinə sahibdir!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB