Son günlər Türkiyədə baş verən hadisələr Azərbaycanda hər kəsdə ciddi narahatçılıq doğurur. Taksim meydanında baş verənlər və sonradan ayı-ayrı şəhərlərdəki aksiyalar daima diqqətdədir.

Bu məsələlərdə biz ümumən Türkiyənin tərəfindəyik. Türkiyə daxili məsələlərini həll etmək iqtidarında olan güclü dövlətdir. Stabilliyin yolunu özün tapacaqsan, heç kim bu məsələdə sənə məsləhət verə bilməz. Tarixən müdrik türk cəmiyyəti həmişə ortaya çıxan problemləri itkisiz və uzunmüddətli dövr üçün həll edə bilib.

Bu gün, bütün dünyanın diqqəti böyük Atatürkün vətənində olanda, bizlər buradan qardaşlarımıza çağırış edərək deyirik: "Türkiyə, qardaşımız, biz hər zaman səninləyik!"

Biz səni həmişəki kimi güclü, nüfuzlu və qüdrətli görmək istəyirik. Sənin buna gücün var, sən bunu bacarırsan. Sənin qüdrətin yalnız sənə deyil, bütün Şərq, İslam aləmi, eyni zamanda bütün dünyaya lazımdır. Biz türk xalqının bütün baş verənlərin öhdəsindən layiqincə gələcəyinə əminik.

Qardaşın Azərbaycanın gözləri səndədir, ürəyi səninlə döyünür, səninləyik, uğuruna sevinirik, dərdinə şərik çıxırıq. Sənin zəifləməyə ixtiyarın yoxdur. Mərd türk kişisi, ismətli türk qadını sənin gücünün azalmasına imkan verməz.

Biz birlikdə güclüyük!

Bütün xəbərlər Facebook səhifəmizdə