Yenə 24 aprel gəldi. Yenə türk düşmənləri erməni yalanlarının arxasınca düşəcək. Yenə qaniçən imperialist dövlətləri fərqli, hüznlü bir şərqi ilə dünyaya "24 aprel matəmi" oxuyacaq. Həm oxuyacaq, həm də ağız büzüb, göz qırpacaq, bel oynadıb, göbək atacaqlar. Nə dünyanın ən qanlı qatili olduqları ağıllarına gələcək, nə də qan gölünə çevirdikləri ölkələr xatırlanacaq. Nə deyəcəklər? Əlbəttə ki, "Türklər qatildir. Türklər ermənilərə qarşı soyqırımı törədib", deyəcəklər. "1915-ci il, 24 aprel bir qara günün adıdır" deyəcəklər. Utanmadan, üzləri qızarmadan deyəcəklər.

Belə deyən İsveç, Uruqvay, Yunan Kipri, Amerika Birləşmiş Ştatları (ABŞ-ın 41 ştatı), Argentina, Rusiya, Kanada, Yunanıstan, Livan, Belçika, İtaliya, Vatikan, Fransa, İsveçrə, Slovakiya, Hollandiya, Polşa, Almaniya, Venesuela, Litva, Çili, Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya deyil, onları belə dedirdən dövlət və millətlərə baxmaq lazımdır. Xüsusilə də, müsəlman ölkələrinə, müsəlman dövlətlərini ABŞ-a "oyuncaq kukla" edənlərə. Kral, əmir, şeyx, sultan, ayətullah qılığındakı dini istismar edənlərə baxmaq lazımdır.

Onların ucbatından yerlərdə sürünən inanc dünyamıza və imanlı insanların səfalətinə baxmaq lazımdır. Müsəlmanları terrorçu adı ilə əsir alıb, ABŞ-a əsir edənlərdən hesabat tələb etmək lazımdır. Qərbin silah sənayesi pul qazansın deyə, ABŞ siyasətinə alət olanlara üsyan etmək lazımdır. Bu üsyan ediləsi imperialist dövlətlər yenə 24 apreldə gündəmə gələcək.

Erməni diasporu "qəm fəryadını" oxuyacaq. Osmanlı dövləti əleyhinə işləyən və günahsız insanları öldürən ermənilərə sahib çıxacaqlar. Tarix isə onların sahib çıxdıqları axmaq və boş yalanları ifşa edir.

Ermənilərinin hər il qondarma "erməni soyqırımı" ildönümü deyə andıqları 1915-ci il 24 aprel tarixində Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi bir əmr verdi. Aprelin 26-da da Baş komandanlığın əmrinə görə 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edildi. 1915-ci il mayın 27-də "Söbh və isqan haqqında" Qanun qəbul edildi. Dövlətə qarşı qiyam qaldıran ermənilər daha təhlükəsiz yerlərə köçürülməyə başladı. Köçürülərkən bu ermənilərin can və mal varlığı tam mühafizə olunurdu. Köçürmə dövlətin hesabına həyata keçirilirdi. Ermənilər köçürülərkən onların təhlükəsizliyini qorumaqdan ötrü jandarm qüvvələri verilmişdi. Sağlamlıqlarının qorunmasından ötrü həkimlər ayrılmışdı. Ermənilər Van, Bitlis və Ərzurumdakı vilayətlərin daxilində olan daha təhlükəsiz ərazilərə köçürüldülər.

1916-cı il oktyabr ayının məlumatına görə, təxminən 702 min 900 nəfər erməni köçürülüb və onların Osmanlıya xəyanət etməsinə baxmayaraq, hökumət tərəfindən qayğı ilə əhatə olunublar. Hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləmişdi. Deməli, 24 aprelin soyqırımı kimi göstərilməsinin "ermənilərin öldürülməsi" ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür. Bu qanunla ermənilər olduqca böyük bir diqqətlə döyüş bölgələrindən uzaqda bir yerə göndərildi. Hər ehtiyacları, təhlükəsizlikləri təmin edildi. Həmin dövrlərdə Türkiyə ərazisində yaşayan və sonralar dünyanın bir çox ölkələrinə köçən erməni əhalisi də bunu təsdiqləyir. Nə deyək?.. Türk dünyasına qara yaxanlar utansın. Adına "diaspor" deyib, 24 apreldə vay-şivən qoparan nankor, yalançı ermənilər utansın. Bu çirkin böhtanlardan qidalanan türkün öz içindəki xainlər və cahillər, insanlıq tarixində böyük qətllər törətmiş Qərb və tərəfdaşları utansın. 24 aprel 1915-ci ildə türklər heç bir millətə qarşı soyqırımı törətməyib. Ancaq ABŞ-ın "demokratiya" şüarı ilə qoşun yeritdiyi neçə-neçə müsəlman ölkəsində nə qədər soylar qırılıb, məhv edilib. Yüz minlərlə insan qətlə yetirilib və bu qətliamlar hələ də davam edir.

Nə deyək?.. Sənədli-sübutlu qatillər ortalıqda gəzdiyi halda, türklərə qatil deyənlər və dedirdənlər utansın!..

31 mart, 26 fevral, 20 yanvar kimi gerçək soyqırımları görməzlikdən gələrək, 24 aprel yalanına sarılanlar utansın!..

Bütün xəbərlər Facebook səhifəmizdə