NİDA adlı narkomanlar, seks manyakları, sırğa taxıb, saç "kraskalayanlar" və psixofərdlər yığıncağının biabırçı, rəzil görüntüləri üzə çıxdıqdan sonra bir çox məsələlər gün kimi aydın oldu. Sən demə, Müsavat başqanı İsa Qəmbərin dediyi kimi, NİDA-çılar "Azərbaycan gəncliyinin qürur mənbəyi" deyilmiş. Çünki onların arasında nəinki yuxarıda sadalanan faktlar, hətta daha betər məlumatlar və görüntülər mövcuddur. Əgər bu gün əsgər ölümünü siyasiləşdirərək küçələrə çıxıb ictimai asayişi pozan zəhərlənmiş "gənc" küçənin ortasında "kayfa" düşüb, eşşək heykəlini daldan qucaqlayırsa, meymunluq edərək əyninə geyindiyi pencəyinə "kərkinirsə", onda hər şey gün kimi aydındır. Gün kimi aydındır ki, onlara 100 minlər xərcləyən NDİ-nin Bakı ofisinin rəhbəri Aleks Qriqoryevs passiv seksual azlıq nümayəndəsi kimi həmin gənclərin həyatına kifayət qədər sitayət etməyi bacarıb. Əlbəttə, dağıdıcı müxalifət "liderləri" İsa Qəmbərin, Əli Kərimlinin dəstəkləri bahasına! Ancaq nədənsə, nə İsa "bəyin" gül balası ilə Əli "bəyin" bül-bül balası nə eşşək heykəllərini daldan qucaqlayır, nə də öz pencəklərinə "kərkinib" ah-uf bağırmırlar. Üstəlik onlar siqaret çəkib, araq da içmirlər. Axı papaları onları döyər!
Sən hara, NİDA-çı hara!
Ancaq bəlli olan məsələlərdən sonra NİDA-nın baş "qəhrəmanı", Müsavat başqanının gül balası Turqut Qəmbər dərhal mətbuat konfransı düzənləyərək millətin zəndeyi-zəhləsini aparanda və deyəndə ki, "məni də həbs edə bilərlər", bax onda adam cinlənir ki, əşşi, sən hara, eşşəkminən digər NİDA-çı hara. Sən Müsavat başqanı İsa "bəyin" oğlusan, eşşəkminən digər NİDA-çı isə sadə vətəndaşın övladıdır. Bu gün həmin övlad sənin dədənin zibilinə, idbar siyasətinə, tələsinə düşərək, valideyinlərinə, qohum-əqrabalarına heç də başıucalıq gətirmir. Bu gün həmin gənclərin valideyinləri həqiqətən də utanırlar. CƏMİYYƏTDƏN UTANIRLAR!
Bundan sonra sənin mətbuata çıxıb, "məni də həbs edə bilərlər" deməyin heç kimin marağında deyil, ay GƏDA! Çünki sənin dədən özünü "bəy" elan etsə də, GƏDASAN Kİ, GƏDASAN!
Cürətin və kişiliyin çatırsa...
Deyirsən ki, hakimiyyət NİDA-çıları həbs etməklə onları "oğurlayıb, girov götürüb" (?!-R.) Ancaq səndən - gəda T.Qəmbərdən fərqli olaraq, Azərbaycan xalqı sizləri ittiham edir ki, məhz sənin atan homoseksualit A.Qriqoryevslə sövdələşərək, gəncləri öz ailələrindən, sağlam düşüncəli cəmiyyətdən, dost-tanışlarından, ictimai həyatlarından oğurlamısınız! İndi də həmin oğurluğunuzu hakimiyyətin üzərinə atmaqla "mələk", yaxud "əzabkeş" olduğunuzu sübut etməyə çalışırsınız. Ancaq keçməyəcək. Çünki vaxta da elə çox qalmayıb. Uzağı 6 aydan sonra xalq Azərbaycanın maraqlarını homoseksualistlərə satan SİZ RƏZİLLƏRİ bulunduğunuz arenadan silib-süpürəcək. Özü də tər-təmiz. Bir dənə də olsun ortada mikrob qalmayacaq.
Qaldı ki, T.Qəmbərin "mən də həbs olunacağam" kimi cılız eyforiyaya qapılmasına, özünüreklam kampaniyasına başlamasına, deyərdim ki, nə olar, bir dəfə də sən get "içəriyə" və orada səni səbirsizliklə gözləyən NİDA-çılara cavab ver. Əgər bunu etməyə cürətin və kişiliyin çatırsa...
P.S. Bununla da NİDA-nın çuvalda gizlətdiyi cidası müəyyən olundu. Bu cidanın adı sadəcə, əxlaqsızlıq, rəzillik və ...çilikdir!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB