Azərbaycanda əhalinin gəlirləri dünyanın əksər aparıcı ölkələrindən, Avropanın bir sıra dövlətlərindən yüksəkdədir

Azərbaycan dünyanın yüksək reytinqli iqtisadi qabiliyyətinə malikdir. Heç təsadüfi deyil ki, Davos İqtisadi Forumunda iştirak etmiş 43 ölkə arasından Azərbaycanın iqtisadi uğurları daha qabarıq görünmüş, dünyanın aparıcı iqtisadi təşkilatlarının reytinq agentliklərinin marağına səbəb olmuşdur. Təbii ki, məhz gələn ay ölkəmizdə keçiriləcəck Davos İqtisadi Forumunun növbəti toplantısı da Azərbaycandakı iqtisadi tarazlığın yüksəlişin sağlam prinsiplərə əsaslandığını bir daha ortaya qoymuş olur. Çünki dünya ölkələrindəki iqtisadi vəziyyəti analiz edən beyin mərkəzləri iqtisadi cəhətdən daha uğurlu yol seçmiş öz inkişaf göstəriciləri ilə mövcud olduğu regionda önə çıxmağı bacarmış bir ölkədəkı durumu yaxından görmək niyyətlərini açıq ifadə etmişdilər. Azərbaycan bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 70 faizindən artığına sahibdir. Ölkəmizdə iqtisadi sabitlik ictimai sabitliyin üzərində bərqərar olub.

Təbii ki, iqtisadi sahədə əldə olunan uğurlar yeni iş yerlərinin açılmasına əhaliyə göstərilən sosial xidmətlərin səviyyəsinin yüksəlməsinə də zəmin yaratmış olur. Bu baxımda bəzi beynəlxalq və yerli təşkilatların qeyri-obyektiv qərarlarından fərqli olaraq Azərbaycanda əhalinin əsas gəlirləri ilbəil artır. İşsizlik səviyəəsi demək olar ki getdikcə aşağı düşür. Bunun başlıca səbəbi Azərbaycanda həyata keçirilən siyasətin sosial mahiyyətinə və insanların həyat səviyyəsinin daha da yüksək səviyyəyə qaldırılmasına xidmət etdiyinin bariz nümunəsidir. Azərbaycanda 2013-cü ilin yanvar-fevralında adambaşına düşən gəlir orta hesabla 517,6 manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,4 faiz çoxdur. Adambaşına düşən gəlir orta hesabla 258,8 manat təşkil edib. Adambaşına düşən gəlirlərin artım tempi istehlak qiymətlərinin artımını 3,4 faiz üstəliyir.

Ümumilikdə, əhalinin nominal pul gəlirləri il ərzində 5,8 faiz artaraq 4,785 milyard manata çatıb. Bütün məcburi ödəmələrin və üzvlük haqlarının ödənişindən sonra əhalinin sərəncamında qalan gəlirlər 4,309 milyard manat təşkil edib ki, bu da ötən ilin yanvar-fevralında qeydə alınan analoji göstəricidən 5,4 faiz çoxdur. Əhalinin real gəlirləri adambaşına dörd faiz artaraq 466,1 manat təşkil edib. Bütün bunların müqabilində mübaliğəsiz olaraq onu söyləmək olar ki Azərbaycanı qarşıdakı müddətdə böyük uğurlar gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə