Dünən, 22 mart 2013-cü ildə, İsrailin baş naziri Benyamin Netanyahu Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğana zəng vuraraq 2010-cu ildə "Mavi Mərmərə" gəmisinə edilmiş hücuma görə üzr istəyib və zərərçəkənlərin ailələrinə təzminat ödənəcəyini vəd edib.
İsrail eyni zamanda, Qəzza bölgəsinin blokadasını yüngülləşdirməyə də söz verib.
Hadisə ani olaraq dünyanın bütün kütləvi informasiya vasitələrinin bir nömrəli xəbərinə çevrilib.
Hesab edirəm ki, olay sadəcə günün hadisəsi olmayıb, regionda situasiyanı ciddi şəkildə dəyişəcək bir prosesin başlanğıcıdır. Türkiyə və İsrail dünyanın üzdə olan ciddi siyasi oyunçularındandır. Bu iki nüfuzlu ölkənin münasibətlərindən bir çox məsələlər asılıdır. Məhz "Mavi Mərmərə" məsələsindən sonra Yaxın Şərq düyünü daha da bərk bağlandı. Onların qarşıdurması isə onların özləri ilə yanaşı digər ölkələrin də ciddi problemlərinin yaranmasına səbəb oldu.
Əslində hər iki ölkənin soyuq münasibətinin yaranması da anlaşılan deyildi. Düşünülməmiş addımlar gərginliyin yaranmasına və eyni istiqamətdə gedəsi ölkələrin düşmənçiliyinə səbəb oldu. İsrail və Türkiyə birgə görəcəkləri layihələr dondurulmuş oldu, zaman və imkanlar itirildi.
İsrailin üzr istəməsi vaxti ilə olmuş münasibətlərin bərpasına yaxşı imkan yaradır. İndi dondurulmuş bir çox məsəllərəri həll etmək mümkün olacaqdır.
İlk növbədə Fələstin məsləsinin həllinə imkan yaranır, İsrailin ortaya istək qoyması,Türkiyənin reginodakı nüfuzu, marqlı qüvvələri birləşdirməyə imkan verər. Resurslar biri-birini zəiflətməyə deyil, bir-birini anlamağa istiqamətlənəcəkdir.
Bu iki ölkənin münasibətlərinin yaxşılaşdırılması digər dövlətlərin də əmıəkdaşlıq və problemlərin həllinə birgə işləməyə şərait yaradacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB