Orada deyəndə, yəni müxalif düşərgənin içində baş verən son hadisələri nəzərdə tuturam. Partiyalar və "hərəkatlar" arasında gedən müharibələr azmış kimi, funksionerlərarası savaşların da geniş vüsət alması gərgin vəziyyəti nümayiş etdirir. Bu baxımdan belə görünür ki, Vidadi İsgəndərli ilə Qənimət Zahid - Əli Kərimli cütlüyünün xəmirləri hələ çox su aparacaq. Çünki görünən də budur. Ötən günlərdə "hüquq müdafiəçisi" ilə "Azadlıq" qəzetinin baş redaktoru və AXCP sədri Əli Kərimli arasında yaşanan kəskin qarşıdurma gərginliyi birə-beş artırıb. Və nədənsə V.İsgəndərli bir tərəfdən deyir ki, "biz "İctimai Palata" daxilində eyni cəbhədəyik", başqa tərəfədən də özünün namizədliyini müdafiə etmək üçün "Namus" hərəkatını yaratdığını bəyan edir. İndi necə başa düşək, V.İsgəndərli "palata"dan yanadır, yoxsa "Namus"dan?

Və atom bobmbasının atılacağı gün...

Nə isə, qayıdaq əsas mətləbə - V.İsgəndərli, Q.Zahid, Ə.Kərimli qırğınına. Yəni bəri başdan deyim ki, bu qırğının axırı yaxşı qurtarmayacaq. Çünki "hüquq müdafiəçisi" daha sonra əsəblərini cilovlaya bilməyib deyir ki, lazım gəlsə idi, onlara atom bombası da ata bilər.

Bax, buna deyərdim hə! Çünki V.İsgəndərli həmin ideyanı irəli sürməkdə çox gecikib. Zamanında AXCP sədrinə və onun baş qələmdarına atom bobmbası atsa idi, indi hazırkı vəziyyətlə qarşı-qarşıya da qalmazdı. Daha ona qədər ling vurmağa da ehtiyac olmazdı. Görün, nə deyib "hüquq müdafiəçisi": "Məni tanıyan insanlar bilir ki, təbiət etibarı ilə emosionalam. Tam səmimi deyirəm, onlar mənə iynə sancdı, mən də onlara ling. Əgər onlar mənə ling vuracaqlarsa, mən də onlara atom bombası atacağam. Kimlərsə çaşmasın".

İndi qalıb atom bombasının AXCP-yə tərəf atılması. Yəqin V.İsgəndərli bu məsələdən xəbərdar olan insanları çox gözlətməyəcək...

Bütün xəbərlər Facebook səhifəmizdə