5 pərdəli dram
İştirak edirlər:
Azərbaycan - işğala məruz qalan ölkə
Ermənistan - işğalçı ölkə
Fransa - ATƏT-in Minsk Qrupunun həmsədri
Rusiya - ATƏT-in Minsk Qrupunun həmsədri
ABŞ- ATƏT-in Minsk Qrupunun həmsədri
Birinci pərdə
Azərbaycan
işğala məruz qalan ölkə
Min illərlə ölçülməkdə yaşım mənim,
Cəng içində bərkiyibdi başım mənim.
İsrafilin püflədiyi Sur dəyişdi,
Akkad gəldi, Kuti getdi, Ur dəyişdi.
Mitridatın kələyində itdi Deyok,
Midiyada hökm edirdi, bitdi Deyok.
İskəndər də bu yerləri viran qoydu,
Özü getdi, burda ölü İran qoydu.
Buza döndü ruzigarın sərt sifəti,
Hökm elədi ərəblərin xilafəti.
Dərd dərd üstə gəldi, günlər keçdi yaman,
Cavanşirə heç vermədi yağı aman.
Bəzz qalası viran oldu, Van gölü qan...
Babəkə də Mötəsimdi tutan divan.
Bar vermədi neçə-neçə sultan səyi,
Sinəm üstə yaradıldı bəylərbəyi.
Monqol qoydu bu torpağı tapdaq altda,
Qoç igidlər daldalandı min tağ altda.
Şah İsmayıl gücləndirdi biləyini,
Gerçək etdi hər arzu, hər diləyini.
Səfəvilər çökhaçökdə Nadir gəldi,
Qüdrətli bir hökmdar tək qadir gəldi.
Vaxtı çatdı, saraydakı intriqalar,
Nadirin də taxt-tacını etdi tar-mar.
Rus Qafqazı aşdı torpaq ala-ala,
Şah Qacarı Kür-Arazdan atdı dala.
Rus üsullu bizi verdi hey ayağa,
İrəvana, Zəngəzura doldu dığa.
Dövlət qurduq, erməni də pay istədi,
Azca güzəşt etdik, yenə hay, istədi.
Qurtarmadı sovet bizi pay umandan,
Qarış-qarış yer azaldı, hay umandan.
Gülümsəyir hayı bura gətirənlər,
Cavabdehdi yadı burda bitirənlər.
Baltanı düz kökdən vurmaq istəyirlər,
Qarabağda dövlət qurmaq istəyirlər.
Biz vermərik, zaman dönüb axsa geri
Erməniyə ikinci bir dövlət yeri.
Ədaləti tapdayırlar, qulaq kardı,
ATƏT özü erməniyə tərəfdardı.
Deyən yoxdu burnun iri, başın kobud,
Deyən yoxdu gözün üstə qaşın kobud.
Ermənistan ordusuna dəyən yoxdu,
İşğalçını utandırıb əyən yoxdu.
Tam ikili standartda qiymət, qədir,
Düz deyənin yalançıdan fərqi nədir?
Paris əldə türkə qarşı zopa gedir...
Nə də Moskva ədaləti bərpa edir.
Vaşinqton da durub gendə qaşqabaqlı,
Bizə deyir "erməni yox, sizsiz haqlı.
Olsalar da indi onlar əsil oğru,
Yavaş-yavaş gəlməlidi bizə doğru".
Ermənistan
işğalçı ölkə
Aesduas, xalqımın halı yamandır,
Türkdən torpaq qopar bizə, amandır.
Qoyma ki, yerlərdə sürünsün haylar,
Bizə qismət eylə super daydaylar.
Qoy bizə ianə versin hər biri,
Tükənib getməyək, qalaq biz diri.
Böyük Pyotrun üzü ağ olsun,
Arxamızda rusun canı sağ olsun.
O, bizə yurd verdi türkün yerindən,
Axır nəfəs alıb xeyli dərindən
Cənubi Qafqaza kəsildik qənim,
Dedik ora mənim, buralar mənim.
Əvvəl rus bölmüşdü Azərbaycanı,
Biz gəlib dedik ki, hayesi tanı.
Gəlib İrəvana yığışdıq, bəli,
Hər bizi tanıyan torpaq verməli.
Bizdə ağıl da var, amal da vardır,
Torpaq qəsb etməyə kamal da vardır.
Hər bir qonşu xalqa verərik zillət,
Bizik yer üzündə ən zalım millət.
Nəslimiz hay-Nuhdan törənib bizim,
Kökümüz Qafqaza dirənib bizim.
Azərbaycanlını sıxışdırarıq,
Rus rəvac verərsə çatıb-qırarıq.
Atəş açan dağdan-dərədən bizik,
Xocalıda qırğın törədən bizik.
Bunu özümüzə şərəf bilirik,
Rusu özümüzə tərəf bilirik.
Bizi qan-qadaya yerikləyən rus,
Hər bir cinayətə sürükləyən rus.
Vardır ölkəmizdə rusun min postu,
Bizik Moskvanın sadiq forpostu.
Onun sığalından biz razı qallıq,
Ac qalsaq, ruslardan ianə allıq.
Bizim amalımız kredit yemək,
Sonra hər torpağa bizimdi demək.
Dövran bizim, dəm də öz dəmimizdi,
Qonşu yeməkləri mətbəximizdi.
Necə ki, xörəkdə soğan bizimdi,
Bunlar oxuduğu muğam bizimdi...
Düz iki min yetmiş yeddi il əvvəl,
Bizim məmləkətə Pompey qurdu pəl.
O, bizim dövlətə baxdı çəpəki,
"Böyük Ermənistan" bölündü iki.
Biz də boynumuza alırıq təmiz,
O vaxtdan ayağa durmur ölkəmiz.
Nə sikkə basırdıq, nə metal quruş,
İndi İrəvanda tapdıq qurtuluş.
İşimiz sonralar gətirməsə bəd,
Qurruq Qarabağda ikinci dövlət.
Atalıb-düşməsin Bakı nahaqdan,
Yoxsa KTMT tökər nahaq qan.
Torpaq sahibini saymaz, pislərik,
Burda yaşamağa məhkum kəslərik.
Bizim puçumuzu buranlar məlum,
Həm də arxamızda duranlar məlum.
Yoxdu yer üzündə bizim tək millət,
Torpaq sahibinə versin əziyyət.
Rusiya
ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRİ
Bizdə atom silahı var, supergüclü ölkəyik,
Həm Qafqaza qonşu olan maraqlı bir bölgəyik.
Qarabağı tanıyırıq sizin torpaqlar kimi,
Burda yaşayan erməni əsir yarpaqlar kimi.
Sizin hüququnuz vardır onu geri almağa,
Erməni də israrlıdır orda məskən salmağa.
Biz qoymarıq sizi heç vaxt müharibə etməyə,
Məcbursunuz erməniyə siz güzəştə getməyə.
Erməniylə razılığa gələ bilsəniz əgər,
Güldən ağır bir söz belə deyə bilərik məgər?
Ancaq bircə erməninin burnu azca qanasa,
Onu yersiz sayıb kimsə haqq-nahaqdan qınasa,
O zaman siz Moskvadan inciməyin, küsməyin,
Biz icazə vermiriksə, bu yerlərdə gəzməyin.
Burda vardır erməninin yaşamağa hüququ,
Pyotrdan bu tərəfə ruslar onun druqu.
Onlar bura Yerevandan rahat gedib-gələrlər,
Həm də, sözsüz, müqəddərat təyin edə bilərlər.
Biz deməsək, sizin qaçqın girə bilməz oraya,
Tez gələrik ermənilər çağırsalar haraya.
Ermənini incitməyə biz vermərik sizə haqq,
Məqsədimiz regionda ermənini qorumaq.
İncitsəniz siz onları say hesabı əksilər,
Bu zavallı dığaların damazlığı kəsilər.
Bütün dünya ermənisi yanıb dönsə də külə,
Biz onları bəsləyərik inkubatorda belə...
Bu kəlməni deyim sizə ibrətamiz son kimi,
Ermənistan lazım bizə adi poliqon kimi.
Burda yeri-göyü görən neçə qurğu qurarıq,
Erməniyə tuşlasanız topunuzu vurarıq.
İndi Qafqaz zonasının nəzarəti bizdədir,
Bizim rəsmi dairələr çox sirləri gizlədir.
KTMT məkanında ermənilərlə şərik,
Sabah nələr törədərik, özümüz də bilmirik.
(Çastuşka sədaları altında oxuyur)
Regionda ermənini,
Gücləndirmək istərik.
Sizi məğlub etmək üçün
Silah verrik üstəlik.
İstərik ki, Qarabağa
Doluşsun başkəsənlər.
Burun, boğaz, qulaq, barmaq,
Dil, dodaq, qaş kəsənlər.
Erməninin qulluğunda
Mil dayanıb Moskva.
Qırğın silahları atıb
Sonra verrik bol hava.
Cəza verrik erməniyə,
Bizə çıxsalar xilaf.
İstərik ki, aranızda,
Daim olsun ixtilaf.
İxtilaflar olan yerdə
Rahat nəfəs alarıq.
İstəsək sülh yaradarıq,
Ya da dava salarıq.
Biz istəsək toyu olar,
İstəməsək də yası.
Əlimizin altındadır,
Erməni knopkası.
Fransa
ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRİ
Türkə qənim kəsilmək Avropada qaydadır,
Paris nə eyləyirsə, erməniyə faydadır.
Türklər bir vaxt törətdi dəhşətli bir soyqırım,
Dedilər xaçpərəstdi, ermənidi, qoy qırım!
Erməniyə ölkədə yaradırıq diskomford,
İstərik nikbin olsun, villa tiksin, alsın "Ford".
Haylara həyan olmaq fransızın amalı,
Hər erməni Parisdə bizdən razı qalmalı.
Erməninin üstünə salmasın Paris kölgə,
Azərbaycan bizimçün adi müsəlman ölkə.
Erməniyə deməyin: iki fındıq, bir də qoz,
Biz xaçpərəst - erməni zavalı katalikos.
Biz türkləri güdərək qanunlarla izlərik,
Sizin hər birinizə cəza verib pislərik.
Demokratlar da qoymur rahat nəfəs alaq biz.
Sizi hadisə üstdə tutub tora salaq biz,
Biz german tayfasından yaranmış fransızıq.
Ermənini sevməyən hər bir türkə qansızıq.
Sizin torpağınızda hay nəsli Hayıstan var,
Bizim Fransada da Qərbi Ermənistan var.
Qarabağla bağlıdır indi qilü-qalımız,
Sərhədləri uzatmaq başlıca amalımız.
20 ildir Qarabağ əlinizdən gedir ki,
O bircə çimdik torpaq sizin üçün nədir ki?
Ay müsəlman, qulaq as, inadı kənara at,
Qoy erməni orada yaşasın xeyli rahat.
Bir həmsədr ölkə kimi mən olaram vəkilin,
Yeddi rayonu alıb, xeyli geri çəkilin.
İrəvanı verdiniz, Qarabağı da verin,
Yoxsa hücum edərlər hüdudlarına Kürün.
Etməyin ermənini geri getməyə məcbur,
Olarıq biz onlara kömək etməyə məcbur.
Həmişə israr edən son nəticədə udur,
Minsk Qrupunda indi mövcud standart budur.
Erməni işğalçıdı deyirsiniz siz, guya
20 ildi güzəştə getmirsiniz qonşuya.
İşğalçı ölü olar, yerində dəbərərmi?
Torpaq işğal edən də acından gəbərərmi?
Topu-tüfəngi olan ianə alarmı heç?
Qeyrəti olmayan kəs yurd-yuva talarmı heç?
Atmayın ayaq altda bu yazıq ermənini,
Biz onu dəstəklərik, xristiandı dini.
Zavallı bir tayfaya vermirsiniz heç aman,
Olmadınız özünüz heç də yaxşı müsəlman.
Yaxşılar ənam verər vətən torpağını da,
Bağışlar Anuşlara öz gözəl bağını da.
Anuşlar yarıçılpaq qabağında burcudar,
Onlar ləzzət kanıdır, hər birinin "bürcü" dar.
Xanımlar arasında erkəklər tək qıvrılın,
Eşq camını nuş edin, məhəbbətdən qovrulun.
Yoxsa başlamısınız bağ da, dağ da mənimdir,
Ermənilər yaşayan Qarabağ da mənimdir.
Nədən oldu bu millət düşmənimiz, yağınız,
Məgər erməni kimi azdımı torpağınız?
Ermənistana qarşı azaldın siz nifrəti,
Qarabağda yaransın qoy erməni dövləti.
ABŞ
ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRİ
Mən təpədən-dırnağacan silahlı gücəm,
Öz qabından yeməyənlə qabayam, öcam.
Çox yelbeyin zorbaları ağrıdan mənəm,
Qorbaçovla sovetləri dağıdan mənəm.
Qoy xırda bir hərəkətə göz, Azərbaycan,
Erməninin təzyiqinə döz, Azərbaycan.
İndi hələ çox məşğulam vacib işimlə,
Ruslarla da davranıram pişim-pişimlə.
Ruslar hərdən qeyzə gəlib qəzəbləndikcə,
Xırda bir gediş edirəm üsullu, incə.
O susanda, sıçrayıram tezcə boynuna,
Bir az xərclik sallayıram əllə qoynuna.
Rus da susur, xoşallanır pulun önündə,
Kim şadlanmaz bir pulverən qulun önündə?!
Göstərirəm mən özümü adi qul kimi,
Qəflətən də mən sərirəm yerə çul kimi.
Elə qıvraq işlədi ki, məndəki əqil,
Hər müttəfiq ölkə oldu dərhal müstəqil.
Neçə millət azad oldu mənfur felindən,
Balkanlar da xilas oldu rusun əlindən.
Qərbin neçə ölkəsində vardı barmağı,
Çıxmaqdadı bircə-bircə iti qarmağı.
Əfqanıstanda da odu-közü qalmadı,
İraqdan söz salmağa da üzü qalmadı.
Tunis, Misir, Yəməndən də çəkdi gözünü,
Liviyaya çevirmədi hətta üzünü.
Suriyada türkə qarşı qabardı bir az,
"Patriot" da ürəyinə qübardı bir az.
Moskvanı Suriyadan sıxışdırarıq,
Əllərini-ayağını yığışdırarıq.
Hələ onun çaynağında Cənubi Qafqaz,
Çox istər ki, vursun bura daim sərt qapaz.
Burda ona xidmət edir erməni əli,
Yavaş-yavaş uçurarıq biz bu təməli.
Bu gün siz bir incidilən, erməni oğru,
Erməni də meyl edəcək bizlərə doğru.
Nə qədər ki, Vaşiqton var, sizlər varsınız,
Bir vaxt cumub Qarabağı qaytararsınız.
Rus hirslidi, getmək olmaz onun dalınca,
Xumarlanıb qoyan kimi başı balınca.
Oynatmaqçün Kremli uyuq salarıq,
Çeçeni də, tatarı da duyuq salarıq.
Onlar rusu gəmirərək içdən yeyərlər,
Rus da bizim önümüzdə pörtərək tərlər.
Müvəqqəti siz unudun rusu-filanı,
Dəstəkləyin əvvəlki tək bizim planı.
Sizinki də gerçəkləşər, tezi-geci var,
Rusu sevən ermənidə çoxlu gici var.
Onlar bizim azman gücü tüklənmiş saymır,
Qəribədir, onlar rusu tükənmiş saymır.
Bir vaxt gələr erməninin yerə dizləri,
O vaxt Allah sevindirər şəksiz sizləri.
Çox güman ki, ermənilər vəd alıblar bol,
Dövlət qurmaq heç də deyil girdikləri kol,
Rus onların bu fikrini özü bəyənmir,
Ermənidi... tərsə düşüb düzü bəyənmir.
Tərs sillə tək atılanda üzə həqiqət,
Biləcəklər səhv ediblər, edəcəklər qət,
Sizinlə dinc yaşasalar, bunu edərlər.
Buna qane olmasalar, çıxıb gedərlər.
Pərdə enir
İKİNCİ PƏRDƏ
AZƏRBAYCAN:
Müsyo, sözlərimə düz cavab ver, sən
Minsk Qrupunda nə işləyirsən?
FRANSA:
Yerevan önümdə açıbdı ətək,
Qurumda tanındım bir həmsədr tək.
AZƏRBAYCAN:
Adın Fransadı, kef-damağın çağ,
Ədalət meydanın çox dardı ancaq.
20 il ərzində yalan satırsan,
İşğal olunana təpik atırsan.
Erməni nə desə deyirsən düzdür,
Zülmətə al dillə dedin gündüzdür.
Sən öz əməlinlə zoğlu çayırsan,
Nədən ağ yalanı haqlı sayırsan?
Erməni boğaza dolanmış ilan,
Sən onun felilə deyirsən yalan.
FRANSA:
Tutub dövlətimi erməni dəmi,
Erməni bizlərdə it xılı kimi.
Bizim sür-sümüyü sümürməkdədi,
Sizi yurdunuzda gəmirməkdədi.
Seçkidə qurmaqda erməni tələ,
Onlara maildi Sarkozi belə.
Bizdə seçkilərdə erməni səsi,
Prezidentlərə verir nəfəsi.
Onlar da erməni nə deyir edir,
Lazım olsa, hətta tarana gedir.
AZƏRBAYCAN:
MQ həmsədri kimi gərək siz,
Qoyasınız aydın, obyektiv bir iz.
Mürvət itirməyən adi bir oğru,
Heç zaman yalana deməyib doğru.
İşğalçı bəsləyib, bizə atırsan,
Adi yalanlara məslək satırsan.
Ağıllı adamlar, məslək satana
Həmişə demişlər: lənət atana.
Nə qədər dolaşıq düşsə kələfin,
Lənət qazanacaq daim xələfin.
FRANSA:
Nifrini, lənəti yumşalt bir qədər,
Bizim elitaya dəyməsin xətər.
Özünüz həll edin hər problemi,
Yaşayın birlikdə qardaş, dost kimi.
AZƏRBAYCAN:
Ordusu elimdə qurubdu bardaş,
Bədnamdan olarmı bizlərə qardaş?
FRANSA:
Torpağınız necə olundu işğal?
Bizi də üzməkdə, doğrusu, bu hal.
AZƏRBAYCAN:
Erməninin gücü çatmazdı bizə,
Heç vaxt qayıtmazdı o, üzümüzə.
Bəli, ermənini qudurdan oldu,
O türkə düşmənlər qudurğan oldu.
Taxaraq boynuna qul tək xaltalar,
Sapı özümüzdən olan baltalar,
Salıb özlərini bossun sehrinə,
Çıxdılar xaricə qrant seyrinə.
Moskva da cumub alıcı quş tək,
Etdi erməniyə açıqca dəstək.
Gəldi çağırışa o dahi rəhbər,
Artıq yetişmişdi ölkəyə xətər.
O, səksən faizi eylədi abad,
Düşmənin özü də qaldı buna mat.
Qaçıb dağılandan "bəy" adlananlar,
Tarixə bir ləkə, səy adlananlar...
Düşmənə vermərik qar qarlı qışda,
Vermərik torpaq da bircə qarış da.
Aşkarda biz olduq qəmə bürünən,
Siz iş görmədiniz gözə görünən.
FRANSA:
Bizim əlimizdən nə gəldi etdik,
Haraya dediniz o səmtə getdik.
20 il ərzində çox verdik təklif,
Siz onu etdiniz xülya, yalan, mif.
Bu yara o vaxtdan verməkdə irin,
Sülhü siz özünüz gerçəkləşdirin.
Əgər razılığa gəlsəniz siz tam,
Konflikt həllini tapacaq tamam.
AZƏRBAYCAN:
İşləyin, durulsun hər bulanıq su,
Çıxsın Qarabağdan düşmən ordusu.
Siz öz işinizdə olun çox dəqiq,
İkili standart etməyin tətbiq.
O qədər pak deyil sizlərdə niyyət,
Oğruyla doğruda olmaz eyniyyət.
Bizim sərvətlərdir edilən talan,
Erməni danışır üzdə ağ yalan.
Qoyub bir kənara məntiqi ağlı,
Sizlər ermənini saydınız haqlı.
FRANSA:
Sizin xəyalınız intiqam, qandır,
Axı bu erməni xristiandır.
Bu etiqaddadı bütün Qərb özü,
Birlikdə qabağa çəkərək közü,
Əvvəl olduğu tək barışın getsin,
Biryolluq qaynayıb-qarışın getsin.
AZƏRBAYCAN:
Barış olmayacaq, deyirik qısa,
Erməni ordusu çıxarılmasa...
O vaxt Qarabağa, eyləmişik qət,
Ali status da verərik, əlbət.
Qalxar aramızdan dərin uçurum,
Erməni yaradar muxtar bir qurum.
Tərəflər danışıb-dinər sevinclə,
Qaçqınlar yurduna dönər sevinclə.
Bizlər yol vermərik, edərək qələt...
Qursun ermənilər burada dövlət.
Səhv edib, biz fürsət verdik bir dəfə,
Onlar dövlət qurub baxdılar kefə.
Qismət olmayacaq ikinci bir kef,
Onları əbədi edərik bikef.
FRANSA:
Onlara məhəbbət köksümüzdədir,
Ermənipərəstlik kökümüzdədir.
Onlar xristian, biz xristian,
Yardım etməməyə yol verməz vicdan.
Onları daima incidibsiniz,
Bu gün arxasında dayanmışıq biz.
AZƏRBAYCAN:
Erməni bu yurda köçüb gələli,
Olub qanımızı soran bir zəli.
Nə qədər kənara tullayırıqsa,
Qayıdır, yolunu edərək qısa.
Axıdılsa bircə erməni qanı,
Yanında görərsiz dərhal İvanı.
20 Yanvarda da dedilər guya,
Atdıq ermənini dərin quyuya.
Günahkar erməni kənarda qaldı,
Əsgərlər bizlərdən intiqam aldı.
Haylar Qarabağda quduran zaman,
Rusun ordusuydu Bakıya cuman.
Qalsın ürəyində nisgilin, ağrın,
Məgər Xocalıda edilən qırğın,
Erməni əliylə törədilmədi?
Bu yerdə bizlərə iradın nədi?
FRANSA:
Öldürməmisiniz deyirsiz hayı,
Bəs niyə azalır onların sayı?
Sayınız get-gedə artıb çoxalır,
Haylar zaman-zaman daim yoxalır.
Onlar önünüzdə aciz-avara,
Hayları qısnayan sizsiz divara.
Onlara xəsarət yetirirsiniz,
Öldürüb, qanını itirirsiniz.
Hayları siz qırıb çatmayın barı,
"Qırmızı kitab"a düşüb adları.
Bu dünya üzündə mənzilləri dar,
Haylar incidilmiş zavallıdılar.
AZƏRBAYCAN:
Dünya erməniyçün adi bir qəfəs,
Onlara yurd vermək əbəsdir, əbəs.
Bu torpaq əbədi mənim deyirlər,
Özünü bizlərə qənim deyirlər.
Nə qədər rəzalət onlara peşə,
Torpaq gözlərini yumar həmişə.
Zavallı dediyin bu hay rəzillər,
Rusdan silah alıb bizi əzirlər.
Onlar başa düşmür halallıq, savab,
Məcburuq verməyə tutarlı cavab.
Biz belə etməsək, həddi aşarlar,
Qudurub, daha da azğınlaşarlar.
Deyil erməninin xeyrinə gərdiş,
Sizin əlinizdən gəlmədi bir iş.
FRANSA:
Olland açıq deyib bununla bağlı,
Bakını həmişə bilmişik haqlı.
Şübhə yox, Qarabağ sizindir, əlbət,
Erməni buraxıb cüzi bir qələt.
Bununçün onları qınamaq olmaz,
Neft-qaz kəmərilə sınamaq olmaz.
Onlara yol açın, yardım göstərin,
Yaxşı apararlar haylar özlərin.
Əgər açılmasa magistral xətlər,
Acından ölərlər bu hay bədbəxtlər.
Təzyiqi yumşaldıb, azaldın bir az,
Erməni susacaq, edib xeyli naz.
AZƏRBAYCAN:
Bizə danışdınız 20 il nağıl,
Yoxdu ermənidə bir qram ağıl.
Olsaydı ordunu çəkib gedərdi,
O vaxt azalardı, əlbəttə, dərdi.
Atmazdıq onlara o zaman təpik,
Danışıb-gülərdik, çalardıq çəpik.
Onlar yeyər-içər, tox olardılar,
Bollu qaz verərdik, neft alardılar.
Əgər atsaydılar bədnam əməli,
Hər bir layihəyə çatardı əli.
Onları idarə etsəydi idrak,
Hayalar təmizlənib olardılar pak.
Yerevan inadı atsaydı, artıq
Onlara səmimi həmkar olardıq.
Ölkələr Bakıya qol-qanad açır,
Bizim təkliflərdən hayalar yan qaçır.
FRANSA:
Yerevan nəslindən məlumat yazır,
Deyir mənim nəslim Nuhdan başlayır.
AZƏRBAYCAN:
Sitat gətirməyin siz o guruhdan,
Yer əhli törənib Adəmdən, Nuhdan.
Fransa, özün də bunu yəqin bil,
Bu halda erməni müstəsna deyil.
FRANSA:
Onların keçmişdə şöhrəti olub,
Qədimdə Urartu dövləti olub.
Deməyin vətəni yoxdur, ölüdür,
Qrabar hayların qədim dilidir.
AZƏRBAYCAN:
Ruhum, əqidəmlə deyirəm ki, mən,
Hayların olmamış Urartu, Ərmən.
Qədim Hayastanı, eradan əvvəl,
Pompey dağıtmışdı, qəfil, əlbəəl.
Qrabar-xalqının dilidir, düzü,
Onu başa düşmür erməni özü.
Təzə formalaşıb axı bu millət,
Qoymarıq yaratsın ikinci dövlət.
Fransa:
Yaxşı bir məsləhət veririk sizə,
Sülhlə nail olun istəyinizə.
AZƏRBAYCAN:
20 il gözlədik sizlərdən səyi,
Bəs hanı ATƏT-in sülh köməyi?
Artıq qətiyyətlə eyləmişik qət,
Bizə gərək deyil sizin məsləhət.
Daim özümüzə inamımız var,
Rəzil erməniyə gücümüz çatar.
Elə ki, qovmuşdu iradə, amal,
Qalib gələcəkdir cahanda kamal.
Pərdə enir
ÜÇÜNCÜ PƏRDƏ
RUSİYA:
Erməni yüz illər can dostum mənim,
Çevrilib olubdu forpostum mənim.
Bu gün erməniyə bir həyan mənəm,
Onun sərhədini qoruyan mənəm.
Bir kimsə incidə bilməz dostumu,
Dərhal dəstəklərəm öz forpostumu.
Onları bu yerdə biz bitirmişik,
Sürüyüb Qafqaza biz gətirmişik.
Görünməz rəqibə qurarıq tələ,
İzlərik gözaltı NATO-nu belə.
Erməni əlilə vurarıq qapaz...
Bizim kurasiya Cənubi Qafqaz.
Qarabağda gizli marağımız var,
Erməniyə bağlı qəlb bağımız var.
Bu bağı qıranı məhv eyliyərik,
Desək bura sizin, səhv eyliyərik.
Xoxumuz titrədir kürreyi-ərzi,
Əlbəttə, Qarabağ sizin ərazi.
Qərarımız qəti, hayları heç kəs,
Bu dilbər guşədən çıxara bilməz.
Erməniyə silah qaldıran əsgər,
Bizim hücumlardan əziyyət çəkər.
Kreml meyarıyla erməni mərddir,
Bizim KTMT NATO-dan sərtdir.
Nəzəri cəhətdən Qarabağ sizin,
Burada erməniyə vermişik izn,
Yaşasın-işləsin yüz illər belə,
Onları incitmək olmaz bir gilə.
AZƏRBAYCAN:
Bizləri çox yaxşı tanıyırsan sən,
Nə vaxtdan olmuşuq adam incidən?
Daim zaman çəkib bizləri dara,
Kimdir əlimizdən gələn zinhara?
Gözəl Qarabağda qıvrılıb ilan,
Bizik bu torpaqdan didərgin olan.
Konflikti düyən həmsədr tək sən,
Bir dılğır dığanı etdin başkəsən.
Xələfin Bakıda qırğın törətdi,
Erməni nə etdi, oğrun törətdi.
Onunçün fikrin də olub haçalı,
20 il əvvəl də getdi Xocalı,
Burda törədildi əsil soyqırım,
Erməni yenə də dedi: qoy qırım!
Bu əməl yaraşmaz insan nəslinə,
Özün de, hayların kökü, əsli nə?
Bunlar ləkə deyil bəşəriyyətə?
Gəl az haqq qazandır bu cinayətə!
Yerevan ordunu çəksin yurdumdan,
Yoxsa zərbə alar qadir ordumdan.
Qaçqınlar qayıtsın öz torpağına,
Yenə sahib olsun bağça-bağına.
Dirçəlib, yüksəlib canlansın bölgə,
Rahat nəfəs alsın bu el, bu ölkə.
Bu yerdə əbədi həyat var olsun,
O xaraba yerlər laləzar olsun.
Açsın hər tərəfdə nərgiz, lalələr,
Toplasın hər çiçək şəbnəm, jalələr.
Yaşıl rəng geyinsin yazda talalar,
Şən, xoşbəxt böyüsün körpə balalar.
Biz də zövq alaraq o saf havadan,
Tamam əl çəkərik qırğın, davadan.
Rəzillər, bədnamlar solub xar olar,
Sülh bu məmləkətdə bərqərar olar.
RUSİYA:
Bir supergüc kimi biz zövq alırıq,
Minsk Qrupundan nəzər salırıq,
Bizim forpostumuz qoyan təmələ,
Sizin qudurduğunuz min bir əmələ,
Bizim forpostlara nifrət var sizdə,
Xeyli şübhəlidi əməliniz də.
Silahı qoy yerə, sülhə meyil sal,
Supergüc işidi dava-qalmaqal.
Hərbi niyyətindən coşar erməni,
Sizin sərhədləri aşar erməni.
Geniş torpağına dəyər ayağı,
Kürə, Kürdəmirə sancar bayrağı.
Siz buna hamınız əmin olun tam,
Həmişə onların arxasındayam.
AZƏRBAYCAN:
Erməni aclıqdan çəkməkdədi qəm,
Bizi haqlı sayır beynəlxalq aləm.
Haqlı güclü olar, arxalı köpək
Baxıb sahibinə hürər xeyli ləng.
Erməni həyatda acı, qəm dadır,
Amma Azərbaycan inkişafdadır.
Geniş layihələr, müqavilələr,
Daxil olmaqdadır hər axşam-səhər.
Dünyanı qucmaqda elin qolları,
Neft xətti, qaz xətti, dəmir yolları,
Bütün Avropaya uzanmaqdadır,
Qeyri-neft sektoru qazanmaqdadır...
Real bir qazancı yoxdu azacıq,
Yerevan dalana dirənib artıq.
Dalanın nə dalı, qabağı yoxdur,
Bu xalqın işıqlı sabahı yoxdur.
Bu ölkə xaricdən yal almaqdadır,
Dibsiz uçuruma yol almaqdadır.
Əgər istəsələr olmayalar ac,
Bizimlə sazişdir yeganə əlac.
RUSİYA:
Biz supergücü siz salmayın incik,
Qoymarıq Qafqazda yarana dinclik.
İnşa edilərsə bir "Qafqaz Evi",
Erməni qəlbində yatan gic divi,
Oyadıb, qəlbinə zəhər qatarıq,
Onu aranıza dərhal atarıq.
Yenidən qovğaya düşərsiniz siz,
Bundan zövq alarıq, sevinərik biz.
Erməni qəlbinə dolar min hiddət,
Biz şər iş görərik burda bir müddət.
AZƏRBAYCAN:
Burda yaranacaq "Qafqaz Evi" də,
Küpə qaytararıq azğın divi də.
O zaman səhvini duyar erməni,
Bütün günahını yuyar erməni.
O vaxt ordusunu çəkib aparar,
Cənubi Qafqaz da olar sizə dar.
Necə Balkanlardan çıxdı əliniz,
Burda da dəyərdən düşər feliniz.
RUSİYA:
Çox tezdir bizləri hesabdan silmək,
Hələ əlimizdə bizlərin ilmək.
Gəlib doğanaqdan keçincə kəndir,
Cənubi Qafqazda gur yanar təndir.
Qoyub ermənini orda gözətçi,
Edərik yenidən Kremlə işçi.
Erməni qəlbinə yeridərik şər,
Onlar da burada fitnə törədər.
Bu toplum həmişə bizlərə şərik,
Biz də uzun müddət qürrələnərik.
Onlar lazım gəlsə adını danar,
Bununla bir daha dövrə qapanar.
Siz nə qədər sülhə qoysanız qədəm,
Erməni hər dəfə gətirəcək qəm.
Onlar bir kukladır, bu, deyil ki, sirr,
Erməninin pultu əlimizdədir.
AZƏRBAYCAN:
Hay kukla rolunu oynayır əla,
Biz də təlimatçı deyilik əsla.
Nazla oynamaq da deyil peşəmiz,
İynə oynadana yeridirik biz.
BMT-nin məlum dörd qətnaməsi,
Bizdə artırmaqda xeyli həvəsi.
Torpağı qaytarmaq amalımızdır,
Məsləhətçimiz pak kamalımızdır.
Məfkurəsi gödək sizin kimilər,
Vaxt gələr, inşallah, qəbrə gömülər.
Bir vaxt sovetlər də gur-gur gurladı,
Ancaq zaman onu pis dığırladı.
Yerə-göyə sığmaz çox imperiya,
Yüz illər boyunca qurdu min riya,
Sonra da ömrünü küləyə verdi,
Zaman çox quduzu kələyə verdi.
Daim yerindədi bizlərin ağılı,
Bizim Azərbaycan Tanrıya bağlı.
Bəxş edib bizlərə xoş baharını,
O özü verəcək son qərarını.
Kiminin ağzını qışa döndərər,
Kimini Qıl körpü üstə göndərər.
Supergücəm deyib öyünən kəslər,
O qadir qüvvənin gücüylə pəslər.
Biri korluq çəkər puldan-paradan,
Bizi xoş sabaha atar Yaradan.
Dərhal salam verib o al səhərə,
Müjdə göndərərik eldə zəfərə.
Bədxah niyyətlilər iraq olarlar,
Yaxşılar yollarda çıraq olarlar.
Daha çıxa bilməz bir şahmar yola,
Düşər Azərbaycan o hamar yola.
RUSİYA:
Keçirib hayları məşum əngələ,
İti çəngəllər tək alarıq ələ.
Rəqib ürəyinə soxub çəngəli,
Davam etdirərik xeyli əngəli.
Yerevana çoxlu silah verərik,
Çünki o, əbədi bizlərə şərik.
Ordunuz güclüdü deməyin çox da,
Forposta hədələr duyduq bu xoxda.
Dörd qətnamə haqda söhbət etdiniz,
BMT-ni yüz il susdurarıq biz,
Versək səsimizə azca sürəti,
Sənin BMT-nin enər şöhrəti.
AZƏRBAYCAN:
Ağzını yummadan danışan kəsdə,
Çox keçməz kəsilər quru nəfəs də.
RUSİYA:
İskəndər dövründən danışırıq biz,
Yazıb haqqımızda öz Nizaminiz.
Deyib itki verib rus İskəndərə,
Olub sərt qüvvə tək tuş İskəndərə.
O qədər əsgəri olub ki, tələf,
O, gedə bilməyib şimala tərəf.
AZƏRBAYCAN:
Nizami ruslardan danışmayıbdı,
O, slab deyibdi, rus yox...ayıbdı.
Deyib orda olub yeddi vilayət,
Slabıy slablar qaçıb, nəhayət,
Görəndə İsgəndər cumub dörd yana,
Vicvicə düşübdü əlüstü cana.
Slab hökmdarı Kıptal ki vardı,
Yunan ordusundan yaman qorxardı.
Görəndə orduya dəyibdi zaval,
Əsir Nüşabəni qaytarıb dərhal.
İskəndər olubdu şimala varan,
Onu Şu xan olub geri qaytaran.
Verir bu xəbəri Çin mənbələri,
Qazana bilməyib yunan zəfəri,
Şu xan geniş Çölün ərəni olub,
O, qədim türklərin törəni olub.
Çölçülər slabı tez-tez əziblər,
Kıntallar onlardan kənar gəziblər.
İskəndərin adi bir pəhləvanı,
Çox tez məğlub edib Kupal - "İvanı".
Kupal slabların baqatırıydı,
Canına bir yunan igidi qıydı.
RUSİYA:
Bu gün rus başını tutmaqdadı dik,
Dünyanın supergüc bir ölkəsiyik.
Bizim kurasiya Cənubi Qafqaz,
Kənara sapana vurarıq qapaz.
Göz altdan nəzarət yetirdik yurda,
Erməni toxumu cücərtdik burda.
Nə qədər ki, çoxdu Kremlin varı,
Ermənistan olar silah anbarı.
Bütün Qafqazları bələyib qana,
Biz dəstək verərik kənardan ona.
Kim cavab verərsə, hətta nər kimi,
Biz qırıb çatarıq çeçenlər kimi.
Sizin sərhədlərə qoşun çəkərik,
Torpaqlarınızda dığa əkərik.
Sizin sahillərə, hələlik, cəmi,
Göndəririk üç-dörd silahlı gəmi.
Bizimçün, haylarçün bir xoş səhərdə,
Uçar Xankəndinə təyyarələr də.
Bizim təxribatlar bitməmiş hələ,
Çalışın çıxmayaq qəzəbdə zilə.
Saziş bağladınız 20 il əvvəl,
Bişkekdə şahidlik etdik əlbəəl.
Sülhə edilməli həmişə meyil,
Tərəflər sazişi pozmalı deyil.
AZƏRBAYCAN:
Nə qədər oğullar yuxulu deyil,
Təzyiqin özü də qorxulu deyil.
Nə qədər olacaq haylar köləniz,
Bizə tuşlanacaq silah lüləniz.
Bizim siyasilər deyil əsəbi,
Daim kükrədəcək sizin qəzəbi.
Siz gedin erməni gavura doğru,
Gülərüz gedirik bir nura doğru.
Boldu ruhumuzda əzm, dəyanət,
Qaçmaz gözümüzdən heç bir xəyanət.
Bizi çəksəniz də siz ətalətə,
Ümid bəsləyirik haqq-ədalətə.
Nə vaxt ki, paklaşıb duruldu amal,
Qalib gələcəkdir cahanda kamal.
Pərdə enir
Dördüncü pərdə
ABŞ:
Biz güclü beynəlxalq birliklər qurduq,
Lazım olmayanı vurub uçurduq.
Elə demokratik dövlət qurduq ki,
Mövqeyi bir oldu, olmadı iki.
Özülü çox möhkəm olan dövlətin,
Həyat şəraiti olmaz heç çətin.
İki əsrdən çox durduq ayaqda,
Axtarmadıq xalqdan başqa dayaq da.
İstərik dünyadan çəkilsin kin, şər,
Daha xoşbəxt ömür keçirsin bəşər.
Hər cür zorakılıq, həm zor azalsın,
Dünyanı çuğlayan terror azalsın.
Bütün ölkələrin keçsin xoş günü,
Mənalar bəzəsin insan ömrünü.
Dəhşətlər, vəhşətlər kənarda qalsın,
Zorakı ölümlər daim azalsın.
Silsin lüğətindən insanlar qəmi,
Həm də sağlam olsun ölənə kimi.
AZƏRBAYCAN:
Həyata keçməkçün bu xoş diləklər,
Gərək bir döyünsün sağlam ürəklər.
Dünyada terrora verilməli son,
Bu yolda həmrəydi Bakı-Vaşinqton.
Çoxsaylı sazişlər, müqavilələr,
Şübhəsiz, gətirər bizlərə zəfər.
Bununçün olmalı sizdə də istək,
Gərək verəsiniz bizlərə dəstək.
Qaytaraq işğala məruz torpağı,
Silək qəlbimizdən biz də bu dağı.
Bizim gücümüz də, qüvvəmiz də var,
Zəif erməniyə gücümüz çatar.
Bizə çox lazımdır, mütləq sizin tək
Dövlətdən, ardıcıl mənəvi dəstək.
ABŞ:
Problem artdıqca, maraqlar artır,
Biri bura, biri o yana dartır.
Fitvaya getməyən, gedən də məlum,
Ermənini başdan edən də məlum.
Bu işə, hələlik, çarə, amac yox,
Bir qədər gözləyin, başqa əlac yox.
Vaxt gələr bu dərdə bir əlac olar,
Çox keçməz bulanıq sular durular.
Torpağı işğaldan azad edərək,
Qayğısız olarsız siz də bizim tək.
AZƏRBAYCAN:
Problem sülh ilə həll olunmasa,
Haylar qulağacan batacaq yasa.
Onlar iş gördülər əl altdan, oğrun,
Tez-tez törətdilər kütləvi qırğın.
Onlar dinc xalqıma divan tutdular,
Çoxsaylı silahlı İvan tutdular.
Uçdu Qarabağda şəhərlər, kəndlər,
Dağıldı yüzlərlə bərələr, bəndlər.
Gətirdi yurduma onlar bəla, şər,
Qırılıb çatıldı yaşıl meşələr.
Azğın vəhşidilər, etdilər agah,
Qəbir daşına da saldılar tamah.
Yayıldı elimə bəla, şər, belə,
Gülləyə tuş gəldi heykəllər belə.
Qoyub getdikləri min bəla, dərddi,
Onlar Xocalıda qırğın törətdi.
Qırdılar qocanı, arvad-uşağı,
Sağ qalan kəslərin burun-qulağı
Kəsilib atıldı cəllad əlində,
Yoxdu bu rəzalət insafda, dində.
ABŞ:
Sizdə də müəyyən qüsur, günah var,
Onlara etdiniz çox tez etibar.
Hindular bizlərə verməzdi aman,
"Solğun bəniz" deyib qırdılar yaman.
Biz baş verənləri edənədək dərk,
Onlar vurdu bizi "yanki" deyərək.
"Yanki"nin mənası qorxaq deməkmiş,
O zaman başımız çox bəla çəkmiş.
Sonradan bizlər də qeyzə gələrək,
Onların önünə çıxardıq tüfəng.
AZƏRBAYCAN:
Alıb əllərindən mal, mülk, atını,
Verdiniz onlara "hindu" adını.
Onlar aborigen xalqdı, siz ancaq
Yerli əhalini qırıb-çataraq,
Onların elində məskən saldınız,
Yerliyə çevrilib orda qaldınız.
Yüz "yanki"yə əvəz onların mərdi,
Onlar irokezlər, apaçilərdi.
Orda kamançilər, quronlar olub,
Sonralar torpağa "yanki"lər dolub.
Kayama, initu qəbiləsi də,
Sizin babanıza çox gəlib hədə.
Sizin üzünüzə tale gülübdü,
Sonuncu mogikan igid ölübdü.
Bizə Hayavata eli də məlum,
Fenimor Kuperin dili də məlum.
Mark Tven, Cek London xeyli bəridə,
Sevib oxumuşuq Drayzeri də.
Herbert Uells fantast, mətləb gizlədir,
O""’Henri "yarpağı" qəlbimizdədir.
"Tarix" əsərində yunan Strabon,
Arrana "alban" tək verib yanlış fon.
"Artsax" da "ər Saq" tək anlaşılmalı,
Uduzar kim qatsa malına malı.
Saq eli əzəldən ərən yurdudu,
Ermənini yeyən ürək qurdudu.
Çünki bu torpağa yedəkdə gəlib.
Atlı arabada, xötəkdə gəlib.
Günahkardı onu bura gətirən,
O nacins toxumu burda bitirən.
Çox keçməz, deyər ki, bizimdi Qafqaz,
Susmadan danışar, vurmasan qapaz.
ABŞ:
Özümüz yol açdıq Amerikada,
Qurduq özümüzə münasib oda.
Hayı gətirənin bəd məqsədi var,
İndi də əlində tutubdu açar.
Kamil insanlar tək gözləriniz tox,
Gücünüz-qüvvəniz ermənidən çox.
Sarılın silaha, məqam gözləyin,
Həmişə köməyə bizi səsləyin.
Sönməkdə Kremlin hegemon baxtı,
Biz həmlə edərik çatanda vaxtı.
Həmlə müharibə demək deyildir,
Səbrlə uğura doğru meyildir.
AZƏRBAYCAN:
Sizin departament ermənilərə,
Yardım etməkdədir ildə bir kərə.
Onlara kredit ayırırsınız,
Yalavac qarnını doyurursunuz.
Hətta tanınmamış "DTR"ə siz,
Aşkarda-gizlində yardım edirsiz.
Biz də, rus demişkən, baxıb prostu,
Sizləri sayırıq düşmənin dostu.
Bundan bizə olmur nə soyuq, isti,
Qətiyyən düşmürük başa bu jesti.
ABŞ:
Onlara kredit ayırırıq ki,
Bizim sözümüzü etməsin iki.
İstərik bizlərə etsinlər meyil,
İndi müharibə məqamı deyil.
Rus nəzarətində qalsa Yerevan,
Burda uzun müddət axıdılar qan.
Rus sərtliyi edib özünə peşə,
Qanı qanla yuyur, ruslar həmişə.
Qafqazda biz sülhə durarıq zamin,
Yerevanla Bakı dəyərsə amin.
AZƏRBAYCAN:
Erməni şahmatda adi fiqurdu,
Bütün fitnələri Moskva qurdu.
İstək-iddiası olmayıb təmin,
Qafqazda axtarır güman ki, yemin.
Qəzəbi NATO-ya, bir də Qərbədi,
Bizdən nə istəyir, çox qəribədi?
Qərb pisdi? Onları lüğətindən at,
NATO pis, özünə on blok yarat.
Ürəyin istəyir güc ver qoşuna,
Erməni yaxşısa, çıxart başına.
Bu, sənin işindir, bizə dəxli yox,
Sizin siyasətdən uzağıq çox-çox.
Yolumuz, əlbəttə, Qərbə doğrudu,
Erməni rəzildi, quldur, oğrudu.
Torpaq oğrusuna təlimat verən,
Mənə dərddən başqa nə verər görən?
ABŞ:
Rusların mövqeyi sərtləşib yaman,
Vaxt gələr, onları yumşaldar zaman.
Sizin torpaqlara silahlar dolmaz,
Cənubi Qafqaz da poliqon olmaz.
Yerevan silahı atıb kənara,
Bir daha əl atmaz təzyiqə, zora.
Siz də saziş qurub barışarsınız,
Əmək cəbhəsində yarışarsınız.
Silahlar üst-üstə qalaqlanarsa,
Sülhə aparan yol olar çox qısa.
Hal-əhval korlanar, qan da qaralar,
Atəşkəs pozular, dəyər aralar.
Mənfilik çoxalar, yoxalar müsbət,
Xeyir gətirməyib bu münasibət.
Çox pisdir olanda ara qarışıq,
Cənubi Qafqazçün vacib barışıq.
AZƏRBAYCAN:
Nə söz deyiriksə biz erməniyə,
Rusdan on qat artıq dönür geriyə.
"Çıxın torpaqlardan!" mesaj veririk,
Qarşımızda kəskin cavab görürük.
ABŞ:
Əsəb döyüşüdü, edirik güman,
Cavabı daha sərt verəcək zaman.
AZƏRBAYCAN:
Ermənilər deyir, silahı ruslar,
Tezliklə Xəzərdən sizlərə tuşlar.
ABŞ:
Heç vaxt sizin ölkə görməyəcək qəm,
Əlbəttə, olarsa əsəblər möhkəm.
AZƏRBAYCAN:
Şimalda o qədər cəmləşib qoşun,
Uçmağa həvəsi yoxdur bir quşun.
ABŞ:
İnşallah, vaxt olar, sovetlər kimi,
Çökər "Rusiya"... silahlı gəmi.
AZƏRBAYCAN:
Üzbəüz qalmışıq əlində zorun.
ABŞ:
Siz də həmkar tapıb ittifaq qurun.
AZƏRBAYCAN:
Erməni çevrilib olmaqda kabus.
ABŞ:
Pultunu əlində oynatmaqda rus,
Elitar dairə toxdur, kütlə ac.
Başçı ova bilmir xalqına umac,
Silaha yönəldib bütün fikrini.
Rus da yuya bilmir onun çirkini.
Başını itirib bütün Yerevan,
Ruslar olmasaydı olmuşdu viran.
AZƏRBAYCAN:
Erməniyə daim uzatdıq qaşıq,
Onların nazıyla çox oynamışıq.
Haylar süfrəmizdə duraraq üzə,
Plov bişirməyi öyrədir bizə.
Düdük gizlədənlər xurcun, çuvala,
Dikdi nəzərini neyə, qavala.
Guya buğda onun, saman bizimdir,
Dedilər saz, zurna, kaman bizimdir.
Fağır qanı tökmək bunlarda peşə,
Baxırlar o məchul uzaq keçmişə.
Bunlarda sülhsevər amal olmamış,
Qonşunu sevməyə kamal olmamış.
Dəli tək deyirlər su, torpaq mənim,
Bunlar yad torpağa kəsilir qənim,
Onları susdurub eyləyərik lal,
Qalib gələcəkdir cahanda kamal.
Pərdə enir
BEŞİNCİ PƏRDƏ
AZƏRBAYCAN:
Qoltuğa sığınan mənfur bir haydın,
Mən Odlar Yurduyam, məramım aydın.
Sənə öz qoynumda yer verən də mən,
Mənfur əməlini ilk görən də mən.
Mən üzünə gülüb can dedim sənə,
Girib torpağıma qan dedin mənə.
Sənə hücum edib zərbə vuranda,
"Kreml" qışqırdın, o çətin anda.
Sən ev sahibiylə pis rəftar etmə,
Pis cavab alarsan, gəl huya getmə.
Sakit-səssiz dursan sən öz yerində,
Salamat qalacaq sırtıq dərin də.
ERMƏNİSTAN:
Pompey həmləsilə çökdü vətənim,
"Böyük Ermənistan" dərdimdi mənim.
AZƏRBAYCAN:
O vaxtdan təpənə düşüb yekə sal,
Torpağını Pompey sələfindən al,
Yoxdur bu xalq ilə qan qohumluğum,
Oğuz türkü üstdə xalis tumluğum.
ERMƏNİSTAN:
Elə türklər olub bizi məhv edən,
Dünyada olmadı bizi əfv edən.
Fransa, Rusiya... bir-iki ölkə,
Sizdən xilas etdi bizləri bəlkə.
AZƏRBAYCAN:
Görəndə siz türkün əlində silah,
Cırıb üzünüzü, çəkirsiniz ah.
Siz onu silahsız görən zamanda,
Dərhal qoyursunuz ahda-amanda.
Çevrilib pələngə, vaşaqa belə,
Aman vermirsiniz uşağa belə.
Qan tökmək sizünçün azar olubdu,
Tanrı da sizlərdən bezar olubdu.
ERMƏNİSTAN:
Avropa haylara eyləyir əlac,
Biz də o zamandan qalmırıq lüt, ac.
Həmişə onlara etmişik kömək,
Sonradan türklərdən yesək də kötək.
AZƏRBAYCAN:
Siz çox satıbsınız türkü düşmənə,
Düşmən gedib... düşüb canına gənə.
Sizi silkələyən türkün məqsədi,
Canda gənələri azaltmaq idi.
Ancaq vampir gənə hopub qanına,
Oradan sirayət edib canına.
Sən gənə xislətli millət olubsan,
Yol azıb, türklərə illət olubsan.
ERMƏNİSTAN:
Əgər olmasaydı dəstəkləyənlər,
Axıda bilərdik cüzi qan məgər?
AZƏRBAYCAN:
Dəstəkləyən durub desə ki, sizə,
Əgər qəsd etsəniz siz özünüzə,
Ödəyib kifayət qədər qanpulu,
Neçə cibiniz var, edərik dolu.
Bu təklif sizlərə xoş gələrdimi?
ERMƏNİSTAN:
Bircə sən bilirsən mənim dərdimi,
Təklifdə yoxdusa türk qanı tökmək,
Boğazda zəhərə dönərdi ətmək.
Daim dayanmışıq əmrə müntəzir,
Bizə bircə kəlmə eyləyər təsir.
O da "türkü öldür, qəsd et" kəlməsi,
Bu cür əmr qaldırır bizdə həvəsi.
Hər hay uf demədən verərdi canı,
Təki töküləydi türklərin qanı.
AZƏRBAYCAN:
Bu gün ermənidən qaçıbdı fürsət,
Hər türk ölkəsində inkişaf, vüsət...
Çıxılmaz haldadır sizdə vəziyyət,
Bütün ermənilər çəkir əziyyət.
Beynəlxalq qurumlar türkü tanıyır,
Sizi çaqqal-çuqqal, tülkü tanıyır.
ERMƏNİSTAN:
Qədim xalq olmuşuq, ney, ud bizimdir,
Dadlı armenikum-armud bizimdir.
Qoy olsun ley, qartal, qağayı sizin,
O taya uçmağa vermərik izin,
Dənizi sevməyən durna hay quşu,
Ürəkdən sevərik bir də bayquşu.
AZƏRBAYCAN:
Nə zehniniz sizə gətirir işıq,
Nə də ürək açır miskin danışıq.
Armud da, durna da yer məhsuludu,
Baban dınqıldada bilməzdi udu.
Həm yaşı çox olub, həm zəhmi ağır,
Sizlər əldən düşmüş, həm miskin, fağır.
Yadda sizsiz... keçən çağlar qalacaq,
Hay bundan sonra da ağlar qalacaq.
Çünki siz iblisə tapınıbsınız,
Əbədi zülmətə qapanıbsınız.
ERMƏNİSTAN:
Bizim erməni tək biçarələri,
Dünyanın elitar dairələri,
Sudan duru bilir, aydan da arı,
Sürünə-sürünə yaşayanları,
Qrant atəşinə tuturlar indi.
Bizim diaspora elə ki, dindi,
İanə çevrilib olur bal-pətək,
Gəlir yad ellərdən bol – ətək-ətək.
Belə qazanırıq pulu biz haylar...
Muzdlu dığalardan qurub alaylar,
Forpost hamisinə ağız açanda,
Müasir silahlar gəlir o anda.
Azad etdiyimiz torpaqlar ki var,
Yüz il, iki yüz il bizlərdə qalar.
Gözə az çarpmaqda bizi dişləyən,
Çoxdu içinizdə bizə işləyən.
Artırır günbəgün qəlbdə vüqarı,
Əkrəmin ecazkar "Daş yuxular"ı.
Qələmində saf hay fazası çoxdu,
Onda ermənilik dozası çoxdu.
Sizdə "Ziyalılar Forumu" ki var,
Ordan xoş xəbərlər gəlir qış-bahar.
Leyla Yunus bizə haqqdan töhfədir,
Beyni bizimki tək qara lövhədir.
AZƏRBAYCAN:
İnkişafda olan yurdumuz da var,
Sizi mələdəcək ordumuz da var.
İndi dəstəkçiniz yüyrək getsə də,
Qiymətdən düşəcək dilində hədə.
Sizi sağdan-soldan daim boğurlar,
Pələng timsallıdır bizim oğullar.
Mübariz səngərdə atəş açanda,
Sənin əsgərlərin dönüb qaçanda
Anladım yerləri nəm olduğunu,
Zilləri azalıb bəm olduğunu,
İnternet saytı da açıq yazırdı,
Neçə-neçə meyit deyir hazırdı,
Yollansın qatarla Ermənistana,
Onları Mübariz boyadı qana.
Kurgen Markaryan da macar elində,
İstədi danışa rişxənd dilində,
Əlüstü kəsərək hay-harayını,
Ramil Səfərovdu verən payını.
Erməni, tarixdə etdin çox qələt,
Heç vaxt da olmadın dürüst bir millət.
Sizin rəzalətdən tükləri biz-biz,
Qəlbində buraxıb pozulmaz bir iz.
Sizin toplum haqda deyibdi Puşkin:
Tı vor, tı trus, tı armyanin.
Peşəndi bizlərə hürməlisən sən,
Oğrusan, qorxaqsan, ermənisən sən.
Orduya bir qatil "Abo" gətirdin,
Cüzi bir vaxt keçdi, onu itirdin.
Qaynadıb qazanda duzlu aşını,
Kəsib qoltuğuna vurdu başını,
"İbo" – 20 yaşlı igid İbrahim.
Məndə sən nə qədər görürsən rəhm,
Gedib öz cızığın üstündə otur,
Yoxsa əsgərini bürüyər qotur.
ERMƏNİSTAN:
Torpağı yüz il də saxlaram əldə,
Mənə dəstək verir çox ölkə dildə.
İddia eyləyə-eyləyə qallam,
Bu yolla mən səndən intiqam allam.
AZƏRBAYCAN:
Başında nə qədər artmayıb ağıl,
Həmişə ağzından çıxacaq nağıl.
Haylarda gödəkdi ağılın ömrü,
Nağıl qədər olar nağılın ömrü.
Onun arxasınca gerçəklik gəlir,
Xəbisin, yaltağın bağrını dəlir.
Nə qədər hürsən də rus verən yala,
Elə rus ağandan görəcən bəla.
Əydəş-üydəş etmə heç də əzanı,
Vaxt gələr rus özü verər cəzanı.
Ac qalan xalqını get bikef elə,
Rusun qoltuğuna sığın kef elə.
ERMƏNİSTAN:
Hələ ac deyiləm, toxdu qarın da,
De-fakto əlimdə torpaqların da.
Nə qədər bərəni-bəndi dağıtdım,
Neçə şəhərini, kəndi dağıtdım.
AZƏRBAYCAN:
Zamanın həm yumşaq, həm sərt üzü var,
Hər zülmət gecənin bir gündüzü var.
Hələ çöhrən gülür, kef çək, çal çəpik,
Vaxt gələr, alarsan, bizdən sərt təpik.
ERMƏNİSTAN:
Beynəlxalq qurumlar çəkmir yüyəni,
Daim dəstəkləyir bizim deyəni.
Zaman 20 illik dairə vurur,
Problem əbədi yerində durur.
Heç kəsin yoxdu cəld həllə həvəsi,
Bizi qane edir sıfır nöqtəsi.
AZƏRBAYCAN:
Şən nota köklənmək gülünc, hədərdir,
Səbrimiz Tanrının səbri qədərdir.
Elə ki, biz mindik qəzəb atına,
Şənliyin çəkilər zülmət altına.
Qərbdə artır bizi başa düşənlər,
Sonda qalib olur qoşa düşənlər.
Hava aydınlaşır, çaylar durulur,
Sənin kimilərə divan qurulur.
Ayılıb özünü görəndə süst, loş,
Meydanda qalarsan tənha, əliboş.
Sığal çəkməyəcək başına Şimal,
Qalib gələcəkdir cahanda kamal.
İndi dəbə minib güllə atışı,
Şərqdə, Afrikada silah satışı.
Orda adam öldür, burda ev dağıt,
Ya da Suriyada gedib qan axıt.
Vaxt gələr ətəkdən yığılar daşlar,
Fitnəkar plandan ayılar başlar.
O vaxt sona çatar əfsanə, nağıl,
Məntiqi don geyər başlarda ağıl.
Şəri əngin səma çəkər kanına,
Bədxahlar qovular öz məkanına.
Biz də xoş məqamdan ləzzət alarıq,
Gedib yurdumuzda lövbər salarıq.
Deyərik erməni, yurdunda kam al,
Çünki qalib gəldi cahanda kamal.
ERMƏNİSTAN:
Nə qədər çürükdü bizlərdə amal,
Çətin qalib gəlsin cahanda kamal.
Biz rusun yanında çox qalacağıq,
Qafqazda ilk supergüc olacağıq.
Nə Gürcüstan bizim tayımız olar,
Nə də birincilik sizlərə qalar.
AZƏRBAYCAN:
Sizə kim verirsə hazırda pulu,
Onun dostları yox, olursuz qulu.
Bu rəzil və xəbis qul xislətinlə,
Kreditlər yeyən əsil bir kölə.
Moskva çəkdiyi xətdən kənara,
Cəsarət eyləyib çıxmazsan, ara!
Ümummilli Lider 20 il əvvəl,
Qoydu dövlətimə elə bir təməl,
Xalqım cahanşümul addımlar atdı,
Ölkə tərəqqidə zirvəyə çatdı.
Ciddi bir vüsət yox heç bir səyində,
Əllərin qalıbdı rus ətəyində.
Elə ki, əlindən üzüldü ətək,
Dəyəcək başına neçə sərt kötək.
Şaxtaya tuş gəlcək ümid baharın,
Yarı yolda qoyar himayədarın.
O zaman sevinib zəfər çalarıq,
Dərhal torpaqları geri alarıq.
Sənin kimiləri zaman edər lal,
Qalib gələcəkdir cahanda kamal.
PƏRDƏ ENİR
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB