YAP gəncliyi müxalifəti necə dizə gətirdi?

Ölkədə cərəyan edən və bir-birini tez-tez əvəzləyən hadisələrin hər birinin arxasından müxalifət göbələklərinin (burada zəhərli göbələklərdən də danışmaq olar –R.) çıxması əslində düşündütücü məsələdir. Çünki bu, həm də cəmiyyətin marağından doğan amildir desəm, çox yəqin ki, yanılmaram. Cəmiyyətin marağından doğan amillər isə aşağıdakılardır.

Əsgər ölümü ilə bağlı küçələrə çıxaraq, az qala Ermənistan ordusunda xidmət etmək arzsusunda olduqlarını deyən müxalifət gənclərinin haray-şüvənləri, onların əsgərin anasının sözlərini yerə vurub bəzi Qərb siyasi dairələrinin tapşırıqlarını tutmaları, dağıdıcı müxalifət "liderlərinin" ölkədə seçki ərəfəsində yaratmaq istədikləri anarxiyaya nələrinsə müqabilində dəstək göstərmələri, nəhayət bu gün Əkrəm Əylisli məsələsində onun "azad ifadəsinə", yəni erməni sevgisinə az qala aşiq olmaları sağlam düşüncəli, millətini, xalqını, dövlətini sevən hər kəsin marağındadır.

"Daş yuxular" dəfn ediləndə "Ümid" gəncləri harada idi?

Düzdür, belə olan təqdirdə sağlam ruhlu milli gənclik öz sözünü deyir. Hətta lazım olanda sərt və kəskin şəkildə deyir. Bax onda, həmin bu dağıdıcı müxalifət ünsürlərinin tələlərinə düşən düşərgə fəalları yaxalarını kənara çəkib, öz qınlarına dürtülürlər. Özü də kirimişcənə. Onların səs-küyləri yalnız yerli və xarici ağalarına lazım olduğu zaman çıxmağa başlayır. Necə ki, "Ümid" partiyasının sədr müavini Ruslan İzzətlinin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucovu debata çağırmaq həvəsi kimi…

Bu adam durub deyib ki, Seymur Orucov ölkənin inkişafı və uğurlu perspektivləri haqqında fikir söyləyərkən "məntiqsiz" danışıb (?!). Adama durub deyərlər ki, əşşi sən sədri deputat olan bir partiyanın sədr müavinisən. Danışanda da gərək az da olsa siyasi təfəkkürünü ortaya qoyub arqumentli çıxış edəsən ki, millət də nə dediyini başa düşsün. Xalq necə başa düşsün ki, sənin sədrin İqbal Ağazadə demokratik seçkilərdə qələbə qazanaraq olub millət vəkili və indi də anti-demokratiyadan danışır? Xalq hansı məntiqə uyğun olaraq düşünsün ki, sənin sədrin İ.Ağzazadə də Ə.Əylsilinin "Daş yuxuları"na qahmar çıxıb və dönüb olub onun müdafiəçilərindən biri?

İndi ay YAP boyda nəhəngi debatla yenməyə ümid edən "Ümid"-in cik-ciki R.İzzətli, YAP gəncləri, eləcə də dövlətin siyasətini birmənalı olaraq dəstəkləyən Azərbaycan gəncliyi etiraz əlaməti olaraq küçələrə çıxıb "Daş yuxular"-ı dəfn edəndə, Ə.Əylsilinin evi qabağında kəskin etirazını bildirəndə harada idi "Ümid" gəncliyi?! Harada idi "Dalğa" hərəkatı?! Harada idə "Nida"?! Heç harada! Ya barda, ya da diskotekada, ya da… Bir də ki, sosial şəbəkələrdəki müxalifət qruplarının söyüş mərkəzlərində.

"Debat" deyib, biabır olmaq…

Bir də ki, debata çıxıb efirdə biabır olmaman üçün, S.Orucov sənə qarşı kişilik jesti edib, hörmətli R.İzzətli! Deyib ki, biz demokratik ölkədə yaşayırıq: "Hər kəs mənim fikirlərimə münasibət bildirə bilər və bu onların öz işidir. Mən əməlimlə, işimlə dövlətimizə xidmət edirəm. Kiminsə mənim fikirlərimə münasibət bildirməsi o demək deyil ki, mən ona nəyisə isbat etməliyəm. Mənim hazırda işlərim çoxdur, debata ayırmağa vaxtım yoxdur. Ruslan İzzətli və digərlərinə tövsiyyə edirəm ki, bizim fəaliyyətimizi izləsin."

Vəssalam! Yəni YAP gəncliyi müxaifətə nəyi isə sübut etməli deyil. Sübut göz qabağındadır. Sadəcə arxə hoppanmamış hop demək müxalifətçilərin köhnə şakəridir. Nə edəsən, xasiyyəti dəyişmək olmur axı. Yəqin R.İzzətli səhfini başa düşüb sağlam ruhlu gənclikdən üzr diləyəcək. Hətta müxalifətçi gənclərdən də. Çünki o, bununla sübut etdi ki, YAP gəncliyi hər zaman öz fəallığı və dövlətçilik sevgisi ilə müxaıifəti daim dizə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə