Emin Milli – xuliqan, “dissisent” və …

"Və"-dən sonrakı üç nöqtədə yazıla biləcək xitabı köşə yazısını oxuyub qurtardıqdan sonra hörmətli oxucuların özləri müəyyənləşdirsinlər. Müəyyənləşdirsinlər ki, axı enində-sonunda bu Emin Milli kimdir və nədir.

Əslində həmin üç nöqtədən sonra o qədər söz yazmaq olar ki, bir qəzet buraxılışında həmin sözlərin hamısına yer yetməz. Ancaq hər halda elə bir söz fikirləşib tapmaq lazımdır ki, onun həcmi kiçik, verdiyi mənası isə böyük olsun. Ona görə də oxucularımıza ipucu verməkdən ötrü, keçirəm mətləbə. O mətləbə ki, axı bu Emin Milli kimdir?

İlk növbədə, bu fərd sadəcə bir xuliqandır. Özü də adlı-sanlı yox, eləcə, orda –burda, restoranlarda-bardlarda içərək, müvafiq yerinin açarını itirən, dava salıb döyülən xuliqan. Bədbəxt o qədər döyüldü-söyüldü ki…İndi də gedib xarici ölkəyə, adını da qoyub siyasi "dissident". Guya bu cılız fərd Azərbaycanda təqib olunurmuş, siyasi motivlər üstündə axtarışda imiş və s. Hansı ki, məhz bu E.Millinin heç də müxalifət mətbuatının digər yazarlarından qətiyyən fərqi-zadı yoxdur. Elə müxalifət yazarlarını da E.Millidən ciddi heç nə ayırmır. Yəni bunların hamısı bir bezin qıraqlarıdırlar. Amma mövzudan kənara çıxmayaraq, E.Mmillinin daha nə olmasını tapmaqdan ötrü axtarışlarımı davam etdirirəm.

Qorxaq!

E.Mmilli QORXADIR! Ona görə ki, bu fərd həqiqətən də ciddi siyasi mübarizə meydanına atılan kəs olsaydı həmin mübarizəsini üzə-üz, kişi kimi aparardı. Daha bardel fahişəsi kimi hansısa xarici ölkəyə qaçaraq, ona pul xərcləyən donorların yoluq qulbeçəsi rolunu oynamazdı. Həmin ölkələrdə "bloggerlik" fəaliyyəti adı altında Azərbaycan rəhbərliyinə, ölkə hakimiyyətinə dəqiqəbaşı ağılına və ağzına gələn məktub-filan da yazıb göndərməzdi. Məsələ ondadır ki, hər dəfə Bakıda keçirilən müxtəlif mötəbər beynəlxalq tədbirlər ərəfəsində E.Mmilli "qəhrəmanlıq" göstərib məktublar yazaraq, guya Azərbaycanın həmin tədbirlərə ev sahibliyi etməsinə layiq olmadığını xarici ağaları qarşısında "sübuta" yetirməyə səy göstərir. Ancaq onun mənasız məktubları kol-kos dibində tülkü vıqqıldaması, ya da çaqqal ulaması təsirindən o tərəfə keçmir. Məsələn, bu ayın əvvəlində paytaxtımızda keçirilən İnternet İdarəçiliyi Forumu ölkəmizin ali nüfuzuna növbəti yüksəlişi gətirdi. Bir sözlə sübut olundu ki, siyasi baxışlarından asılı olmayaraq, Azərbaycanda söz və ifadə azadlığı kifayət qədər inkişaf edib, eləcə də bu inkişaf hətta bir çox Avropa ölkələrini də geridə qoyub. Amma E.Millinin dar düşüncəsinə görə bu, guya belə deyilmiş. Məhz bu çərçivədə başı ilə yanaşı filan yerini də götürərək ölkədən qaçan, sonradan isə özünə "dissident" adı qoyan E.Mmilli həqiqətən də QORXAĞIN, ağciyərin təkdir.

Fırıldaqçı!

E.Mmilli FIRILDAQÇIDIR! O, xarici ölkəyə qaçdıqdan sonra, "dissident" adına yiyələnərək, əslində dünya tarixində kifayət qədər izlər qoymuş tanınmış dissidentlərin adlarını oğurlayıb. Ona görə də bu fərd həm də FIRILDQÇIDIR! Gəlin müqayisə aparaq. Cənubi Afrikada azadlıq uğrunda ömrünün böyük hissəsini siyasi dustaqlıqlarda çürüdən Nelson Mandela dissidentdir, yoxsa xuliqanlıq üstündə qulağının dibindən şapalaq yeyən E.Milli? Ya da Sovet repressiyalarının qurbanı olaraq, ucsuz-bucaqsız Sibir tayqalarında, Tundralarda sürgrn həyatı yaşayan, uzun illər vətənindən uzaq düşərək, ailə həsrəti çəkən Soljenitsın dissidentdir, yoxsa xarici ölkədə marixuananın "kayfı" altında …vərənçilik edən E.Mmilli?

Və bu həmin E.Millidir ki, uzağı 1,5 il müddətində ən müasir standartlara uyğun Azərbaycan həbsxanasında kef elədi. Sonra da ölkəni tərk edərək, oldu harıca "dissident".

P.S. Sonda isə, demək istərdim ki, hörmətli oxucularımıza bir balava ipucu verdim. Qalanını isə özləri tapsın. Yəqin ki, elə oxucularımızın də ürəyindən mən deyənlər, lakin yaza bilmədiyim söz vəifadələr, xitablar keçir. Elə isə. E.Milli – XULİQAN. "DİSSİDENT", QORXAQ, FIRILDAQÇI VƏ…

Bütün xəbərlər Facebook səhifəmizdə