Yerə vurulmuş fəxri adlar
Deyir, ölmədik, bu günü də gördük! Azərbaycan şou-biznesinin "təhtəlşüur müğənnilərinin" it qohumluqları da üzə çıxdı, nə çıxdı! Adam elə bu saatdaca gedib Nadir Qafarzadə ilə, Səməd Səmədovun erkək və dişi itlərinə tamaşa etmək istəyir ki, ayə, görəsən, "bəy" və "gəlin" olacaq biçarə heyvanların başlarına bundan sonra daha hansı oyunlar açılacaq? Səməd Səmədov öz iti üçün gəlinlik paltarını, Nadir Qafarzadə də öz heyvanı üçün bəylik frakını hansı tanınmış firmaya "zakaz" edib?
Bir də ki, əlavə sual da etmək istərdim, ay Səməd və Nadir qudalar, bu gün sizlər itlərinizi evləndirib təm-təraqlı toy edirsinizsə, bəs onların gərdək gecələrindəki yengələri kimin iti-pişiyi, yaxud da meymunu, tutuquşusu olacaq? Bəlkə bunun üçün cümlətan heyvanlara konsert verən Elza xanımdan kiçik bir məsləhət də alasınız? Hər halda, o yengəni sizin üçün seçə bilmək bacarığındadır. Buna heç kimin şübhəsi yoxdur.
Vaxtilə 28 may metrostansiyasının çıxacağında peroşki satıcılığı edən Nadir Qafarzadənin türklər demiş, kaderi (taleyi-R.) döndükdən sonra (burada bir çox müəmmalı məsələlər var -R.), o, döndü oldu "Əjdaha"... Yəni Azərbaycanın tənəzzülə uğradığı şoubiznes sahəsində (Bunun mədəniyyətin inkişafı ilə heç bir əlaqəsi yoxdur-R.) hər kəsənin öz ləqəbi olduğu üçün, əlbəttə ki, Nadirin də bir ləqəbi olmalıydı. Nəticədə onun adı döndü oldu "Əjdəha" Nadir. Amma belə getsə, deyəsən yenidən perojki satmaq üçün kirayə köşk axtarmalı olacaq Nadir Qafarzadə...
Elə Səməd Səmədov da onun kimi... Zamanında Bakı torylarını su yoluna döndərən bu manıs da özünə "Toylar kralı" adını mənimsəmişdi. İndi də "Əjdaha" Nadirlə "Toylar kralı" Səməd utanmz-utanmaz el-aləmə car çəkirlər ki, bəs onlar itlərini evləndirib quda olacaqlar (?!-R.) Üstəlik dəvətnamə paylayaraq, şoubiznes sahəsinin digər nümayəndələrini də həmin toya dəvət edəcəklərmiş.
Əslində mən şoubiznes sahəsi haqqında heç vaxt yazmadığıma görə, hörmətli oxucularımızdan bir köşəlik üzr istəyirəm. Yəni mənim sahəm daha çox ictimai-siyasi yazılara yönəlib. Ancaq nə etmək olar, bəhs etdiyim məlumatı oxuduqdan sonra, açıq şəkildə deyim ki, özümü ələ ala bilmədim və hər iki tərbiyəsizi (məgər bu həyasızlığa başqa nə ad vermək olar?-R) vurdum köşəmin bir küncünə. Vurdum ki, ictimailəşdirdikləri məsələdən bəlkə utanıb-yerə girsinlər. Çünki azərbaycanlı mentalitetinə, azərbaycanlı milli-mənəvi dəyərlərinə, azərbaycanlı şərəf və ləyaqətinə uyğun olmayan hadisə onların daxili çirkablıqlarının aşkar göstəricisidir. Hərgah, onların üzləri yaman çox bərkiyib. Təəssüf ki, onların hər ikisi vaxtilə qazandıqları fəxri adlarını da yerə vurublar. Təəssüf ki, "Əjdaha" Nadir Azəırbaycanın əməkdar artisti, "Toylar kralı" Səməd isə Azərbaycanın xalq artistidir! Və təəssüf ki, bu gün onların İT QUDALIQLARINI dəstəkləyənlər də tapılır!
"Oğluna it deyənin özü nədir?
Bu gün Azərbaycan mədəniyyətinin daha parlaq və daha bariz sənətkarları, incəsənət xadimləri xarici ölkələrdə Azərbaycan muğamını, Azərbaycan folklorunu təbliğ edərkən, bunlar ölkədə gah toy davasına, gah ad davasına, gah da pul davasına çıxırlar. Üstəlik it qudasına da çevrilirlər! Və bu kimi rəzlətlərə gedərkən, onların çiyinlərində olan xalq artisti, əməkdar artist kimi fəxri adların ağırlığının fərqinə varmırlar. Yox, bu daha artıqdır və qəbuledilməzdir!
Sonda isə bir nüansı xatırlayaraq, "Əjdaha" Nadirlə, "Toylar kralı" olan Səmədə demək istərdim ki, "Fizuli kantatası"oxuyub, "milli" kliplər çəkdirmək hələ mədəniyyət xadimi olmaq deyil. Əsas odur ki, adamın gərək öz içində mədəniyyət şəcərəsi mövcud olsun. Mədəniyyət insanın qanından və canından gəlməlidir.
Nadir Qafarazdə özünə itoynadan deməklə iddia edib ki, onun oyunu ilə hər kəs oynaya bilər (?!-R.) Bir də ki, itinə "oğlum" deyəndən daha hansı mədəniyyəti gözləmək olar? Məgər "oğlu" it olanın özü də köpək deyilmi?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB