Ölkəmizə təşrif buyurmuş Almaniya jurnalistlərinin Azərbaycana olan valehlikləri demək olar ki, onların gözlərindən oxunurdu. Avropa mətbuatının aparıcıları hesab edilən alman media təmsilçiləri ölkəmizdə olarkən, qısa müddətli inkişafa və tərəqqiyə ciddi önəm vermiş, əslində bir neçə ay öncə, yəni "Eurovision" mahnı müsabiqəsindən qabaq bəzi siyasi dairələr tərəfindən aldadıldıqlarının fərqinə varmışlar. Qərəz, şantaj, ibnəlik və qara piarın ömrü necə deyərlər, 40 gündən o tərəfə keçmədi. Keçmədi və...Və həmin şantajın, ibnəliyin və qara piarın keçməməzliyi birdən-birə AXCP sədri Əli Kərimlidə özünə uyğun – KƏRMİLİNSKİ FIR adlanan sindrom baş qaldırdı. Fır da ki, nə fır! Sən demə, Azərbaycana təşrif buyurmuş alman jurnalistləri ilə görüşdə digər müxdalifət təşkilatı olan "Yaşıllar" partiyasının sədri Mais Güləliyev ölkədə gedən dinamik inkişafı və demokratik dəyərlərin qorunması haqqında həqiqətləri səsləndirərkən, həmin fikirlər AXCP sədrinin xoşuna getməyibmiş. Məhz bundan sonrada onda KƏRMİLİNSKİ FIR deyə adlandırılan ZƏRƏRLİ sindromlar baş qaldırıb. Ancaq M.Güləliyev belə fırların kəsilməsi istiqamətində peşəkar olduğu üçün zamanında öz tədbirini görüb. Özü də laaap əla edib!

Bəli, o tərbiyyəsizdir

Başqa tərəfdən, Ə.Kərimlini coşdurub-qaynadan məsələlərdən biri də onun almaniyalı media təmsilçiləri qarşısında natiqlik həvəsi olub. Belə ki, o, "Yaşıllar" partiyasının sədri M.Güləliyevin çıxışını dəfələrlə yarıda kəsməyə cəhd etdiyi üçün ("Cəbhə" sədri "Yaşıllar" sədrinin reallığa açıq gözlə baxmasını həzm edə bilmirdi –R.) qarşı tərəf əməlli-başlı qıcıqlanıb. M.Güləliyev Ə.Kərimlidən onun sözünü kəsməməyi xahiş etsə də, AXCP sədri buna məhəl qoymayıb. Bu isə "Yaşıllar" partiyasının sədrini artıq dərəcdə hiddətləndirib və qəzəbləndirib ki o, Ə.Kərimliyə alman qonaqların yanında "tərbiyəniz olsun, axı mən sizin sözünüzü kəsmədim!" deyə ittiham edib. Onsuz da cəmiyyətdə Ə.Kərimlinin "tərbiyəsi" haqqında kifayət qədər məlumatlar mövcuddur. Ona görə də bu məqam Ə.Kərilmini daha da "qəzəbləndirib" (Xox, qorxdur əəə! –R.) və o, M. Güləliyevi hər zamankı təzində - başını əsdirə-əsdirə hədələyərək hətta onu "baxarıq" deyə təhdid də edib.

Çox sağ ol, Mais bəy!

Əslində belə fırların Ə.Kərimlidə zaman-zaman oyanması onda olan xəstəliyin, xəstə təfəkkürün, xəstə təxəyyülün, xəstə təkəbbürün və xəstə tənəzzülün nəticəsidir. Yəni tənəzzül dedikdə AXCP sədri həmin tənəzzülü həzm edə bilmədiyi üçün bu qədər coşub və xarici qonaqlar qarşısında biabır olub.

Qaldı ki, onun KƏRMLİNSKİ FIR timsalındakı təhdidlərinə, demək istərdim ki, zamanında bu "adamdan" kifayət qədər fırlar "ambutasiya" olunub. Ancaq təəssüf ki, onun fırları xoşxassəli deyil, bədxassəli fırlardır. Ona görə də kimin haqlı olmasına gəlincə, demək istərdim ki, burada M.Güləliyev haqlıdır. O, xarici qonaqlar qarşısında AXCP sədrinə təpinməsəydi, daha betər olardı. Ona görədə də çox sağ ol, Mais bəy!

Bütün xəbərlər Facebook səhifəmizdə