Deyirəm bu dünyanın düzəni düzən olandan başlayaraq, hər zaman, hər yerdə agentlər olub. Özü də həmin agentlər elə yerlərdən ifşa olunublar ki, adam lap matü-məhəttəl qalır. Firiləşirsən ki, buna bax eee (yəni agentə-M) qulağımın dibindəcə oturub, agentlik edirmiş dəyyus! Lap Şimali Koreyada olduğu kimi.

İşə bax ki, Şimali Koreya liderinin həyat yoldaşı Ri Sol Ju 40 gündür ki, evindən çıxıb və bir daha geri dönməyib. Sol Ju xanımın telefonuna isə zəng çatmır, telefon ya sındırılıb, ya da agentləşdirilib. Məhz bu baxımdan naməlum şəkildə ölkədən qaçdığı iddia edilən qadının ABŞ agenti olduğu haqqında xəbərlər dolaşmaqdadır. Deyirəm işə bax, pay atonnan yeri get! Bu boyda dəmir pərdəli, ciddi rejimli dövlətin "generalnıy sekretarının" başçısının xanımı olasan, sonra da qulağının dibindən, yatağından, daha nə bilim hamamdan agentlik edəsən.

Artıq Şimali Koreyanın qonşusu və düşməni Cənubi Koreya mətbuatı birinci xanımın ABŞ agenti olduğu və əhəmiyyətli məlumatlar toplayaraq ölkədən qaçdığının real olduğunu bəyan edib. Hətta Ri Sol Ju nə az, nə çox, düz altı ay birinci xanım kursunda təlim keçib, 151İQ-yə (agentura kodu -M) sahib olub və 9 dil bilir. Eyni zamanda, Sol Ju həyat yoldaşının tərcüməçiliyini də edirmiş. Agent olanda da belə olar, daha bəziləri kimi deyil.

"LİSA". "ARBUZ" VƏ "MOLOTOV"

Məsələn, sirr deyil ki, bu gün Müsavat başqanı vəzifəsini icra edən İsa Qəmbər də bir zamanlar SSRİ "KQB"-sinin agenti olub. Özü də İ.Qəmbərin agentliyi 20 yanvar hadisələrindən dərhal sonra açıqlanıb. Onunla yanaşı, AXP-nin lideri Pənah Hüseyn də, Müsavatın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı da agent olub. Hətta onların agentura ləqəbləri də mövcuddur. Belə ki, İ.Qəmbər "Lisa", P.Hüseyn "Arbuz", A.Hacılı isə "Molotov" ləqəbləri ilə uzun müddət Azərbaycan əleyhinə agentlik edirlərmiş. İndi gəl bunlara inan görüm, necə inanasan!

Artıq bu gün həmçinin deyə bilərik ki, AXCP sədri Əli Kərimli də agentlik şəbəkələrində kifayət qədər fəaliyyət gstərib. Elə indinin özündə də "cəbhə" sədrinin funksiyası agentliklə bağlıdır. Sirr deyil ki, Ə.Kərimli bir neçə şaxəli agentliyi ilə cibini doldurmqala məşğuldur. İrandan, Rusiyadan və daha haralardan gələn sifarişlərə işləyən "cəbhə" sədri bu gün də satqınçılığını, xəyanətini icra edir. Ona görə də ay Azərbaycanı həqiqətən də sevən, onun uğrunda canverməyə hazır olan əziz soydaşlarım, ehtiyatlı olun, AGENT VAR!

Bütün xəbərlər Facebook səhifəmizdə