Müxalifət "liderləri" hələ ötən seçkilərdən sonra Qərbin dəstəyini itirdiyi andan, üzü bu yana çıxış yolu tapa bilmirdi ki, bilmirdi. Və birdən, həmin "çıxış yolu"nun üzə çıxması düşərgənin dağıdıcı qütbünün çiçəyini çırtladıb. Özü də çırtladıb. Nə çırtladıb! Sən demə, hər hansı xarici şirkət, məsələn, BP Azərbaycanda istədiyi kimi at oynadacaq, ölkənin gəlirlərini çapıb-talayacaq, xalqın gələcək rifahına hesablanmış mənfəətləri yeyəcək, üstəlik götürdüyü öhdəçiliklərini yerinə yetirməyəcək və dövlət də buna səthi yanaşacaqmış. Yəni bu gün dağıdıcı müxalifətin – Məhz DAĞIDICI MÜXALİFƏTİN ruprları rolunu oynayan "Azadlıq", "Yeni Müsavat" kimi qəzetlərdə gedən sevincək köşə yazılarına, kuklalıq obrazlarına baxarkən, şəxsən məndə belə assosiasiya yaranır.

Yeni gəlir mənbəyi – bp!

Yaranan assosiasiyalarımdan biri də bunların BP-nin müdafiəsinə qalxmalarıdır. Daha dəqiqi, BP-ni müdafiə etməklə, yalmanmaları, yaltaqlanmaları, dəsmallamaları və s. Əgər belə olmasa idi, "Azadlıq" qəzeti "Forbes" jurnalının tanınmamış yazarının yazısını öz səhifəsində dərc etməzdi. Amma etdi! Niyə etdi? Hansı səbəbdən etdi? Bu sualının cavabı belədir və çox sadədir, hətta olduqca sadədir: Çünki dünən İran mollalarını müdafiə edən "Azadlıq" qəzetinin gizli baş redaktoru Əli Kərimlinin Azərbaycan hakimiyyətinin İranla münasibətləri normallaşdıqdan sonra gəlir mənbəyi kəslidi. Çünki yeni gəlir mənbəyi axtarmaq lazım idi. Və çünki həmin gəlir mənbəyi bu dəfə BP oldu. İndi həm "Azadlıq" qəzeti, həm də "Yeni Müsavat" bir-birləri ilə bəhsə giriblər ki, görək kim BP-dən daha çox mənfəət əldə edə bilər.

Amma bunun başqa tərəfi də var. Məsələn, bu satılmış və siyasiləşmiş fərdlər anlamırlar ki, BP-ni müdafiə etməklə, əvəzində hər hansı gəlir əldə etməklə onlar həm də xalqın cibinə girmiş olurlar. Ona görə ki, BP-nin əldə etdiyi qeyri-qanuni gəlirlər məhz və məhz Azərbaycan xalqına məxsusdur! Daha burada yalandan-doğrudan hər hansı iqtisadi rəqəmlərlə, faizlərlə nəyi isə sübut etməyə ehtiyac da yoxdur. Çünki bununla bağlı həqiqət, BP-nin tənqid edilməsi ölkə rəhbərinin Nazirlər Kabinetinin son iclasındakı kəskin çıxışında kifayət qədər özünü sərgiləyib. Sübut olunub ki, BP apardığı neft siyasətində ciddi yanlışlığa yol verib. Dolayısı ilə, iqtisadi dələduzluq edib.

Dələduz çörəyi

Dələduzluq demişkən, axı dağıdıcı müxalifət "liderlərinin" peşələrindən biri də məhz siyasi, iqtisadi, sosial və digər sahələrdə ifşa edilən dələduzları müdafiə etməkdən ibarətdir. Bu gün Ə.Kərimli ilə yanaşı, İ.Qəmbər də dələduz çörəyi yeyirlər. Yəni Elşad Abdullayevin çörəyini gözlərinə təpirlər, özü də necə!

Qaldı ki, BP məsələsinə, deməliyəm (yazmalıyam –R.) ki, müxalifət "liderlərinin" və onlara işləyən mətbuat orqanlarının "BİPPİLİ" azarları onlara baha da başa gələ bilər. Deyək ki, BP rəsmən öz səhflərini etiraf etdi və yanlışlıqlarını düzəlti. Bundan sonra müxalifət nə edəcək? Yenə də BP-nin maraqlarını müdafiə edəcəkmi? Məsələ də bundadır ki, onsuz da siyasi gəlir əldə etməyə cəhd göstərən müxalifət mətbuatının mirzəcikləri və onların "liderləri" hansı situasiyada nə etdiklərini belə bilmirlər. Və nə edəcəklərini bilmədiklərinə görə də bax beləcə rəzil olurlar. Sanki rəzillik bunların taaam boyunların ölçülübmüş. İnanmayan onların "BİPPİLƏŞMƏLƏRİNƏ" baxsın...

Bütün xəbərlər Facebook səhifəmizdə