Müxalifət daxilində artan gərginliyi səngitməyə cəhd edənlər fiaskoya uğramaqdadırlar. Vahid bir blokda birləşməyə müvəffəq olmayanlar yeganə əlacı kütləvi aksiya keçirməkdə görüblər. Ancaq çox yaxşı anlayırlar ki, mitinqlərinə çox adam cəlb edə bilməyəcəklər. Odur ki, mitinqlərə keçmək məsələsi liderlər arasında birmənalı qarşılanmır. Yəni biri hannan-hana deyir, o biri damnan-dama. Biri deyir bu gün müxalifətin panaseniyasının yeganə əlacı icazəsiz mitinqlər keçirməkdir, o biri deyir keçirməmək daha düzgün olardı. Kütləvi aksiya keçirməkdə ümumi mövqe sərgilənməsi müşahidə edilmir. Odur ki, artıq bir-birindən ayrılmaqda olan müxalifətçilər üçbir-dördbir qruplaşmalarda birləşərək, fikir söyləmək məcburiyyətində qalıblar.
Bu cür qruplaşmaları blok və ya birlik adlandırmaq səhv olardı. Bildiyimiz kimi "İctimai Palata", "Qarabağ" bloku, "Müqavimət Hərəkatı", "Məşvərət Məclisi" və digər qurumlar bir yumruq halında birləşə bilmədiklərindən, daxili parçalanma ilə üzləşiblər. İndi hər biri öz guşəsinə çəkilib, kütləvi aksiyanın işə yarayacağını düşünürlər. Onlar əmindirlər ki, mitinq və küçə yürüşləri ancaq icra orqanlarından izacə alınmadan keçirilməsini israr edirlər. Belə hesab edirlər ki, icazəli aksiyalarla gözlənilən nəticəni əldə etmək mümkün olmayacaq. Yəni mitinqlərə nə kifayət qədər adam cəlb edə biləcəklər, nə də Qərbin maraqlı dairələrinin tələblərini təmin edəcəklər. Onlar icazəli mitinqlə Fatıya tuman çıxmayacağını, əksinə, həm Əli aşından, həm də Vəli qaşığından məhrum olacaqlarını güman edirlər. Bəs mitinqlərə nə vaxt başlayacaqlar?
Bu məsələdə də qruplaşma nümayəndələri arasında yekdil fikir yoxdur. Bu, onların öz fikirləridir ki, qışda soyuq, yayda isə isti olduğundan, kütləvi aksialara maraq göstərənlərin sayı çox olmazdı. Deməli, müxalifət payızda və yazda mitinq keçirilməsini mümkün hesab edir. bir vaxt "Payız hücumu" və "Yaz hücumu" kimi xarakterizə etdikləri ifadələr də bu ənənə ilə əlaqədar yaranmışdı. Ancaq o vaxt o "hücumlar"dan hər hansı bir fayda əldə etmək mümkün olmadı. Bəs bu silsilə uğursuzluqlardan sonra müxalifətçilər nə gözləyirlər?
Xatırlatmaq istərdim ki, bizim müxalifət, əslində, hər hansı uğur qazanacağına stavka etmir. Çünki internet statusları ilə hər hansı səs çoxluğu qazanmaq qeyri-mümkündür. İnternetə çox adam qoşulub, çox şey deyə bilər. Ancaq mitinqlərdə iştirak etmək, mövqe sərgiləmək lazım gəlir? Getmək və fəal iştirak etmək isə həmişə mümkün olmur. Bunun ölkədə gedən inkişaf da etiva etmir. Müxalifətin "Gürcüstan variantı" ilə uğur qazanmaq istəyi də gülünc görünür. Əgər Tbilisidə müxalifət parlament seçkilərində bizim müxalifətin analoji uğur qazanacağını iddia etmək məsələyə kökündən yanlış yaşamaq cəhdidir və bu cür düşünmək ən azı vaxtı qabaqlamaqdır. Necə deyərlər, ayı tələssə də armud vaxtında yetişər. Gözləmək lazımdır, Vaxt gələr, bütün bulanıq sular durular. Əvvəl "hopp" demək, sonra arxın üstündən tullanmaq lazımdır. Yoxsa büdrəyib, suyun ortasına düşərsən. Həm də atalarımız "cücəni payızda sayarlar" deyiblər. Müxalifət isə tələsir, daha bilmir ki, tələsən təndirə düşər.
Bizim fikrimizcə, artıq payızın yarısı arxada qalıb. Əgər müxalifət bu yarısında düşünməkdən başqa bir iş görməyirsə, çətin ki, ikinci yarısında hansısa uğurlu addım atmata nail olsun. Qabaqdan da onların elektoratlarının ümüdləri soyuq qış gəlir. Deməli, onlar mitinq keçirmək üçün yazı gözləməli olacaqlar. O vaxtadək də "ya şah ölər, ya da eşşək..." Belə çıxır ki, müxalifətin mitinq keçirmək istəkləri "qalıb it ölənə..."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB