Müxalifət mətbuatını, xüsusilə, "Yeni Müsavat"- ı və "Azadlıq"-ı təbrik etmək olar. Artıq onların yeni "liderləri" var - GÜLƏR ƏHMƏDOVA! O Gülər Əhmədova ki, mandatı alınmayana qədər həmin qəzetlər tərəfindən gülləbaran edilirdi. O Gülər Əhmədova ki, mandatı alınandan sonra oldu həmin qəzetlərin "qəhrəmanı" və "lideri". Bir sözlə, G.Əhmədovanın Elşad Abdullayevlə bağlı məlum videogörüntüləri yayımlandıqdan sonra müxalifətin "aparıcı mətbuatı" deyə adlandırılan "Yeni Müsavat" və "Azadlıq" qəzetləri keçmiş deputata qarşı apardığı kəskin topatutma mərasimini sona çatdırdı və korrupsioneri özünə "qəhrəman", "lider" seçdi.

"İt itin ayağını basmaz"

Yəni, artıq G.Əhmədova bular üçün nə korrupsionerdir, nə də dələduzdur. (Bunu onlar hesab etsə də cəmiyyət, ictimaiyyət belə hesab etmir- M.) Bu lotu, "razborşik" "xanım" "Yeni Müsavat"ın, "Azadlıq"-ın "lideri" olmaqla onu da təsdiq etdi ki, sürətlə üzü türməyə gedərkən, onun haqqında "salnamələr" yazacaq orqanlar məhz həmin qəzetlər olacaq. Çünki həmin qəzetlər də bilavasitə korrupsiya və dələduzlar yığnağından başqa heç nə deyil. Necə deyərlər, "it-itin ayağını basmaz"...

Bu gün G.Əhmədovanın müxalifət mətbuatında, xüsusilə "Yeni Müsavat"da "qəhrəman liderə" çevrilməsi daha bir tarixi fakta söykənir. 2003-cü ilin oktyabr hadisələri zamanı həbs edilən Rauf Arifoğlu nəyə görəsə, dörd divar arasından məhz G.Əhmədovaya məktubla müraciət etmişdi.

Həm də bir "mələk"...

Və bu gün G.Əhmədovanın "Yeni Müsavatı" özünə ruporluq vasitəsi seçməsi də maraqlı, düşündürücü məqamları ehtiva edir. Ehtiva edir ki, G.Əhmədovanın məlum videogörüntüləri üzə çıxmamışdan öncə də "Yeni Müsavat" "Mərkəz" qəzetinə istinadlar edərək, keçmiş deputatın reklamını aparırdı. İndi isə mandatını itirmiş lotu, "atanşik", dələduz, "razborşik" Gülər dönüb olub bir "mələk". Özü də aydan arı-sudan duru bir "mələk"! MÜXALİFƏT MƏTBUATININ HƏM YENİ "LİDERİ", HƏM DƏ BİR "MƏLƏYİ"!

Bu minvalla köşəmin başında müxalifət mətbuatını təbrik etməyə tələsdim. Dedim, birdən yeni "liderlərinin" təqdimatı keçirilər, təbrik etməsəm, ayıb olar! Axı G.Əhmədova artıq müxalifət yazarları üçün "sıradan" biri deyil. O, onların dələduzluq, lotuluq-potuluq, ləyaqətsizlik əməllərinin stimuludur. Bundan sonra "Yeni Müsavat" da, "Azadlıq" da öz stimullarını Gülərdən alacaqlar.

Yeni "lideriniz" mübarəkdir, mübarəkdir, mübarək!

Bütün xəbərlər Facebook səhifəmizdə