Müxalifət partiyalarının Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi yığıncaqda Avropa Parlamentinin Ramil Səfərovun azadlığa buraxılması ilə əlaqədar qəbul etdiyi qətnamə əleyhinə çıxmaları yüz dəfə pislik edən adamın bir dəfə yaxşılıq etmək bacarığını nümayiş etdirdi. Ekspertlər yüzdə bir dönüşünün zaman keçdikcə yüzdə yüzə yaxınlaşa bilmə ehtimalına inandıqlarını bildirirlər. İndi müxalifət xalq və dövlətçilik mənafeyinin onlar üçün mühüm olduğunu sübut etmək istəyirlərsə, tezliklə birlikdə ikinci müdrik addımlarını atmalıdırlar. Onların bu addımının da alqışlanacağı şübhəsizdir. Elə ki, nəticə yüzdə yüz nisbətinə çatdı, o vaxt təmsilçiləri olduğu xalq onları öz sevimli övladları kimi qəbul edəcək. Necə deyərlər, söz müxalifətindir.
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə gerçəkləşən bu yekdillik Avropanın ermənipərəst hissəsini lərzəyə gətirdi. İkili standartlar mövqeyində köklənmiş Avropa təşkilatları bundan sonra güman edirik ki, Azərbaycan haqda danışarkən, bu və ya digər ifadəni işlətməmişdən əvvəl, yüz ölçüb-bir biçməli olacaqlar. Ancaq hətta bundan sonra da, "tır" deyib birtərəfli qaydada Ermənistan rəhbərliyini haqlı saymaqda davam etsələr, o vaxt tədricən də olsa, sıralarında seyrəlmələr müşadidə edəcəkdir. Yəni ən müdrik sıradaşlarının tərkəzdən ayrılma meyilləri yaranacaq və yaranmış bu təmayül get-gedə güclənəcəkdir. Bu hal beynəlxalq təşkilatlar daxilində Azərbaycanın mövqeyinin daha yüksək formada dəstəklənməsinə səbəb olacaqdır. Atalarımız "dama-dama göl olar" deyiblər. İnşallah, dama-dama göl olar, ermənilər kül olar.
Ramil Səfərov Azərbaycana ekstradisiya edildikdən dərhal sonra Ermənistan prezidenti Serj Sarkisyanın çılğın qərarları, onun siyasətdən uzaq bir adam olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Bu bədnam ölkə başçısı ağına-bozuna baxmadan Macarıstan prezidentinə nota göndərib, onun təmsilçisi olduğu ölkə ilə diplomatik əlaqələri dayandırdığını bəyan etdi. Daha sonra hirslənib tanınmış "DQR"-in müstəqilliyini tanıyacağını vurğulamışdı. Bu, burnunun ucundan uzağı görməyən "prezidentlər"in çıxardığı düşünülməmiş addım və ağlasığmaz qərardır. Məhz bu cür qərar S.Sarkisyanı bütün dünyada zəlili-xar kimi tanıtdı. Xar olan adamda ar olmaz, arı olmayan dövlət başçısının ölkəsində var olmaz, bizim tərlan timsallı Azərbaycanımız önündə Serj Sarkisyan Ermənistanı kimi cılız sar olmaz, bu qış Yerevan küçələrində bar-bərəkət, qar olmaz və sair.
İendi görək S.Sarkisyanın son davranışları haqda mütəxəssislər nə düşünürlər. Cəmi bir misalla kifayətlənəcəyik. Moskva Karnegi Elmi Şurasının üzvü tanınmış politoloq və professor Aleksandr Malaşenko S.Sarkisyanın çılğın reaksiyalarını dövlət başçısına yaraşmayan ibr hal kimi xarakterizə edib. Professorun fikri çox maraqlı olduğu üçün onu ouxucularımızın diqqətinə çatdırırıq: "Ramil Səfərovun ekstradisiya olunaraq, azadlığa buraxılmasına Ermənistanın göstərdiyi reaksiya çox axmaq bir reaksiyadır. Ermənistan hakimiyyətinin belə qabarmasının özü bir axmaqlıqdır. Aleksandr Malaşenko S.Sarkisyana ağıllı məsləhət də verməyi unutmur: "Ermənistan Azərbaycanı və Macarıstanı nədəsə günahlandırmaq istəyirsə, daha ciddi bəhanələr tapmalıdır". Bəs professorun Ermənistanın xarici siyasətinə münasibəti necədir? Olduqca maraqlıdır: "Ermənistanın apardığı xarici siyasət çox primitiv xarakter daşıyır". Doğru-düzgün qiymətə nə deyəsən?!
S.Sarkisyanın hirslənib az qala bizə müharibə elan etməsi isə qarışqanın fili hədələməsi təəssüratı doğurur. Ermənistan bir şeyi bacara bilər. S.Sarkisyan ancaq Rusiyanın arxasında gizlənib, Azərbaycana barmaq silkələyə bilər. Qəflətən nəzərləri bizim Ali Baş Komandanın qəzəbli baxışları ilə rastlaşdıqda isə, qaçıb hamisinin arxasında gizlənməkdən başqa çarəsi qalmaz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB