Müsavat Partiyası və ona yaxın-uzaq olan müxalifət dairələri son günlər nədənsə yamanca əl-ayağa düşüblər. Çünki bu əl-ayağa düşməyin arxasında mütləq və mütləq nəsə bir siyasi "zad" dayanıb. Yəni devident. Partiyanın başqan müavini Tofiq Yaqublunun qızı Nigarın "nigarançılığını" indi az qala bütün müxalifət düşərgəsi çəkir. Çünki ortada divident deyilən zad bunların hər birinin işlərinə yaraya bilər. Əgər yaramasa idi, vallahi də, billahi də heç kim bu məsələyə bu qədər "həssaslıqla" yanaşmazdı.
Şübhələr...
Xüsusilə, Müsavat başqanı İsa Qəmbərin "nigarançılığı" adamı lap ağladır. Hətta "Ümid" sədri İqbal Ağazadənin, ADP sədri Sərdar Cəlaloğlunun, AXCP sədri Əli Kərimlinin də "nigarançılıqları" İ.Qəmbərinki kimi deyil. Düzdür, burada hər kəs (yəni müxalifət yetkililəri –R.) Nigar Yaqublunun məlum əməlinə görə həbsə atılmasını pisləsə də İ.Qəmbərin əl-ayağa düşməsi həqiqətən də kənardan maraqlı və şübhəli görünür. Hətta adam az qala fikirləşə ki, görəsən, nəyə görə N.Yaqublunun günahı üzündən həyatını itirmiş Aydın Acalov qalıb bir yanda, başda Müsavat başqanı olmaqla, az qala bütün müxalifətçilər N.Yaqublunun həbs olunmaması tələbi ilə çıxşlar edirlər, bəyanatlar səsləndirirlər. Digər tərəfdən, bir nəfər də olsun demir ki, axı rəhmətlik A.Acalov az qala N.Yaqublunun atası T.Yaqublunun yaşında olan adam idi və onun N.Yaqublu ilə Şamaxı yolunda ikilidə nə işi varıydı? Nəyə görə rəhmətlik şəxsi avtomobilinin sükanını qızı yaşında olan N.Yaqubluya həvalə etmişdi? Əgər avtomobil sürməyi öyrədirdisə, bunu niyə Bakıda, müvafiq yerlər ayrılmış yerlərdə etməyib? Suallar çoxdur və suallar yarandıqca, adam İ.Qəmbərin Nigarın "nigarançılığını" çəkməyindən şübhə edir.
Növbəti "siyasi məhbus" və yaxud adamın Allahı olar, bəy!
Maraqlıdır, çox maraqlıdır ki, bu gün kimlərsə şəxsi keflərini-damaqlarını həyata keçirərkən, əcəl onları haqlayanda günhkar onların özləri deyil, başqaları olur. İndi şəxsi mənfəəti üçün partiyadaşının ölümündən sui-istifadə edən İ.Qəmbər durub deyir ki, Nigarı buraxmasalar, o dönüb olacaq "siyasi məhbus". Bax, adamın cızdağını çıxaran da budur da bə! Camaat gedib kef çəkməyə, Əzrayıl da həmin kef çəkənlərdən birini haqlayıb. Salamat qalan isə kefkomluq statusunu əldən buraxaraq, dönüb olur "siyasi məhbus" satusunda əzabkş müxalifətçi. Sonra da gəl Avropaya başa sal ki, bəs, ay Avropa, ay Qərb, Azərbaycanda sivil demokratik dəyərlərə nə qədər hörməy göstərilirsə, milli-mənəvi dəyərlərə də kifayət qədər önəm verilir. Yəni Qərb deyəcək ki, bunlar getmişdilər kef eləməyə və burada siyasi məqam yoxdur. Daha deməyəcək ki, baş verən hadisədə cinayət prosessual məcəlləsi mövcuddur və hər kəs qanun qarşısında eynidir. Təəssüf ki, bunu deməyəcək. Adını da qoyacaq ki, N.Yaqublu "siyasi məhbusdur". Nəticədə İ.Qəmbər sevinəcək. Sevinəcək və gecələr yatanda deyəcək ki, nə yaxşı o günləri N.Yaqublu ilə A.Acalov Şamaxı yoluna maşın sürməyə getdilər və nə yaxşı ki, sözügedən hadisə baş verdri.
Ancaq bir məqamı da yaddan çıxarmaq lazım deyil "hörmətli" fürsətcil Müsavat başqanı. Yaddan çıxarmaq lazım deyil ki, nə vaxtsa belə "sevinclər" ona çox baha başa otura bilər. Vallah bilər! Çünki adamın Allahı olar, "bəy"!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB