(Zimbabve atalar sözündən)
Birbaşa mətləbə keçirəm, qanıma qəltan eləsələr də deyəcəyəm, Rusiya liberallarının başbiləni Vladimir Jirinovski əbləh və axmaq adamdır. Sözlərimi sübut edəcəm. Əgər edə bilməsəm, razıyam, V.Jirinovski məni məhkəməyə versin, terrorla hədələsin. Onsuz da V.Jirinovskinin siyasi fəaliyyətinin ana xəttini asıb-kəsmək, cinayət hadisələri həyata keçirmək, terror əməllərini reallaşdırmaqdır.
Bəli, bu adamın əbləh və axmaq olduğunu sübut edirəm. Əvvəla V.Jirinovski o nadir məxluqlardandır ki, qeyri-ciddi fikirləri və proqnozları ilə nəinki xarici ölkələrdə, eləcə də Rusiyada əbləh kimi tanınır. Dəfələrlə siyasi proqnozlar versə də, bu proqnozlar reallaşmayıb. Çünki axmağın və əbləhin proqnozları özü kimi axmaq fikirlərdən ibarət olur.
Yadınızdadırsa, 2012-ci ilin əvvəlində V.Jirinovski Qərb ölkələrinin İrana hücum edəcəyini və bununla da, üçüncü dünya müharibəsinin başlanacağını bəyan etmişdi. Bir qədər də "ağıllı", "uzaqgörən" proqnozunu genişləndirən V.Jirinovski Rusiyanı ehtiyatlı olmağa və Vladimir Putinə prezidentlik inauqurasiyasını may ayında deyil, aprel ayında keçirməyə çağıran məsləhət vermişdi. Qərb ölkələri İrana hücum etmədilər və bununla da üçüncü dünya müharibəsi də baş vermədi. Nə oldu? V.Jirinovski əbləh və axmaq oldumu?
2008-ci ilin avqustunda Rusiya Gürcüstanı işğal etmək üçün müharibə variantından istifadə edərkən, V.Jirinovski M.Saakaşvilinin qorxaraq Türkiyəyə qaçacağını bəyan etmişdi. Amma nə baş verdi? Rusiya Gürcüstanı işğal edə bilmədi. M.Saakaşvili də Tbilisidə qalaraq prezidentlik səlahiyyətlərini həyata keçirdi. Deməli, səhv proqnozuna görə V.Jirinovskini əbləh və axmaq adam adalandırmaq olar.
V.Jirinovskini danışdıran, onun qoltuğuna qarpız verən, təbii ki, varlı erməni lobbisidir. Sübut. Ermənistan ümummilli hərəkatının liderlərindən olan Stepan Dəmirçiyan ötən il Almaniyada səfərdə olarkən etiraf etmişdi ki, V.Jirinovskinin prezidentliyə namizəd olaraq dəstəklənməsində Rusiyadakı ermənilərin xüsusi rolu və maliyyə dəstəyi olub. Məhz ermənilərin maliyyə dəstəyinə arxalanan V.Jirinovski digər Cənubi Qafqaz xalqlarına və dövlətlərinə qarşı ucadan hürməyə hesablanan vanqıltılar nümayiş etdirir. Ötən həftə erməni diasporasının Moskvada keçirdiyi aksiya zamanı V.Jirinovskinin Ermənistan kəşfiyyat orqanlarını azərbaycanlılara qarşı terror aktları həyata keçirməyə çağırması da it kimi hürməyin sübutu sayıla bilər: "Ermənistan xüsusi xidmət orqanları Ramil Səfərovun əfv olunmasının cavabını versinlər ki, azərbaycanlılar bir daha belə iş görməsinlər. Ermənistan xüsusi xidmət orqanlarını azərbaycanlılara qarşı terror aktlarını həyata keçirməyə çağırıram".
V.Jirinovski Gürcüstandakı Cavaxetiya ermənilərini də öz torpaqlarının müstəqilliyi uğrunda mübarizə aparmağa çağırmışdır. Həmçinin, bu əbləh və axmaq adam türklərə və azərbaycanlılara qarşı qəddar və düşmən mövqedə olmağın vacibliyi barədə ermənilərə öz dərrakəsinə və düşüncəsinə uyğun olan tövsiyələrini verir. Nədir V.Jirinovskini azərbaycanlılara və türklərə qarşı düşmən mövqedə dayanmağa vadar edən səbəb? Yazılı informasiyalara görə, V.Jirinovski vaxtilə SSRİ-nin Türkiyədəki səfirliyində işləyən əməkdaşlarından biri olub. V.Jirinovskinin arvadı hələ o zaman onun axmaq və əbləh adam olduğunu başa düşdüyündən, müstəqilliyə daha çox meyil göstərmişdir. Gününü barlarda keçirən bu arvad daha çox Türkiyədən olan millət vəkili ilə gecələr qalmağa üstünlük vermişdir. Arvadının ipini yığa bilməyən V.Jirinovski türkləri düşmən kimi görməyə başlamışdır. O zamandan bu günə qədər bu əbləh və axmaq adam türklərdən və azərbaycanlılardan qisas almağa çalışır. Amma axmaq adama əhəmiyyət verilmədiyi kimi əbləhin də nə deyib-nə danışmasına fikir verməyə dəyməz. Qısası itin qaydasıdır hürmək. Hürməsə sahibi də ona yal verməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB