Bu ərəfələrdə ərəb dünyası yenidən çalxalanmaqdadır. Ancaq bu çalxalanma siyasi termin kimi yayılmış və "ərəb baharı" deyə hallandırılan inqilab küləyi deyil. Bu, bir müsəlman fırtınasıdır. Misirdə, Yəməndə, Liviyada və digər ərəb ölkələrində qəzəblənmiş xalq kütləsi küçələrə axışaraq, inqilabdan da betər hadisələr çərçivəsində öz hiddətlərini, nifrətlərini müxtəlif vasitələrlə və metodlarla münasibət bildirirlər. Və əslində bu hal gözlənilən idi. Çünki həqiqi xristianlardan daha çox anti-xristian mövqelərini ortaya qoyan, əsil xristianlığın barışcıl dəyərlərini tapdalayan və tapdaladan şəxslər belə bir vəziyyətin yaranmasına səbəbkar oldular.

Hələ bir müddət bundan öncə, daha dəqiq desək, ötən il amerikalı keşişin ictimaiyyət qarşısına çıxaraq müsəlmanların müqəddəs kitabı olan Quranı yandırması dünyada etirazlarla qarşılanmışdı. Dörd səmavi kitablardan sonuncusu və ən dəyərlisi hesab edilən Qurana qarşı bu qədər hiddətin, nifrətin əmələ gəlməsini isə ümumiyyətlə, izah etmək mümkün deyil. Hətta bundan öncə bir Danimarkalı rəssamın Məhəmməd (s.ə. və s.) peyğəmbərin karikaturasını çəkməsini də heç cür izah edilməsi mümkün olmamışdı. Bundan sonra isə təəssüf ki, adi hal almağa başlayan islam dininə həqarət kampaniyasının qarşısı alınmadı. Hətta buna Qərb dövlətləri tərəfindən cəhd belə edilmədi. Və edlmədiyinə görə də vəziyyət tamamilə nəzarətdən, çərçivədən çıxmağa başladı. İraqda, Əfqanıstanda amerikalı əsgərlər məscidləri, dini ocaqları, Quranı ələ salmağa başladılar və bununla da sübut etdilər ki, onların həqiqi xristianlığa heç bir aidiyyatları yoxdur. Onlar sadəcə xristiQANLARDIR. Yəni qan tökmək üçün çaba göstərənlərdirlər.

Amma bütün bunlar özlərini xristian deyə adlandıran vəhşilərlə də bitməyib. Suriyada Bəşər Əsəd rejiminin ölkə məscidlərini bombardman etməsi, dindarları, xalqının hörmət göstərdiyi şeyxləri çarmıxa çəkdirməsi, Quranı gülləbaran etməsi, sonradan isə Əsədin dünya ictimaiyyəti qarşısında, məscidlərdə namaz qılaraq pozalar verməsi, Allaha dua etməsi də anlaşılmaz qalmaqdadır. Xristian anarxistlər qalsın bir yana, görəsən özünü "müsəlman" hesab edən Əsəd Allah qarşısında səcdəyə gedərkən, Tanrıdan utanmırdımı? Nəticədə məlum oldu ki, peyğmbəri təhqir edən karikaturaçı rəssamdan, Quranı yandıran amerikalı keşişidən, dini inanclara dözümlülük nümayiş etdirməyən amerikalı əsgərlərdən, eləcə də Bəşər Əsəddən ruhlanaraq, müsəlman dünyasına qarşı hədsiz kin bəsləyən anarxik xristianlar, ya da xrisiQANLAR qrupu öz daxili çirkablıqlarını daha "səmərəli" şəkildə ictimailəşdiriblər. Artıq, Məhəmməd (s.ə. və s.) peyğəmbəri təhqir edən və müsəlman dünyasını ayağa qaldırmış bir "film" dünyada ciddi rezonansa səbəb olub. "Filmin" prodüsseri olan Sam Bassiel adlı bədxah (əsl adı Nakoula Basseley Nakouladır) "filmdəki" aktyorlara bu əsərin adını "Səhra döyüşçüləri" kimi təqdim edib. Filmin internetdə yayımlanan təqdimat video rolikində özünü Sam Bassiel kimi təqdim etsə də, "Wall Street Journal" bu şəxsin 52 yaşındakı Nakoula Basseley Nakoula olduğunu dəqiqləşdirib. Bu şəxs İsrail və Amerikanın ikili vətəndaşıdır. Filmin məsləhətçisi Stev Klein onun Kıpti xristian ( qədim dövrdən xristianlığı qəbul edən misirlilər. Onlar İsanın ilahi və insanı tərəflərinin eyni olduğunu iddia etdikləri üçün katolik xristianlar tərəfindən də inkar edilirlər. Bəzi mənbələrə görə, indi Misirin özündə 7 milyona qədər Kıpti yaşayır) olduğunu deyib. Nakoulanın əvvəllər saxta sənədlə fırıldaqçılıq etdiyi üçün 790 min dollar təzminat və 21 ay həbs cəzası aldığı da bəlli olub. "Filmin" məsləhətçisi Stiv Klein "Cəsur Xristian Birliyi", "Beynəlxalq Amerika Kıpti Məclisi" kimi ifrat sağçı, anarxist və islam əleyhdarı olan təşkilatların üzvüdür. ABŞ-ın Kaliforniya ştatındakı Kaveyah qəsəbəsindəki Kıpti kilsəsi ilə yaxın əlaqələri var. Filmin çəkilməsi ilə bağlı danışarkən həyasızlığa qapılaraq,"bu işə nəticəsinin nə olacağını bilərək, başladıq" deyib. Filmin reklamçısı Terri Cones 2010-ci ildə "Quranı yandırma ayini təşkil edəcəyəm" deməsi ilə qalmaqal yaratmış amerikalı rahibdir. Cones "Müsəlmanların məsumiyyəti" filminə dəstək verdiyini, filmin reklamı ilə məşğul olduğunu acıq söyləyib. Hətta Amerika Ordusunun Baş Qərargah rəisinin filmin təbliği ilə məşğul olmağı dayandırması çağırışını da açıq bəyanatla rədd edib. "Fimin" ərəbçəyə çevirəni Morris Sadek Beynəlxalq Amerika Kıpti Məclisinin misirli rəhbəridir. Filmin əsasən müsəlman dünyasında çaxnaşma yaratmasına səbəb məhz onun ərəbcə versiyası olub. O, filmin "Youtube" saytında yayımlanan linklərini özünün "Twitter" hesabında da paylaşmaqdan çəkinməyib. Hazırda ABŞ-ın Kaliforniya ştatında yaşayır və özünü "hüquq müdafiəçisi" kimi təqdim edir. Amerika mediasında yazılana görə, "filmin" ilk versiyası ucuz və uğursuz olub, Bu "film" ilk dəfə Hollivudda bir kino salonunda "Bin Ladenin məsumiyyəti" adı ilə göstərilib. Lakin heç bir müzakirəyə səbəb olmayıb. Bundan sonra prodüsser və dəstəkçiləri "filmin" adına və reklam çarxlarına Məhəmməd (s.ə.və s.) peyğəmbərlə bağlı hissələri çıxarmaqla, dünyanı çalxalamağa nail olublar. "Filmin" aktyor və texniki heyətində təmsil olunan 80 nəfər isə aldadıldıqlarını iddia edirlər. Onlar yayımladıqları "Aldadıldıq" başlıqlı açıqlamalarında internetdə "Səhra döyüşçüləri" adlı filmin çəkilişi ilə bağlı élan görəndən sonra filmin prodüsseri Sam Bassiel ilə əlaqə saxladıqlarını qeyd ediblər. Onlar islam əleyhinə bir filimdə deyil, qədim Misiri anladan əsərdə oynadıqlarını deyiblər.

Heyətin bildirdiyinə görə, filimdə bəzi obrazların müraciəti belə dəyişdirilib. Məsələn, filmin bir yerində aktyorun qarşısındakını "Georgi" deyə çağırdığı ağız işarəsi ilə anlaşılsa da, səs "Məhəmməd" olaraq çıxır. Filmin heyəti qeyd edib ki, onlar ssenarinin sonradan "qorxunc bir şəkildə dəyişdirildiyini görərkən, şoka düşüblər: "Ortaya çıxan faciədən sarsıldıq". Bəs nə baş verdi və daha nələr baş verə bilər? ABŞ-ın Liviyadakı konsulu və bir neçə diplomatı konsulluq binasına hücum edənlər tərəfindən öldürüldü, ölən tərəflərin sayı artmaqda davam edir. binanın Misirdə və Yəməndə isə bir neçə gündür ki, səngiməyən iğtişaşlarda yüzlərlə insan xəsarət alıb. Bəs bunun cavabını kim verməlidir? Əlbəttə ki, buna şərati yaradan xristiQANLAR!

Bütün xəbərlər Facebook səhifəmizdə