Deyəndə ki, Ermənistanda hökumət postu tutanların 99,9 faizi başdan zay adamlardır, beynəlxalq ictimaiyyət buna inanmır ki, inanmır. Nə deyəsən, ikili standart tətbiqini özünə şüar edən bu xür beynəlxalq ictimaiyyətə?

Onsuz da nəsə deməyin heç bir xeyiri yoxdur. Hansıf həqiqət prizmasından yanarısan yanaş, hansı obyektivlik çərçivəsində hərəkət edirsən et, yenə də dəyirman öz çax-çaxındadı... Yəni ermənilər gic-gic hərəkətlər edir, buna göz yuman beynəlxalq ictimaiyyət də ikili standartlar çərçivəsindən kənara çıxa bilmir.

Ermənistanda son başıxarab hərəkəti prezident Serj Sarkisyan Ramil Səfərovun Azərbaycana ekstradisiya edilib, azadlığa buraxılması ilə əlaqədar Macarıstanla siyasi və iqtisadi əlaqələri pozması ilə başladı. təmsilçisi olduğun ölkə rəzalət girdabına yuvarlanmış da olsa, prezident olasan, ağlına gələni ağzına salıb meymunluq edəsən... Yaxşı, tutaq ki, S.Sarkisyan Macarıstanla bütün əlaqələri kəsdi, bəs nə üçün iki dəqiqədən sonra qərarını yenilən dəyişdi, sözünü geri götürüb, Ermənistan-Macarıstan münasibətlərinin bərpa olunduğunu bəyin etdi? Sualın cavabı göründüyündən də aydındır. Çünki onun ipini çəkib əzasını ağrıdaraq, səhv etdiyini nəzərinə çatdırdılar: "Balvan, menyay duratskuyu reşeniyu!" Serj də səbrini basıb, dəyişdi.

İkinci bir tərəfdən, Ramil Səfərov bir erməni öldürdüyü halda, Ermənistanın və dünya erməni diasporunun təzyiqi ilə, beynəlxalq qanunların müddəalarını pozaraq, onu 5-7 il yox, ömürlük həbs cəzasına məhkum etdilər. Bəs Xocalı soyqırımı törədənlərin cəzadan yayındırılmalarını hara yazaq? Axı S.Sarkisyan da daxil olmaqla, Ermənistanda vəzifə postu tutanların bir çoxu bu soyqırımı törətmiş şəxslərdir və onlara, hətta "gözün üstə qaşın var" deyən də yoxdur. Məgər bu gün cəbhə bölgələrində uşaqlar, böyüklər, mal-qara, toyuq-cücə erməni əsgərləri və snayperləri tərəfindən güllə-baran edilmirmi? Məgər Avropa dövlətlərinin bir çoxu həbs etdikləri erməni terrorçularını ya azadlığa buraxıb, ya da Ermənistana ekstradisiya etməyiblərmi? Bu hökumət də, istisnasız olaraq onların hamısını cinayət məsuliyyətindən azad etməyibmi?

Görəsən, Ermənistan prezidenti öz gözündə tiri görməyə-görməyə nə vaxtadək bizim gözümüzdə tük axtaracaq? Gör prezidenti belə olan millətin adi adamları necə olar? Hələ adi adamlarını bir kənara qoyub, gəlin deputatlarının çıxardığı qərara diqqət yetirək. Sentyabrın 6-da Ermənistan parlamenti Dağlıq Qarabağ haqda danışıqları dayandırmaq qərarı qəbul edib. Bu, ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistan və Azərbaycan tərəfinə təklif edilən "Madrid prinsipləri"ndən imtina deməkdir. Deməli, bu ölkə altına imzasını qoyduğu imzadan imtina edir. Vallah, bunların dilindən tutub, torpaqlarımızın işğaldan azad edilməsi üçün ordumuzun potensialından istifadə etməliyik. Yoxsa bütün dünya bizi qınayıb, daşqalaq edər... Məgər 20 il ermənilərlə pişim-pişimlə rəftar etmək kifayət deyilmi? Axı bu həngamədən sonra kim bizə güldən ağır söz deyər?!

Yox, e... Hələ bundan sonra da bizi qəti addım atmaqdan çəkindirənlər tapılır. Ermənistanın arxasında dayanıb, problemin həllini daha qeyri-məlum vaxtadək uzatmaq istəyən Rusiya rəsmiləri bizə Yerevanla davam etdirməyi təklif edirlər. Xatırladırıq ki, biz Rusiya ilə MDB üzrə müttəfiq və Azərbaycanın Moskva ilə münasibətləri ikitərəfli əməkdaşlıq çərçivəsində davam etdirilir. Əsil reallıq bundan ibarətdir.

Daha bir yox e... terrorçuluqla müttəfiqlərimizdən gəldi. NATO-nun baş katibi Andres Foq Rasmussendən gəldi. Ermənistanda rəsmi dairələri pərt edən Rasmussen bizi səbirli olmağa və danışıqlar prosesini davam etdirməyə çağırır. ancaq 20 ildən sonra daha nə qədər gözləyəcəyimizi bildirmir. Digər bir tərəfdən məgər Azərbaycan danışıqları davam etdirmək istəmirik? Ona görə də, dünyanın beynəlxalq təşkilatları Ermənistan rəsmiləri ağılı gətirən addım atmasalar, ermənilərin daha naqis tərzdə sərsəmləmələrinin şahidi olacaqlar. Ya da qoyun Azərbaycan BMT-nin qərarlarını əldə rəhbər tutub, 20 il ərzində pozulan ədaləti bərpa etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə