Daim iqtidarı təbirlərinə məxsus "özəlliklərələ" ittiham edən müxalif qütb və onların ətrafı indi tamamilə çıxılmaz vəziyyətə düşüblər. Bu gün demək olar ki, düşərgəni inhisar dairələrində saxlamağa cəhd göstərən Müsavat və AXCP rəhbərliyi antidemokratik siyasət yürütməkdə ittiham olunmaqdadırlar. Bunu təkcə iqtidar mənsubları deyil, artıq müxalifətin çoxqütblü tərəfləri də etiraf etməkdədirlər. "İctimai Palata"nın sonuncu sessiyasında irəli sürülən təkliflərin (burada mərhum Əbülfəz Elçibəyin zəhərlənməsini xüsusilə qeyd etmək istərdim –R.) ilk öncə səsə qoyulmasına edilən etirazlar, sonradan isə sözügedən təklifin qəbul edilməməsi müxalifətdə cərəyan edən antidemokratiyanın sırf təzahürü oldu. Və bir daha təsdiq edildi ki, bu gün Elçibəyin zəhərlənməsindən başlayaraq, bir çox qaranlıq məsələlərin üzə çıxması "liderlərin" antidemokratik davranışları vasitəsilə etiraf edilməkdədir. Çünki ən azından, Elçibəyin ruhuna hörmət varsa, təklif səsə qoyularaq, qəbul edilməliydi. Amma edilmədi!

Başqa tərəfdən, bugünlərdə Müsavat partiyasının regional toplantısı olub və həmin toplantı qapalı şəraitdə keçirilib. Hətta müxalifət mətbuatı üçün Müsavatın qapıları bağlı qalıb. Yaxşı, əgər Müsavat partiyası demokratiya uğrunda tər tökürsə, nəyə görə azad mətbuatın üzünə qapı bağlayırlar? Məgər bunun özü də antidemokrayiya deyilmi?!

Sağ ol, tovariş!

Təbii ki, bütün bunlar belədir və uzun uzadı danışmaqla da siyasi ictimaiyyətin başını ağrıtmaq fikirndə deyiləm. Və keçirəm digər məsələyə. ACP funksioneri Zəminə Dünyamalıyeva "İctimai Palata"nın üzvü olaraq, sözügedən antidemokratiya barədə iradlarını bildirib. Deyib ki, orada antidemokratik hərəkət olub. Z.Dünyamalıyeva bildirib ki, nədənsə, müsavatçılar çıxış edəndə "cəbhəçilər", "cəbhəçilər" də çıxış edəndə müsavatçılar çəpik çalıb, ura qışqırmayıblar. Bu amil isə demokratik dəyərlərə cavab vermir (?-R.)

Görün...Görün bə baxın ki, müxalifət demokratik dəyərləri nə ilə ölmüb-biçir. Çəpik çalaraq, urra qışqırmaqla. Sən demə, "İctimai Palata"da nəinki demokratik mühit mövcud deyil, hətta stalinist rejimin işartıları da görünür. Yəni kim olmasından asılı olmayaraq, müxaılifət bəylərini bəytərifi edənlərə çəpik çalınmalıdır. Hələ imkan varsa, "sağ ol, tovariş!" deyə qışqırmaq da vacibdir. Kim bunu etmirsə, demokrat deyil, nə bilim, cəbhəkrat, müsavatkrat, ya da nə bilim, nə pokratdır!

Boya biçilmiş rəzalət donu

"İP"-in üzvü, Müsavat partiyası başqanının müavini Gülağa Aslanlı deyib ki, ACP liderinin müşaviri, ACP sədrinin müavini Zəminə Dünyamalıyevanın Demokratik Qüvvələrin Məşvərət Məclisi ilə "İP"-in birgə koordinasiya şurası yaratmaq barədə təklifinə münasibət açıqlayarkən deyib ki, bu təklif "İP"-lə Məşvərət Məclisini eyniləşdirmək xəttinə oxşadı: "Amma aydın məsələdir ki, yeni yaradılmış Məşvərət Məclisinin hansı məqsədlə qurulduğu, onun nə işlər görəcəyi İP-lə müqayisədə xeyli geridə qalır. Ona görə də belə bir təklifin qəbul olunma ehtimalı yüksək deyil, bu səbəbdən də qəbul olunmadı".

Əslində antidemokratik arqument ortaya qoyan Müsavat yetkilisi bir daha sübut edib ki, "müxalifət birləşməlidir" kimi boğazdan yuxarı deyilən sözlər nəinki boğadan yuxarıdır, bəlkə də ağızdan da çölədir. Yəni yalandan camaatın başını aldatmağın da yeri yoxdur. Antidemokratiya isə bu müxalifətin sanki boyuna biçilmiş rəzlət donudur. Onlar bu antidemokratik donu çıxarmağa da qorxurlar ki, camat qarşısında lap biabır olarlar.

Bütün xəbərlər Facebook səhifəmizdə