ASALA ulayır, Qərb "demokratiyası" həzz alır

Ermənistanın terroru, işğalı, təcavüzü dövlət səviyyəsində dəstəkləməsi dünya birliyində sükutla qarşılanmaqda davam edir. Və əslində sözügedən faktoru sübuta yetirmək də o qədər də çətin məsələ deyil. Təkcə son 25 ildə beynəlxalq aləmin, daha dəqiq desək, xristian ailəsinin daim Ermənistanın mövqeyinə daha yaxınlığıa ilə seçilməsi bunu deməyə əsas verir. Çünki Ermənistana rəhbərlik edən şəxslərin, xüsusilə də eks-prezident Robert Koçaryanın, hazırkı prezident Serj Sarkisyanın qaranlıq tərcümeyi-hallarını sadalasaq, onların Xocalı soyqırımı, Qaradağlı faciəsi zamanı törətdikləri vəhşiliklərlə bir daha tanış olmaq vurğulanan fikirlərin nə qədər həqiqətə uyğun olduğunu görərik. Məsələyə həm də bu çərçivədən yaxınlaşsaq, "Ermənistan hakimiyyəti bilavasitə terrorçu qruplaşmadır" deməklə Azərbaycan tərəfi, eləcə də türk dünyası qərəz nümayiş etdirmir, sadəcə və sadəcə həqiqətləri, olanları deyir.

Tarixlər boyu nə Azərbaycan, nə də qardaş Türkiyə erməni xalqına qarşı heç bir zaman vəhşilik törətməmiş, alçaldıcı hərəkətlərə yol verməmiş və terror aktı həyata keçirməmişdir. Bunun əvəzində isə, erməni qaniçənləri həm Qarabağda, həm də qardaş Türkiyənin vilayətlərində azəri-türk millətinə qarşı soyqırım həyata keçiriblər. İndi isə özlərini döyülən-söyülən, binəva, məzlum, işgəncələrə məruz qalan xalq kimi sırıyaraq, mənfur niyyətlərini ört-basdır etməyə cəhd göstərirlər.

Bu gün Serj Sarkisyan diktaturası bir faktı qəbul etməlidir ki, artıq nə Azərbaycan, nə də ki, Türkiyə ilə terror dili ilə danışmaq mümkün deyil. İndi həm rəsmi Bakı, həm də rəsmi Ankara erməni terrorunun kökünü kəsməkdən ötrü kifayət qədər gücə, qüdrətə malikdirlər. Ona görə də ASALA-nın və digər erməni terror təşkilatlarının bəyanatları türk dünyasını tutduğu həqiqət yolundan döndərə bilməz. Terroru dəstəkləyən Ermənistan dövlət rəsmiləri və onlara hər ay dilənçipulu ödəyən erməni lobbisi hələ ki, bunu dərk etmək iqtidarında deyil.

"Səlib yürüşü" təxəyyülü bu gün də gündəmdədir

Görünür bu səbəbdən də həm qardaş Türkiyənin, həm də Azərbaycanın ünvanına hədəyana bəyanatlarla çıxış edirlər. Belə ki, hələ bir müddət bundan öncə, ASALA terror təşkilatı "Türkiyənin Suriyanın erməni icmasının təhlükəsizliyini təhdid edən istənilən birbaşa və ya dolayı hərbi əməliyyatı cavabsız qalmayacaq" deməklə qardaş ölkəni hədələmişdi. Ancaq təbii ki, bu bəyanatın da heç bir faydası olmadı.

Nüfuzlu beynəlxalq təşkilatlar, eləcə də günaşırı demokratiyadan, insan hüquq və azadlıqlarından dəm-dəm vuran Qərb ölkələri isə bu faktı guya görməzdən, bilməyərəkdən gəlir, Azərbaycan və Türkiyə ilə yanaşı, dünyanın müxtəlif məntəqələrində qanlı aksiyalar törətmiş "Armenakan", "Hnçak", "Daşnaksütyun", DRO və onun bölmələri olan DRO-8, DRO-88, DRO-888, DRO-8888, ASOA (Erməni gizli azadlıq ordusu), ASALA (Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu), "Geqaron", AOD (Erməni azadlıq hərəkatı), "Erməni azadlıq cəbhəsi", "Orli qrupu", "Erməni soyqırım ədalət komandosları", "Erməni birliyi", "Demokratik cəbhə" və "Apostol" kimi terror təşkilatları ilə "qürrələnən" Ermənistana "gözün üstə qaşın var" demir. Amma hər hansı bir siyasi məsələdə Azərbaycanın və Türkiyənin adı hallanan kimi, həmin saniyədə, həmin dəqiqədə hər iki ölkəyə qarşı cəfəng ittihamlar dolu kimi səpələnməyə başlayır. Və əgər Qərb dövlətləri əgər reallıqdan çıxış edərək demokratik dəyərlərə bu qədər "önəm" verirsə, həqiqətən də terrorçuluğu pisləyirlərsə, o zaman nəyə görə ASALA-nın son bəyanatı ilə bağlı bir kəlmə belə tənqidi fikir söyləməyiblər?! Yoxsa ASALA Qərb "demokratiyasının" müdafiəsinimi təşkil edir?! Axı məhz ASALA birmənalı şəkildə Azərbaycan diplomatlarını ölümlə hədələyib. Əgər bu - "Hər gün türk leşlərinin sayını yüksəltməkdəyik, o vaxta qədər ki, ölmüş türklərin sayı 40 min deyil, 600 minə çatacaqdır", terror deyilsə, onda bəs nədir?! Nəticədə isə bir fakt öz faktlığında qalmaqdadır: ASALA-nın məlum bəyanatı yetərincə təsdiq edir ki, Ermənistan və ermənilər siyasi arenada məğlub olduqları zaman dərhal terrora müraciət etməli olublar. Qərb "demokratiyası" isə bu terror hədələrinə susmaqla, müdafiə etməklə, hələ də orta əsrlərdə formalaşmış "Səlib yürüşü" təxəyyülündən çıxmadıqlarını sərgiləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə