Bu gün demək olar ki, gündəmdə ən çox danışılan mövzu Azərbaycanın müqəddəs adını uca tutmuş, yad eldə bu torpağın, bu xalqın üçrəngli bayrağına sahib çıxmış Ramil Səfərovla bağlıdır. Artıq düşmən Ermənistanın "vətənpərvər" dığaları Serjikin üstünə düşüblər ki, əgər sən həqiqətən də düz-əməlli dövlət başçısı olsaydın, Qurgeni gəbərtmiş azərbaycanlı zabit Macarıstan həsxanasından kənara çıxmazdı. Amma çıxdı! Özü də bilavasitə Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə!
Bu əhəmiyyətli amil həm də işğal altında qalmış torpaqlarımızın tezliklə gavur tapdağından azad olunacağı müjdəsidir. Və inşallah, xalqımız həmin müjdənin də gözaydınlığını verəcək. Amma…Amma çox təəssüf hissilə deyiləcək, yazılacaq sözlər, ifadələr də var. Çünki Ramil qardaşımızın qəhrəmanlıq salnaməsinə öz ermənisayaq təbirlərincə don geyindirənlər də tapılıb. Hələ ötən köşəmdə qeyd etmişdim ki, özlərini cəmiyyətə ağıllı, humanist, siyasətcil kimi sırımağa cəhd göstərən satılmışlar Ramil Səfərovun şücaətini "caniliklə" əvəzləməyə səy göstərirlər. Hətta Müsavat başqanı İsa Qəmbər Ramilin Azərbaycan bayrağının təəssübünü çəkməyini "ciddi səhf" kimi qələmə vermişdi. Və nə yazıq ki, cəmiyyət sıralaranıda İsa kimi bir çox satılmışlar mövcuddur. Onlardan biri də "adı-sanı" məlum erotik səhnələri ilə məşhur olan "Azadlıq" radiosunun müxbiri Xədicə İsmayıldır.
Bu həmin Xədicədir ki, musavat.tv vasitəsilə yayımlanan lüt-üryan və biabırçı səhnələrinə haqq qazandırmağa çalışdı. Utanmadan-qızarmadan mediaya çıxıb dedi ki, bəs onun hərəkətlərində heç bir biabırçılıq yoxdur (?!-R.) Əslində həmin məsələdən sonra, onun hansı yuvanın quşu olması yetərincə öz təsdiqini tapdı. Çünki məhz həmin Xədicə "Facebook" səhifəsində Ramil Səfərovun qəhrəmanlığını "cinayət" adlandırıb, qəhrəman zabitimizə isə "cani" deyə xitab edib. Buradan aydın olub ki, bütün gərəksiz həyatını həm cismən, həm də mənən pula-paraya satan, Azərbaycan xalqına, azərbaycançılıq mənəviyyatına xəyanət edən, amma təəssüf ki, hələ də cəmiyyət içində yaşayaraq, insanlara ürəkbulandırıcı, yoluxucu nəfəsini yayan Xədicə İsmayıl həqiqətən də mənşəyi bilinməyən fahişəliyini sübuta yetirib. Söz yox ki, özlərini cəmiyyətdə kifayət qədər formalaşdırmış çoxsaylı insanlarımız da Xədicənin erməni dəyirmanına su tökməyini birmənalı olaraq sərt tənqid ediblər və təbii ki, etməlidirlər. Onları bir daha hörməti oxucularımızla bölüşmək istərdim. Yazar Aysel Əlizadə sözügedən məsələ ilə bağlı deyib ki, Xədicə ruhunu xarici fondlara satmış adamdır, onun hərəkətinin bir adı var, o da yüngüllükdür.
Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə deyib ki, bu, Xədicə İsmayıldan gözlənilən hərəkətdir: "Xədicə İsmayıl söz sahibidirsə, Azərbaycanın bayrağının qürurunu qoruyan Ramil Səfərova yox, minlərlə azərbaycanlının qanını tökən ermənilərə cani desin".
Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı isə deyib ki, R.Səfərovun azadlığa buraxılmasını bu cür qiymətləndirən şəxslərin nə insanlıqdan, nə əxlaqdan, nə də beynəlxalq hüquqdan xəbərləri var: "Xədicə başa düşmürmü ki, dövlətin atributlarını - gerbini, bayrağını və ərazi bütövlüyünü qoruyan bir zabitin başqa bir dövlətin zabiti tərəfindən hər gün təxribata çəkilməsi, atributlarımızın təhqir olunması nə deməkdir?".
Budur sağlam ruhlu cəmiyyətin Xədicəyə olan münasibəti. Yerdə qalanını isə qoy xalqımız desin. Xalqımız desin ki, Ramilin azadlığa çıxması minlərlə şəhidlərimizin öcü, qisası ilə təsdiqini tapacaq. Qarabağımızın azadlığı ilə, Şuşada bayrağımızın dalğalanması ilə başa çatacaq. Xədicə isə yəqin ki, həmin vaxt hansısa xaici ölkədə erməni maqnatının qucağında gizlənəcək!
Bütün xəbərlər Facebook səhifəmizdə