Ermənistan respublikasının hökuməti “artsaxa” daha 4 milyard dram (10 milyon dollar civarında) maliyyə vəsaiti ayıracaq. “2022-ci ildə Ermənistanın büdcəsindən qarşılıqsız yardım məqsədi ilə maliyyə vəsaiti ayrılıb. Söhbət 164 milyard dramdan gedir. Bundan əlavə, qəbul ediləcək digər qərara görə, həmin göstərici 168 milyard drama çatacaq. Həmin məbləğ hökumət nümayəndələri tərəfindən deyil, çalışan və yaradan minlərlə insan tərəfindən formalaşdırılıb”, deyə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Bəli, heç də yanılmadınız, bunu məhz sülh prosesini müxtəlif bəhanələrlə uzadan, əldə olunmuş razılaşma və bəyanatlardakı tələbləri icra etməyən və həmin vasitə ilə Azərbaycanın ərazilərinə iddialarını qüvvədə saxlayan düşmən ölkənin baş naziri Nikol Paşinyan deyib. Deyibsə, demək ki, iki il əvvəl “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini işlədən Paşinyan demək ki, yenidən qudurub. Adətən quduran iti bir dirəyə bağlayıb onu əhliləşdirirlər, yox, əgər əhliləşmirsə...
Məsələ ondadır ki, Paşinyanın bu kimi addımları regiona yeni müharibə qoxusunu yaymaqdadır. Belə olmasa idi onun başqa bir ölkənin ərazisinə, özü də qondarma və cinayətkar quruma dövlət büdcəsindən maliyyə vəsaitləri ayırması faktları da mövcud olmazdı. Misal üçün, qeyd edilən qərara qədər, yəni 2022-ci il üçün Ermənistanın dövlət büdcəsindən Qarabağın separatçı-cinayətkar rejiminə 411 milyon dollar pul ayrılıb. Yuxarıda qeyd edilən məbləğlər isə bura aid deyil. Yəni əlavə yardımdır. Ona görə də hələlik 411 milyon dollar üzərində danışacağıq.
Baxın, digər ölkələr qarşısında ağlayan, sızlayan, özünü məzlum və əzabkeş kimi təqdim edən, diləndikcə dilənən bir dövlətin öz boyundan dəfələrlə (!) hündürə tullanması cəhdlərinə baxın və nəticə çıxarın. Məsələn, bütün bunlardan sonra bir daha məlum olur ki, Ermənistan aqressiv ölkədir və aqressivliyini başqa ölkənin – Azərbaycan Respublikasının ərazilərində qanunsuz silahlı birləşmələrini saxlayır!
İndi isə gəlin həmin xərclərin bəzi hesablamalarını aparaq və digər nəticələri üzə çıxaraq. Misal üüçün, belə bir sual edək: yaxşı, bəs erməni vergi ödəyicilərinin pulları haralara xərclənir?!
Misal 1:tutaq ki, separatçı-cinayətkar rejimin və Ermənistan hakimiyyətinin iddialarına görə Qarabağda “120 000” erməni yaşayır. 411 milyon vəsaiti bölürük 120 000-nə və bu hesablamaya görə adambaşına 3425 dollar vəsait düşür!
Misal 2: indi isə Rusiya mənbələrinə istinad yaxud, güman edək ki, Qarabağda “54 000” erməni yaşayır və 411 milyonu bölürük adambaşına – nəticə: 7611 dollar!
Misal 3: sonda dəqiq və qərəzsiz hesablamalara gələk. Azərbaycanın məlumatına görə, Qarabağda 25-30 min erməni yaşayır. 411 milyonu 30 000-nə böləndə hər adama 13700 dollar pul düşür!
Göründüyü kimi, Qarabağdakı ermənilər reallığa qalanda Ermənistandakı ermənilərdən qat-qat yaxşı yaşamalıdırlar. Amma yaşayırlarmı? Əlbəttə ki, yox! Bu vəsaitlər bir tərəfdən separatçı cinayətkar rejimin ciblərinə, digər tərəfdən isə diqqət: QANUNSUZ ERMƏNİ HƏRBİ BİRLƏŞMƏLƏRİNƏ xərclənir!!!
P.S. Bəli, Nikol Paşinyan qudurmağına qudurub, amma iki ildir ki, əhliləşmir və əhliləşmirsə, deməli quduzluğa qarşı təcili veterinar üsullu tədbirlər görülməlidir – həm ona, həm də Qarabağdakı quldurlara qarşı!!!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB