Ərdoğan futbol üzrə Türkiyə millisini təbrik edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə milli yığmanı Fransanı məğlub etmələri münasibəti ilə təbrik edib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, bu barədə T.Ərdoğan öz "Twitter" səhifəsində yazıb. Türkiyə prezidenti bildirib: "Təbriklər Türkiyəm!" Xatırladaq ki, ötən gün 2020-ci ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə millis Fransa millisini 2:0 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə