Eriksen “Tottenhem”lə müqaviləsinin müddətini uzatmaqdan imtina edib

İngiltərənin "Tottenhem" komandasının danimarkalı yarımmüdafiəçisi Kristian Eriksen klubla müqavilənin müddətini uzatmaqdan imtina edib.

SİA xəbər verir ki, 27 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2020-ci ilin yayınadəkdir. Mənbənin məlumatına görə, Erikson öz karyerasını İspaniyanın "Real" komandasında davam etdirmək və Madrid klubuna müstəqil agent hüququ çərçivəsində keçmək niyyətindədir. "Transfermarkt" portalının məlumatında yarımmüdafiəçinin transferi 100 milyon avro həcmində dəyərləndirilir.

Eriksen "Tottenhem"ə Hollandiyanın "Ayaks" komandasından 2013-cü ildə 13,5 milyon avro müqabilində keçib. Ötən mövsüm London klubu Çempionlar Liqasının finalınadək irəliləyib. Danimarkalı "Ayaks"ın heyətində üçqat Niderland çempionu, ölkənin kubok və superkubokunun sahibi olub. Eriksen Danimarka yığmasının heyətində keçirdiyi 90 oyunda 29 qolun müəllifi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə