“Masallı” klubuna texniki məğlubiyyət verilib

AFFA İntizam Komitəsi “Masallı” klubuna texniki məğlubiyyət verib. SİA-nın qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, buna komandanın U-16 Liqasında “Turan Tovuz” ilə səfər matçına təyin edilən vaxtda gəlməməsi səbəb olub.

Nəticədə "Masallı" 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə