Bu gün Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək. SİA-nın məlumatına görə, "Ayaks" və "Tottenhem" komandaları qitənin bir nömrəli klub turnirində həlledici oyuna sonuncu vəsiqə uğrunda cavab matçına çıxacaqlar. Londondakı ilk görüşdə hollandlar minimal hesabla qalib gəldiyindən üstünlük onların tərəfindədir. İngilislər Amsterdamdakı qarşılaşmada geridönüş etməyə çalışacaqlar.
Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, bu cütün qalibi finalda "Liverpul" ilə üz-üzə gələcək. Final matçı iyunun 1-də Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək.
8 may
Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
23:00. "Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə)
İlk oyun - 1:0
7 may
"Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) 4:0
Bütün xəbərlər Facebook səhifəmizdə