Adrian Skarlatake ilk dəfə “Zirə”nin kapitanı kimi meydana çıxıb. SİA-nın məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının 24-cü turunun “Sumqayıt”la görüşündə (2:0) baş verib. Qarşılaşmaya kapitan bazubəndi ilə başlayan rumıniyalı “qartallar”ın Premyer Liqadakı oyunları tarixində buna nail olan 8-ci futbolçudur.
Skarlatakeyə qədər Anar Nəzirov (37), Kamal Bayramov (21), Rəşad Abdullayev (20), Elvin Məmmədov (18), Aleksandr Şemonayev (15), Vüqar Mustafayev və Adil Nağıyev (hərəsi 1) matça kapitan kimi başlamışdı. Bu siyahıda indiyədək yalnız yerli futbolçular olduğundan, Adrian “Zirə”nin tarixində ilk legioner kapitandır.
Bunadək, təkcə Premyer Liqa deyil, digər yarışlarda da əcnəbi futbolçular kapitan kimi meydana çıxmamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə