Zinəddin Zidanın gələcəklə bağlı planlarında yer almayan Qaret Beylin yayda "Real"dan ayrılacağı deyilir. SİA-nın məlumatına görə, azarkeşlərin də narazı olduğu uelsli ulduzun hansı kluba keçəcəyi uzun müddətdir müzakirə mövzusudur. Bir neçə gün əvvəl futbolçunun meneceri Conatan Barnett müştərisini transfer etmək istəyən klubun "Real"a 175 milyon avro ödəməli olduğunu bildirib.
Bu arada Beyli heyətinə qatmaq istəyən iki klubun adı açıqlanıb. İspaniya mətbuatının məlumatına görə, Uels millisinin üzvünü "Mançester Yunayted" və "Bavariya" transfer etməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə