Ronaldo ÇL-də həftənin futbolçusu seçilib

Martın 16-də UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin görüşlərinin ən yaxşı futbolçusunun adı açıqlanıb. SİA UEFA-nın saytına istinadla xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Yuventus”un hücumçusu Kriştiano Ronaldo ən yaxşı oyunçu seçilib. Portuqaliyalı futbolçu “Barselona” klubunun ulduz futbolçusu Linel Messini, “Mançester Siti”nın hücumçusu Leroy Sane və “Liverpul” komandasının futbolçusu Sadio Manenı qabaqlayıb.

“Yuventus”ın İspaniyanın "Atletiko Madrid" klubuna 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Ronaldo het-trik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə