"Lester" baş məşqçi seçimini edib.

"Lester" klubu baş məşqçi postuna namizədlər arasında seçim edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, klub "Seltik"in hazırkı baş məşqçisi Brendan Rocerslə danışıqlar aparır. "Lester" mövsümün sonunu gözləmək niyyətində deyil. Klub yeni baş məşqçini yaxın günlərdə gətirməyi planlaşdırır.

Xatırladaq ki, namizədlər siyahısında Rafael Benites və Roberto Martines də yer alırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə