Ən bahalı türk futbolçuların siyahısı açıqlanıb

İndiyədək transfer olunmuş ən bahalı türk futbolçuların siyahısı açıqlanıb. SİA-nın məlumatına görə, siyahıya hazırda icarə əsasında "Başakşəhər"də çıxış edən Arda Turan başçılıq edir. Onu "Everton"un futbolçusu Cenk Tosun izləyir.

1. Arda Turan ("Atletiko"dan "Barselona"ya) - 41 milyon avro

2. Cenk Tosun ("Beşiktaş"dan "Everton"a) - 22,5 milyon avro

3. Hakan Çalhanoğlu ("Hamburq"dan "Milan"a) - 21,3 milyon avro

4. Çağlar Söyüncü ("Frayburq"dan "Lester"ə) - 21,1 milyon avro

5. Cengiz Ünder ("Başakşəhər"dən "Roma"ya) - 13,4 milyon avro

6. Enes Ünal ("Mançester Siti"dən "Vilyarreal"a) - 14 milyon avro

7. Yunus Mallı ("Maynts 05"dən "Volfsburq"a) - 12,5 milyon avro

8. Ozan Kabak ("Qalatasaray"dan "Ştutqart"a) - 11 milyon avro

9. Nuri Şahin ("Borussiya Dortmund"dan "Real"a) - 10 milyon avro

10. Mehmet Topuz ("Kayserispor"dan "Fənərbaxça"ya) - 9 milyon avro

Bütün xəbərlər Facebook səhifəmizdə