Ağakişiyev Dünya Kubokunda çıxışını başa vurub

Bolqarıstanın Plovdiv şəhərində sablya üzrə gənclərin Dünya Kuboku mərhələsi yarışı keçirilir. SİA Azərbaycan Qılıncoynatma Federasiyasına istinadən xəbər verir ki, turnirin ilk günündə kişi sablyaçıların şəxsi yarışında qaliblərin adları məlum olub. Qrupda keçirdiyi 5 görüşdən 2-sini qalib başa vuran milli komandamızın üzvü Cavanşir Ağakişiyev pley-off mərhələsinə adlayıb.

C. Ağakişiyev 1/64 finalda Almaniya idmançısı Adrian Degenə 15:9 hesabı ilə qalib gəlib. O, 1/32 finalda gərgin keçən mübarizədə İtaliya təmsilçisi Roma Lorenzoya 12:15 hesabı ilə uduzub. Cavanşir Ağakişiyev ümumilikdə 100 iştirakçı arasında 61-ci olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə