Şahmatçılarımız “Moskva Open”də mübarizə aparırlar

Rusiyanın paytaxtında kişilər arasında “Moskva Open” beynəlxalq turniri start götürüb. SİA xəbər verir ki, 19 ölkədən şahmatçıların iştirak etdiyi turnirin güclü “A” kateqoriyasında Azərbaycanın altı şahmatçısı - Aydın Süleymanlı, Fərid Mustafayev, Altay Eynullayev, Read Səmədov, Atilla Eynullayev və Elmar Atakişiyev də mübarizə aparır.

Yanvarın 28-də turnirin üçüncü turunun oyunları keçirilir. İki turun nəticəsinə görə, Aydın Süleymanlı, Fərid Mustafayev, Altay Eynullayev, Read Səmədovun hərəyə 1, Elmar Atakişiyevin isə 0,5 xalı var.

İsveçrə sistemi üzrə keçirilən turnirə fevralın 2-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə