“Milan” heyətinə yeni futbolçu cəlb edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Cenua”nın bombardiri Kristof Piatek transfer edilib.

Polşa millisinin üzvü ilə 4.5 illik müqavilə imzalanıb. “Qırmızı-qaralar” bu keçid üçün qarşı tərəfə 35 milyon avro ödəyib.

Qeyd edək ki, 23 yaşlı hücumçu bu mövsüm “Cenua”da 21 oyuna 19 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə