"İnter"in futbolçusu İvan Perişiç klubu tərk edə bilər. SİA-nın xəbərinə görə, bu haqda İtaliya mətbuatı məlumat yayıb. A Seriyası təmsilçisi xorvatiyalı yarımmüdafiəçini satmaq niyyətindədir. Məlumata görə, "İnter"in Perişiçi 40 milyon avroya satmaq istədiyi bildirilir. 29 yaşlı futbolçu ilə "Mançester Yunayted" yaxından maraqlanır.
Perişic 2015-ci ildə "Volfsburq"dan "İnter"ə keçib. Xorvat futbolçu cari mövsümdə 25 qarşılaşmada iştirak edərək, 3 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə