Kevin Maqnussen ilin ən yaxşı sürücüsü seçilib

“Haas” Formula 1 komandasının üzvü Kevin Maqnussen Danimarkada 2018-ci ilin ən yaxşı sürücüsü seçilib. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, pilota mükafat “Danish Motorsport Awards”ın təqdimatı zamanı verilib.

K.Maqnussen üçüncü dəfədir bu mükafata sahib olur. Pilot ötən mövsüm Formula 1 dünya çempionatında 56 xalla ümumi sıralamada doqquzuncu olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə