"Sassuolo"nun futbolçusu "Barselona"da

"Sassuolo"nun futbolçusu Kevin-Prins Boatenqin "Barselona"ya keçidi rəsmiləşib. SİA-nın məlumatına görə, qanalı yarımmüdafiəçi cari mövsümün sonuna kimi icarə əsasında Kataloniya təmsilçisində çıxış edəcək. "Barsa" yayda 8 milyon avro ödəyərək 31 yaşlı oyunçunu birdəfəlik ala biləcək.

İspaniya mətbuatı La Liqa klubunun 2 milyon avro icarə haqqı ödəyəcəyini yazıb.

Qeyd edək ki, Boatenq “Milan”, “Şalke”, “Herta” “Tottenhem”, “Borussiya” (Dortmund) kimi klublarda da çıxış edib. O, bu mövsüm A Seriyasında 13 oyuna 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə