Hücumçu axtarışlarını davam etdirən "Qalatasaray" yeni transferi reallaşdırmağa yaxındır. SİA-nın məılumatına görə, "Quançjoy Everqrand"ın hücumçusu Alan "Qalatasaray"a keçməyə hazırlaşır. Futbolçu yanvarın 21-də İstanbula tibbi müayinədən keçməyə gələcək. Transferin şərtləri barədə isə hələ ki, məlumat verilmir.
Qeyd edək ki, 29 yaşlı braziliyalı hücumçu 2015-ci ildə Avstriyanın "Zalsburq" klubundan Çinə 11,1 milyon avroya keçmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə