“Səbail” bu gün Macarıstan klubu ilə üz-üzə gələcək

Türkiyənın Antalya şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün ilk yoxlama matçına çıxacaq. SİA-nın məlumatına görə, paytaxt təmsilçisi Macarıstanın “Aqvital” klubu ilə qarşılaşacaq. Görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Aqvital” Macarıstanın birinci divizionunda çıxış edir.

Əlavə edək ki, Aftandil Hacıyevin komandası Antalya hazırlığı müddətində 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

15 yanvar

Yoxalama oyunu

18:00. “Səbail” – “Aqvital” (Macarıstan)

Bütün xəbərlər Facebook səhifəmizdə