Bu gün həndbol üzrə millimiz Kiprlə qarşılaşacaq

Bu gün kişi həndbolçulardan ibarət milli komandamız Avropa çempionatının ilkin təsnifat mərhələsində mübarizəyə başlayacaq. SİA-nın məlumatına görə, Azərbaycan millisi Maltanın Kospikua şəhərinin “Kottonera Sports Kompleks” Arenasında ilk oyununu Kipr yığmasına qarşı keçirəcək.

Yanvarın 12-də millimiz Gürcüstan, ertəsi gün isə Malta ilə üz-üzə gələcək.

Qeyd edək ki, 2022-ci ildə Macarıstan və Slovakiyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının növbəti təsnifat mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə