“Keşlə” Emin Mehtiyevlə müqavilə bağlaya bilər

“Keşlə” transfer fəaliyyətini davam etdirir. SİA-nın məlumatına görə, bakılıların çalışdırıcısı Tərlan Əhmədov vaxtilə "Neftçi"də birgə işldədiyi Emin Mehtiyevi kluba dəvət edib. 26 yaşlı cinah müdafiəçisi bu gün "Qaradağ Lökbatan"la yoxlama görüşündə sınanılıb. Futbolçunun performansı məşqçilər korpusunu razı salsa, E.Mehtiyevlə cari mövsümün sonuna kimi müqavilə imzalanacaq.

Qeyd edək ki, E.Mehtiyev "Neftçi", "Sumqayıt", "Səbail", "Zaqatala", "Sabah" və "Qaradağ Lökbatan" klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə