"Vilyareal" - "Real" matçında 4 qol

"Real" İspaniya La Liqasında növbəti oyununu keçirib. SİA-nın məlumatına görə, Madrid klubu 17-ci turda səfərdə "Vilyareal"la qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

17 turdan sonra turnir cədvəlinə 37 xalla "Barselona" başçılıq edir. "Atletiko" 34 xalla 2-ci, "Sevilya" 32 xalla 3-cüdür. "Real" isə 30 xalla 4-cü pillədə qərarlaşıb.

"Vilyareal" - "Real" 2:2
Qollar:
Kasorla, 4 (1:0), Benzema, 7 (1:1),Varan, 20 (1:2), Kasorla, 82 (2:2)

Bütün xəbərlər Facebook səhifəmizdə