"Arsenal" Mesut Özili transferə çıxaracaq

"Arsenal" Mesut Özili transferə çıxarmağa hazırdır. SİA-nın məlumatına görə, London təmsilçisinin rəhbərliyi qış transfer pəncərəsi zamanı 30 yaşlı türk əsilli almaniyalı yarımmüdafiəçini buraxmağın əleyhinə deyil.

"Arsenal"la 2021-ci ilin iyununa qədər müqaviləsi olan Özilin baş məşqçi Unay Emeri ilə münasibətləri gərgindir. Futbolçunun satış qiymətinin 35 milyon avro civarında olduğu bildirilir.

Qeyd edək ki, 2013-cü ilin yayında "Real Madrid"dən "Arsenal"a keçən Özil cari mövsümdə meydana çıxdığı 14 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə